2012-01-08

Proqramlaşdırma nədir?

 
Proqramlaşdırma– proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq sahəsidir. Kompüterdə məsələnin həlli aşağıdakı mərhələlərdən ibarətdir:
  • Məsələnin qoyuluşu: məsələ haqqında informasiyanın toplanması; məsələnin şərtinin formalaşdırılması; son məqsədin müəyyən olunması; nəticələrin formasının müəyyən olunması; verilənlərin təsviri (onların tipləri, dəyişmə diapazonu, strukturu və s.).
  • Məsələnin, modelin analizi və tədqiqi: movcud analoqların analizi; texniki və proqram vasitələrinin analizi; riyazi modelin hazırlanması (işlənilməsi); verilənlərin strukturunun hazırlanması (işlənilməsi).
  • Alqoritmin hazırlanması (işlənilməsi): alqoritmin layihələndirilməsi üsulunun seşilməsi; alqoritmin yazılış formasının seçilməsi (blok-sxem, psevdokod və s. testin və testləşdirmə üsulunun seçilməsi; alqoritmin layihələndirilməsi.
  • Proqramlaşdırma: proqramlaşdırma dilinin seçilməsi; verilənlərin təşkili qaydalarının dəqiqləşdirilməsi; seçilmiş proqramlaşdırma dilində alqoritmin yazılması.
  • Testdən keçirmə və sazlama (otladka): sintaksisin yoxlanılması; məntiqi quruluşun və semantikanın yoxlanılması; test hesablamalar və testin nəticələrinin analizi; proqramın təkmilləşdirilməsi.
  • Məsəslənin həllinin nəticələrinin analizi və lazim gələrsə riyazi modelin dəqiqləşdirilməsi (2-5 mərhələlərinin təkrar ediliməsi).
  • Proqramın müşayiəti: konkret məsəslələrin həlli üçün proqrama əlavələrin edilməsi; həll olunan məsələ, riyazi model, alqoiritm, proqram, testlərin toplanması və istifadəçi üçün sənədləşmənin tərtibi.
Proqramlaşdırma dilləri - proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir.İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.
  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
  • Sintaksis - əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
  • Semantika - dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
Proqramlaşdırma dilləri iki hissəyə bölünür:
  • Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),
  • Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).


0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?