2012-02-06

Əziz abituriyentlər Saytımızdan daima xəbərdar olun!



Salamlar!Bu gün özümdə yeni istedad kəşf etdim!Bundan sonra saytımda yeni bölmə açacam və o bölmədə *Video~Müəllim* qoyacam.Bu günku dərsimiz budur!riyaziyyat bölməsinə aiddir.Müxtəsər vurma düsturlarının yazılı izahı.Sizin iradlarınız mənim üçün örnəkdir......Hörmətlə~Fərid Cəfərov

2012-02-05

Bu gün dünya şöhrətli alimin doğum günüdür


Elmdə inqilab etmiş dünya şöhrətli azərbaycanlı alim, 6 elmi nəzəriyyənin, o cümlədən də məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, onlarla universitet və akademiyanın fəxri doktoru, Birləşmiş Ştatların Berkli Universitetinin ömürlük professoru Lütfi Zadənin bu gün 91 yaşı tamam olur.

Hazırda dünyanın ən aparıcı Yaponiya və Amerika şirkətlərinin istehsalı olan foto və video kameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri məhz Lütfi Zadə nəzəriyyəsi əsasında işləyir. Bütün dünyada avtomobillərin, qatarların, ən müxtəlif sənaye proseslərinin idarə edilməsində geniş istifadə olunan qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi azərbaycanlı alim ötən il yubileyində vətəni Bakıya gəlmişdi.

Ürəyi olmayan adam

Dünyanın ilk ürəksiz insanı ABŞ-da yaşayır. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, 55 aşlı Kraiq Levis nəbzi atmadan yaşayan ilk insandır.
Məlumata görə, ötən ilin mart ayında ürəyində yaranan problemlə bağlı Levis ölüm təhlükəsi keçirib. Texas Ürək institutunun professoru Billi Con və Bud Frazier xəstənin ailəsinə inqilabi çarə məsləhət görüb. Daha öncə 50-yə yaxın buzov üzərində təcrübə edilən nəbz vurmadan bədəndə qan dövranına şərait yaradan "continuous flow" (daimi axın) cihazı. Onun arvadı Lindanın icazəsi ilə Levisin ürəyi çıxarılaraq, bu cihaz taxıldı.

Əməliyyatdan sonra dünyanın ilk ürəksiz insanı həkimlərlə danışmağa başlayıb. Anoloqu olmayan ilk insanın əməliyyatı və xəstəliyi haqqında sənədli film belə çəkilib.

Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini Çeçenistana verdi

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ötən gün Məhəmməd Peyğəmbərin (s.ə.s) üç telini Çeçenistana göndərib. Peyğəmbərin (s.ə.s) tellərini ötən gün İstanbuldan Qroznıya aparıblar.

Türkiyədəki “Sivas” Çeçen komitəsinin sədri Ayxan Ərgüvənın sözlərinə görə, “Çeçenistanın Türkiyədəki diasporası Ərdoğana bu haqda müraciət edib. "Bir ay ərzində biz müsbət cavab aldıq və bu gün qiymətsiz hədiyyəni Qroznıya gətiririk”.

Başda Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov olmaqla insanlar hava limanına və şəhərin küçələrinə axışıblar. Respublikanın mərkəzi məscidində isə bu hadisəyə həsr olunmuş dini mərasim təşkil edilib.

Xatırladaq ki, yanvarın 26-da Özbəkistdan Çeçenistana əbədi olaraq Məhəmməd Peyğəmbərin (s.ə.s) saçları gətirilmişdi.

Bakıda 8 dərəcə şaxta olacaq

Bu gün ölkə ərazisində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 4-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 23-28 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Bakı Funikulyorunun təmirdən sonrakı görünüşü :)

May ayının 22-də start götürəcək “Eurovision-2012” mahnı müsabiqəsi üçün paytaxtımıza təşrif buyuracaq turistlərin üz tutacaqları məkanlardan biri də yəqin ki, Bakı Funikulyoru olacaq. Artıq Bakı Funikulyoru xarici qonaqları lazımınca qarşılamaq üçün təmirə dayanıb. Funikulyorun “Eurovision-2012”-nin başlanmasınadək istifadəyə veriləcəyi planlaşdırılır.

Funikulyor “Eurovision-2012”nin startınadək istifadəyə veriləcək

Bakı Funikulyorunda modernləşmə işlərinin necə həyata keçirilməsini və təmirin hansı mərhələdə olmasını görmək üçün üz tutduq Bakı Funikulyoruna. Artıq Funikulyorun ətrafında hasara alınmış ərazinin qarşısında bir fəhlə qarşımızı kəsərək “obyekt”ə girişin qadağan olduğunu bildirdi. Fəhlə Funikulyorun ərazisinə daxil olaraq iş icrasını çağırmağa getdi. Bu zaman isə fotoqrafımız fürsətdən istifadə edərək Funikulyorun ərazisində gedən tikintidən şəkillər çəkməyə başladı. Bir qədər keçdikdən sonra özünü Nazim kimi təqdim edən iş icraçısıbizə yaxınlaşdı. İş icraçısı təmir-tikinti meydançasından çəkiliş aparmağaicazə verilmədiyini qeyd etdi. O, əvvəlcə hər hansı məlumat verməkdən imtina etsə də Funikulyorla bağlı bir neçə məlumat toplamağa müvəffəq olduq. İlk növbədə o məlum oldu ki, Funikulyorda təmir işləri “Foral” adlı xarici bir şirkət tərəfindən həyata keçirilir. Funikulyorda təmirin “Eurovision-2012” mahnı müsabiqəsinin startınadək yekunlaşdırılacağı planlaşdırılır. Hazırda ərazidə möhkəmləndirmə və relslərin dəyişdirilməsi işi həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra Funikulyor üçün yeni qatarların alınması da planlaşdırılır. Bakı Funikulyorunun modernləşməyə məruz qalan hissələrindən biri də gözləmə zalıdır.Ərazidə olduğumuz zaman köhnə gözləmə zalının söküldüyü, yerində yenisinin tikintisinə başlanıldığını gördük. Bundan başqa Funikulyorun stansiyalarının şüşədən qurulacağı və piramidə formasında olacağı bildirildi. Ərazidə işləyən fəhlələrlə söhbətimizdə o da məlum oldu ki, bu Funikulyorla bağlı yeniliklərin hələ hamısı deyil. Təmir zamanı Funikulyorun rels xəttinin də uzadılması nəzərdə tutulub. Artıq Funikulyorun qarşısında olan Bəhramgurun heykəlinin ərazisi də təmir edilməyə başlayıb.

Təmirdən sonra Funikuliyorda gediş haqqı nə qədər olacaq?

Ərazidə olduğumuz zaman əldə etdiyimiz məlumatları dəqiqləşdirmək və bizi maraqlandıran digər suallara cavab tapmaq məqsədilə aidiyyəti qurumlarla əlaqə saxlamaq qərarına gəldik. İlk olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsi ilə əlaqə saxladıq. İdarədən bizimlə danışan və özünü təqdim etmək istəməyən şəxs məsələ ilə bağlı suallarımıza cavab verməkdən imtina etdi. O, suallarımızı dinləyərək Bakı Funikulyorunda təmir işləri ilə bağlı heç bir məlumatının olmadığını qeyd etdi. Bundan sonra açıq qalmış suallarımızı Səbail rayon İcra Hakimiyyətinə ünvanladıq. Ancaq Səbail Rayon İcra Hakimiyyətindən də bizə Funikulyorun onların rayonlarının ərazisinə daxil olduğunu bildirsələr də təmirin gedişi və Bakı Funikulyorandakı yeniliklər haqqında məlumatlı olmadıqlarını bildirdilər. Son olaraq Funikulyor İdarəsi ilə əlaqə saxlasaq da buradan da təmirin özəl şirkət tərəfindən aparıldığını əsas gətirərək suallarımızı cavabsız qoydular. Bununla da aidiyyəti qurumlara ünvanladığımız “Bakı Funikulyoru təmirdən sonra konkret hansı tarixdə istismara veriləcək”, “təmirdən sonra Funikulyorun dəmiryol xətti neçə metrə çatdırılacaq”, “Funikulyorun modernləşdirilməsindən sonra gediş haqqında artım olacaqmı”, “yeni alınacaq funikulyor qatarlarının sərnişin tutumu nə qədər olacaq”, “Yeni vaqonlarda sürət nə qədər olacaq” kimi suallarımız açıq qalmış oldu.

52 yaşlı Bakı Funikulyoru

Sonda onu xatırladaq ki, Bakı Funikulyoru 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. İndiyə kimi funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. Son təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi.














2012-02-04

Aforizmlər-Eynşteyn



1) Təsəvvürlər etmək bilik qədər vacibdir.

2) Reallıq heç də illuziyadan irəlidə deyil. Sadəcə daha möhkəmdir(dayanıqlıdır).

3) Mən heç vaxt gələcək haqda düşünmürəm, çünki o onsuzda çox tez gəlir.

4) Hər şey mümkün olan qədər sadə izah olunmalıdır, amma bundan da sadə yox.

5) Məsələmi yaradan səbəblər səviyyəsində düşünsək məsələni həll edə bilməyəcəyik(Bu aforizmi çox vaxtı belə izah edirlər ki, gərək məsələdən daha ağıllı olasan ki, o məsələni həll edə biləsən).

6) Biz məktəbdə keçilənləri unudandan sonra nə yadımızda qalsa ona təhsil deyirlər.

7) Üçüncü dünya müharibəsində hansı silahlarla müharibə edəcəklərini bilmirəm, amma 4-cü dünya müharibəsində daşdan və taxtalardan istifadə edəcəklər.
Makiavelli - "Hökmdar" əsəri






Renessans Florensiyasında yaşamış filosof,yazar və siyasi xadim Nikolo Makiavelli bu əsəri ilə müasir siyasətin əsasını qoymuş sayılır:

http://faydali.az/engine/download.php?id=1094 [2.87 Mb] (Yükləmə sayı: 669)

Piramidalar necə yaranıb?



Nəhəng həcmə və dəqiq mühəndislik incəliklərinə sahib olan Misir piramidalarının necə tikilməsinə aid indiyə qədər çox fərziyyə irəli sürülmüşdür.Bəziləri elə fikirləşir ki minlərlə adam 1-2 tonluq nəhəng daşları uzaq məsafədən daşıyıb tikintini başa vurmuşlar.Amma son zamanlar alimlər o dövrün texnologiyası ilə bunun mümkün olmayacağını düşünməyə başladılar.Və bu əsasda irəli sürülən fərziyyələr artıq fantastik idi.Bəziləri belə güman edirlər ki o dövrdə Qədim Misir çox böyük və inkişaf etmiş bir sivilizasiya olub,hətta bizdən də inkişaf etmiş.Sonralar isə hansısa səbəbdən bu böyük inkişafdan əsər-əlamət qalmayıb,bircə nəhəng piramidalardan başqa...Son zamanlar yayılmış fikir isə yadplanetlilərin buraya gələrək piramidaları inşa etdikləridir.
Belə inanılmaz fikirlər burulğanında Amerika alimi C.Baftis sensasiyalara səbəb olan yeni fərziyyə irəli sürmüşdür.Onun firkrincə də hələ 5000 il əvvəl bir neçə tonluq daşları uzaq məsafədən daşıyıb xeyli hündürüyə qaldırmaq qeyri-mümkün idi.C.Baftis daşları kimyəvi analizdən keçirərkən məlum olmuşdur ki material süni yolla hazırlanıb.Kimyaçının dediyinə görə əvvəlcə xüsusi məhlul hazırlayıb,sonra qəliblərə tökmüşlər.Bu fikri daşların içərisindən tapılmış 21 santimetr uzunluğunda olan saç tükü sübut edir.


Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər

İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiyi vəhşiliklər tarixin ən dəhşətli səhifələrindəndir. Amma onlardan qalan miraslar da var. Onlar əhalinin bombardmandan qorumaq üçün nəzərdə tutulmuş bunkerlərdir. 
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər
Daily Mail-in verdiyi xəbərə görə, Flaktürme adlı keçmiş nasist bunkerin yeni həyatı başlayır. Bu dəfə, o bunker kimi fəaliyyət göstərməyəcək. Onu, Avropada ən böyük olacaq, günəş elektrik stansiyasınaçevirəcəklər.
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər
Hamburqun rayonlarının birində yerləşən bunkerin divarlarının qalınlığı 4 m-dir. Müharibə zamanı burada 30 min insan qoruna bilərdi. Bunkerin zenit silahları dəqiqəyə 8 min atəş açmağa qadirdir.
Yenilənmiş bunker günəş panelləri və həmçinin ağac qırıntılarından və qazdan elektrik enerjisi almaq üçün qurğu ilə təchiz ediləcək. Yeni stansiya havaya atılan karbon qazının miqdarını ildə 6,6 min tonazalmasına imkan verəcək.
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər
9 mərtəbə hündürlüyündə olan tikilinin yeni adı Energiebunker olacaq. Bunker 2013-cü ildə işə düşəcək. 
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər
Nasist bunkerini günəş elektrik stansiyasına çevirəcəklər

Toyotanı UAZ-la əvəz edirlər


Toyotanı UAZ-a deyişərsinizmi?
 Maşınların insan həyatında əvəzedilməz yeri var. İnsanlar məsafələri qət etmək üçün bunlardan istifadə edir. Amma buna baxmayaraq, təyyarə vaxt sərf edilməsində daha da sərfəlidir. Maddi imkanların inkişafı avtomobil sahibləri maşınlarını daha da bahalı və müasiri ilə əvəz edir.  Amma fərqli düşünənlər də var. Beləliklə....
Toyotanı UAZ-a deyişərsinizmi?
Son zamanlar Yapon sürücüləri elektronika ilə doldurulmuş müasir yapon maşınlarını az komfortlu maşınlarla əvəz edir. Xüsusi diqqətə Rusiyanın "UAZ"-ı layıq görülür. Yapon sürücüləri daimi silkələyən və sükanının hidro-gücləndiricisi olmayan bu xüsusi həzz aldıqlarının qeyd edirlər.
"Rossiya" telekanalına verdiyi müsahibədə tramvay sürücüsü MitiomiSudzuki qeyd edib ki, hələ  beş il əvvəl, o rahat yapon maşınını "UAZ"-la əvəz edib. Bu maşında onu yüksək qiymət uyğun olmayan az rahatlıq cəlb edib. Gömrük rüsumlarını və xərcləri nəzərə alaraq "UAZ" Yaponiyada40 min dollara başa gəlir.
Toyotanı UAZ-a deyişərsinizmi?
Iwamoto Motors şirkətinin sahibi Yudzi İvamoto Rusiya istehsalı olan bu modeldə üstünlüyü onun xarici görünüşündə tapıb. Bu görünüş ona Yaponiyada 40 il əvvəl buraxılan avtomobilləri xatırladır.
Osakada yerləşən kiçik dizayner firmasının başçısı qürurla Masamiti Kise fəxrlə qeyd edir ki, bunun maşını kimi maşın bütün Yaponiyada yoxdur. Onun "UAZ"-ı 70 min dollarda başa gəlib (30 mini isə sadəcə tyunninqə xərclənib). Buraya kondisionerin quraşdırılması, mühərrikin müasirləşdirilməsi və s. daxildir.
Bu məqalə insanların fərqli düşüncəsinə bir işarədir. Belə bir əhvalatın Azərbaycanda olmayacağına tam əminəm. Amma kim bilir?

Nastradamus kimdir?!


Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqnozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir?
Nostradamus 16-cı əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Mudafiəçilərindən biri olan Çarles Vardın sözlərilə “gələcəkdə baş verəcək anormal hadisələrdən” xəbər verən bir insan...
Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qurupa ayırmaq olar.
Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir
şəkildə gələcək haqqında xəbərləri bildirib.
Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Vəhyə əsaslanmayan insanların gələcəklə bağlı xəbərləri bilmələri qeyri-mümkündür. Bu, açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb, şöhrətə yiyələnib və maddi mənfəətlər əldə edi(r)blər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə edilib. Belələrinin sözünə nə dərəcədə inanmaq olar?
Əsrimizin insanı maddəçiliyin boğucu qaranlığından xilas olmağın yollarını axtarır, buna görə də bəzi fırıldaqçılar tərəfindən aldadılır. İnsanın astrologiyaya olan marağını da bu səbəbdə axtarmaq lazımdır. Amerikada hər dörd insandan birinin astrologiya ilə maraqlanması da bu həqiqətin göstəricisidir. Nostradamus kimilərin hələ də aktual olmalarının səbəbi budur.
Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Erik Russel bir kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: “Avropalı astroloqlar gələcəkdə baş verəcək bir daşqından xəbər verərək: “Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq”, - deyirlər. hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur. Lakin zamanın axarı bu açıq yalanı da silir və untdurur.
Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və “Planetlərin balıq bürcündə bir yerə gələcəyi” sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər.”
Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn onlar, “filan tarixdə filan insan öldürüləcək”, - deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət bir göstərici olur və uzun müddət unudulmur. hadisə baş vermədiyi zaman isə bu yalan qısa bir müddətdə unudulub gedir.
Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70- i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyəti demək olar ki, hər bir insanda ola biləcək normal hadisələrdir.
Nostradamus özünün gələcəklə bağlı xəbərlərində “müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini” etiraf edir. Onun gələcəklə bağlı müxtəlif işarələrini, öz ağlına görə izah etmək tam Nostradamusa uyğun olan bir saxtakarlıqdır.
Çarles Vard onun haqqında belə deyir: “Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini də o özü yandırıb!”
Nostaradamus qeyri-müəyyən, ikimənalı, hər bir şərhə açıq sözlər deməkdə usta idi. Bernard Cap isə onun haqqında: “O öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu” ifadəsini işlədib.
Məşhur tədqiqatçılardan Cames Laverin ifadələri isə daha maraqlıdır: “Onun yazıları şer və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir”.
Qısası, Nostradamus bəzi mənfi niyyətli insanlar tərəfindən şişirdilmiş fırıldaqçıdır. Lakin məsələnin çətin tərəfi odur ki, Allah, axirət və alın yazısı kimi açıq həqiqətlərə inanmaqda çətinlik çəkənlər belə fırıldaqçıların boş sözlərinə aldanır, hətta bəziləri buna inanırlar.
Mövzunu həzrət peyğəmbərin (s) bir hədisi ilə bitirək: “Bütün münəccimlər yalançıdır”.

2012-02-03

Hz. Məhəmmədin doğum ildönümünü qeyd olunur



İslam aləmi bu gecə Mövlud Qəndilində idrak edəcək. Bu gecə, müsəlmanlar arasında yüzyılllardan bəri böyük bir coşğu ilə qeyd edilir, Sevimli Peyğəmbərimiz dərin bir hörmət ilə xatırlanmaqdadır. Böyük Türk Alimi Süleyman Çələbi tərəfindən yazılan və əsl adı "Vesiletün'necat" olan mövludi kitabı Onun dünyaya gəlişini, üstünlüyünü və möcüzələrini ən gözəl bir şəkildə dilə gətirən qiymətli bir əsərdir.

Peyğəmbərimizin doğum ildönümlərində oxunan mövludların hörmət ilə dinləmək, Onun mübarək ruhuna salat və salam oxumaq heç şübhəsiz böyük millətimizin Sevimli Peyğəmbərimizə olan əngin sevgi və bağlılığının bir ifadəsidir.

Nələr etməli?

Mövlud Gecəsi edilə biləcək ibadətlər, okunabilecak dualar
Bu gözəl gündə və həftədə Peyğəmbər Əfəndimiz Hz. MUHAMMED (SAV) 'e bol bol salavat-ı şərif oxuya bilərik.

Salavat-ı Şerif: Allahummə Salli Ala Seyyidine Məhəmmədin və Ala Əli Həzrəti Məhəmməd.

Bu gecə uca kitabımız Qurani-Kərimi hər zamankindən daha çox oxumalıyıq.

Bu gecə mümkünsə vaxt namazlarımızı məscidlərdə qılmağa diqqət göstərməliyik. Həm məscid və camaat savabından yararlanmalı həm də digər müsəlman qardaşlarımızla bütünleşmeli, şam təbrik etməliyik.

Bu gecə Təsbeh Namazı edə bilərik, əgər ki şam namazı üçün məscidə getsək və getdiyimiz məsciddə təsbeh namazı qılınacaqsa təsbeh namazını da camaatla birlikdə dərk etmiş olarıq.

2012-02-02


Dünyanın bir çox tərəflərindən olan insanlar müxtəlif səslər eşidiblər. Bu barədə internetə qoyulmuş bir çox videoçarxların yerləşdirilməsi söyləməyə əsas verir.
Belə ki, bu səslər göydən gəlir və insanlarda qorxu və təlaş yaradır. “Qorxunc” səslər bir növ heyvan bağırtısı, təyyarə səsi, gah da işləyən bir mexanizmin səsini xatırladır. Həmin bu təəccüblü “Apokalipsis səsləri”ni bu gün İngiltərə, ABŞ, Kanada, Rusiya, Çexiya, İsveç və başqa ölkələrdə eşitmək mümkün olub.
Bununla bağlı irəli sürülən əsas versiya ondan ibarətdir ki, üst-üstə düşən müxtəlif naməlum səslər nəticədə çox gür səs effekti yaradır. Hətta bir çoxları artıq bunu bu il baş tuta biləcək dünyanın sonunun – apokalipsisin səsi kimi qələmə verib. Alimlər isə bu məsələyə skeptik baxır və bununla bağlı hər hansı nəticə çıxarmağa tələsmirlər.
Hazırda İnternetdə baş verənlərin bir neçə versiyası öz əksini tapıb. Onlardan birinə görə, bu səslər Yerin altından gəlir. Belə ki, onlara görə, bu da Yer qabığının və ya litosfer plitəsinin hərəkəti ilə bağlıdır. Digər versiyalara görə isə Bibliyada dünyanın sonunun başlanğıcı vurğulandığı kimi boruların qıcırtısı ilə bağlıdır. Yaxud da kosmik aparatların hərəkətinə oxşayır. 
Xocalı qatili, erməni
terrorçu Monte
Melkonyanın başını kəsmiş
Azərbaycanın igid oğlu


İbad Hüseynov.