2012-01-12

Xosrov bəy Sultanov


Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu ilin may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdı. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. 
Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi. X.Sultanov Zaqafqaziya seyminin və Azərbaycan parlamanının üzvü olmuşdur.
X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.
1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov, Trabzonda məskunlaşmışdı. Xosrov bəy 1947-ci ildə vəfat edib.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?