2012-01-08

İxitisas qrupları



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 14 il ərzində aparılmış elmi-statistik araşdırmalara əsasən, Boloniya prosesinin tələblərinə uyğun olaraq, ABŞ-ın Təhsil Testi Xidmətinin (ETS – Educational Testing Service) tövsiyələrini nəzərə alaraq, eyni zamanda müasir dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirmək məqsədi ilə 2007-2008-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarının modelində dəyişikliklər etmişdir.
Həmin dəyişikliklər aşağıdakılardan ibarətdir
  • Qəbul aparılacaq ixtisaslar 4 qrupa bölünür.
  • Ümumiləşmiş fənn bloku ləğv olunur.
  • V qrup ləğv olunur. Bu qrupa aid olan pedaqogika III qrupa, sosiologiya ixtisası II qrupa və psixologiya ixtisası isə IV qrupa yerləşdirilir.
Qruplar
Qruplar
İxtisas Qrupları
Fənlər
I Qrupriyaziyyat, fizika, mühəndislik və xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn ixtisaslarıana dili, riyaziyyat, fizika, kimya, xarici dil (ingilis, alman, fransız, Azərbaycan bölməsi üçün əlavə rus dili)
II Qrupiqtisadiyyat, beynəlxalq münasibətlər, idarəetmə, sosiologiya və coğrafiya ixtisaslarıana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, xarici dil (ingilis, alman, fransız, ərəb, fars)
III Qruphumanitar,  psixologiya, pedaqogika və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisaslarıana dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil (ingilis, alman, fransız, ərəb, fars)
IV Qruptibb, kimya, biologiya və xüsusi qabiliyyət tələb edən idman ixtisaslarıana dili, riyaziyyat, fizika, kimya, biologiya

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?