2012-04-29

Ən faydalı ərzaqlar seçildi

Nüfuzlu "Forbes" jurnalı Avropa və ABŞ alimlərinin son illərdə apardıqları tədqiqatların nəticələrinə istinad edərək insan orqanizmi üçün ən faydalı ərzaqların siyahısını hazırlayıb.
Həmin qidalar arasında qoz, fındıq, giləmeyvələr və paxlalı bitkilər ilk yerləri tutur.

Nar şirəsinin isə xərçəng hüceyrələrini məhv edərək qan təzyiqini aşağı salmaqla yanaşı, "təbii Viaqra" olduğu aşkarlanıb.

Bundan başqa, alimlər bildirir ki, mal və qoyun ətinin orqanizm üçün zərərli olması barədə iddialar ağ yalandır.(milli.az)

İnsan orqanizmi üçün ən faydalı qida və ərzağın siyahısı belədir:

1. Qoz, fındıq
2. Paxlalı bitkilər
3. Giləmeyvələr
4. Təzə süd
5. Ət
6. Yumurta
7. Qırmızı balıq
8. Kələm
9. Nar şirəsi
10. Alma

İmtahanqabağı yaddaşı gücləndirən qidalar

Yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. 

Məsələn, adi kökün yaddaşın möhkəmlənməsinə, ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər yardım etdiyini bilirsinizmi? Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda? Xüsusi ilə də növbəti aylarda məzunların imtahan verəcəkərini nəzərə alsaq, imtahanda stressin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər.

Sinir sistemi üçün

Qoz, fındıq, fıstıq zehnin uzun müddət çalışmaq imkanını artırır. Beynin əlaqələndirici maddələrinin əmələ gəlməsinə səbəb olur.

Yaradıcılıq üçün

Zəncəfilin tərkibindəki maddələr beynin yeni fikirlər yaratmasına kömək olur. Qan duru olduğunu üçün sərbəst şəkildə axır, beyin oksigenlə qidalanır.

Yaddaş üçün

Kök yaddaşın qabiliyyətini artırır. Beynin metabolizm prosesini canlandıran fermentlərdəndir. Ananas əzbərləmək üçün çox yararlıdır. Digər meyvələrdə olmayan manqa elementinə malikdir.

Xoşbəxtlik üçün

Xoşbəxt olanda, insan daha yaxşı öyrənə bilir. Enerjiniz pozitiv olur. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir. Çiyələk stressin təsirlərini azaldır. Banan da beynə xoşbəxtlik hiss verən seratonin maddəsinə malikdir.

Öyrənmək üçün

Kələm qalxanvarı vəzinin fəaliyyətini azaldır. Bu isə əsəbiliyə qarşı xeyirli qidadır. İmtahan öncəsi stress üçün tövsiyə olunur. Limon qavrama qabiliyyətini artırır. Yeni əldə ediləcək biliklərin qavranması üçün məsləhət görülür.

Diqqət cəmləmək üçün

Krevet orqanizmə lazım olan Omega 3 yağ turşularını təmin edir. Soğan fiziki yorğunluğa qarşı qanı duruldur. Beyin oksigeni daha asan qəbul edir.

2012-04-26

Diqqət!

Nəhayət!Saytımızın təqdimat videosu hazirlandı!

2012-04-21

Salam dostlarım!Çox tezliklə yeni lahiyə açılacaq!Səbirli olun!Hal hazırda onlinedəsən mi?Şərh yaz!