2012-01-08

Nailiyyət əldə etməyin ən qısa yolu çalışmaqdır!


Öyrənmək üçün istəkli və qabiliyyətli olmaq müvəffəqiyyətə təsir edən ən əsas faktordur. Bəzən qabiliyyətli şagirdlər kifayət qədər
çalışdıqları halda gözlədikləri nəticəni əldə edə bilmirlər. Bu vəziyyət dərs oxumaq üsullarını bilməməkdən irəli gəlir. Dərs oxuma
və öyrənmənin ən başlıca şərti şübhəsiz ki, istəkli və qərarlı olmaqdır. Bunlar dərs oxuma və qavrama qabiliyyətimizi müsbət yöndə
dəyişəcək. Bunun üçün şərtlərimizə uyğun dərs oxuma sistemi qurmalı və buna uyğun vərdiş qazanmalıyıq.
 Hər insanın qavrama qabiliyyəti müxtəlif olduğundan, quracağınız sistemi özünüzə uyğun formalaşdırmalısınız.
 İnsan hansı limana gedəcəyini bilməsə, heç bir külək onun üçün əhəmiyyətli ola bilməz.
 Uğur əldə etmək üçün mütləq hədəfə ehtiyacınız var. Müvəffəqiyyət qazanmaq üçün hədəf seçilməlidir
 Zamanın qənaətlə istifadə olunmasının əsas şərti dərs oxuma saatlarının nizamlı proqrama salınmasıdır. Məktəbdə keçən saatlar
xaricində qalan saatlar ayrılmalıdır. Çalışma, əylənmə və istirahət vaxtlarını nizamlı bir proqrama sala bilməyən şagird vaxtının
çoxunu dostları ilə gəzərək, əylənərək keçirməyə meyil edə bilər.
 Dərs oxuma vaxtını müəyyənləşdirmək ən başlıca şərtlərdən biridir. Məsələn, hər gün saat 15-dən 18-dək nizamlı şəkildə dərs oxuyan
şagird növbəti gün həmin vaxt gələndə bunu xatırlayacaq. Hətta bu vərdiş halını alandan sonra günün həmin saatı gəlib çatan kimi,
dərs oxuma vərdişi özünü biruzə verməyə başlayacaq.
 Dərs proqramı necə hazırlanmalıdır?
Zamanı əlverişli istifadə etmək istəyən şagird televiziya izləmək, dostlarla görüşmək, özünə vaxt ayırmaq kimi məşğuliyyətlərlə dərs
oxumaq arasında seçim etmək məcburiyyətindədir. Bu seçimi edərkən diqqət edilməsi lazım olan vacib məsələ bunlardan hansının
daha əhəmiyyətli olduğunun müəyyən edilməsidir. Dərs oxuma proqramını hazırlamazdan əvvəl vaxtınızdan necə istifadə edəcəyinizi
yaxşı bilməlisiniz. Bunun üçün qeyd dəftəri tutulmalıdır. Bu dəftərə gün ərzində nə etməli olduğunuzu qeyd etməlisiniz. Yalnız bu
yolla özünüzə ən yaxşı proqram hazırlamış ola bilərsiniz.
Gündəlik proqram hazırlayarkən bunlara diqqət yetirməlisiniz:
- Yuxudan oyanma saatı
- Dərsə və ya kursa gediş-gəliş saatları
- Yol üçün sərf etdiyiniz vaxt
- Yemək üçün müəyyən edilən vaxt
- Dərs oxumağa ayırdığınız müddət (başlama və bitiş saatları)
- İstirahət, əylənmə, televiziya izləmə kimi məşğuliyyətlər üçün müəyyən edilən zamanlar
- Təkrar üçün ayrılan zaman
- Ev tapşırıqlarına ayrılan vaxt
- Yatma zamanı
Planlı dərs oxuma
Ən əlverişli dərs oxuma planı həftəlik plandır. Bu planı qurarkən diqqət etməli olduğunuz məqam dərs oxumaq üçün ən yaxşı hesab
etdiyiniz zamanı müəyyənləşdirə bilməkdir. Bunun üçün aşağıdakılara diqqət yetirilməlidir:
- Ən uyğun dərs oxuma yeri və saatı seçilməlidir.
- Hər fənnə lazım olan qədər vaxt ayrılmalıdır. Zəif nəticə göstərdiyiniz fənlərə daha çox zaman ayırın.
- Əvvəlcə ən çətin gələn dərsdən başlayın. Həmin dərs üçün hər gün müəyyən qədər vaxt ayırın.
- Dərs oxumaq üçün müəyyən bir yer seçilməli və bu yer başqa heç bir iş üçün istifadə olunmamalıdır.
- Dərs oxuma yerinin bu iş üçün uyğunluğuna fikir verilməlidir. Məsələn, yataqda uzanaraq oxumaq əvəzinə, stol arxasında oturub
oxumaq daha yaxşıdır.
- Çalışmaların həllinə nə qədər vaxt və enerji sərf edəcəyinizi təxmini dəqiqləşdirin və qəti qərar verin. Məsələn, qərar verin ki,
Riyaziyyatdan evə verilmiş 10 testi həll etmədən stoldan qalxmayacaqsınız.
- Şagird sıxıldığı zaman çalışma otağından ayrılmalıdır. Ancaq qalxmamışdan əvvəl 2-3 test etməlidir.
- Çalışma otağı diqqəti, fikri dağıdan şeylərdən təmizlənməlidir və çalışma üçün lazım olan vəsaitlər hazır olmaldır.
Baltası iti olan daha çox ağac kəsər
Bir meşədə iki dost odun doğrayırmış. Onlardan biri səhər lap tezdən qalxar, istirahət etmədən ağac kəsərmiş. Axşamlar da evə dostundan
gec gedərmiş. Heç günortalar da yemək üçün fasilə verməzmiş. Dostu isə səhər vaxtında qa
lxar, istirahət edə-edə ağacları doğrayar, acanda
da yeməyini yeyərmiş. Axşam da hava qaralan kimi evinə gedərmiş. Bir həftə bu münvalla iş davam edir. Həftənin axırında kəsdikləri
ağacları sayırlar. Dayanmadan işləyən dostun kəsdiyi ağacların sayı az olur. Fasilə vermədən işləməsinə baxmayaraq, ağaclarının sayının
az olması ona çox maraqlı gəlir. Dostu bunun səbəbini ona belə izah edir : Sən dayanmadan çalışarkən mən aradabir istirahət edib, baltamı
itiləmişəm. İti balta ilə daha az əmək sərf etməklə çox ağac kəsilər , – cavabını verir. Özünü inkişaf etdirməyin yolu düzgün vaxtda istirahət
edib baltanı itiləyə bilməkdir. Bu üsul zehnimizin aktiv olmasına və az zaman sərf etməklə daha çox şey qavramasına imkan verə bilər.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?