2012-01-31

Türkiyədən Naxçıvan Dövlət Universitetinə kitab ərməğanı

Türkiyə Cümhuriyyətinin dövlət nəşriyyatları və akademik qurumlarının nəşriyyatları tərəfindən çap olunmuş kitablar dəsti Naxçıvan Dövlət Universitetinin kitabxanasına və universitetdəki Atatürk Mərkəzinə hədiyyə edilib. Hədiyyə edilmiş kitablar arasında ensiklopedik nəşrlər üstünlük təşkil edir. Türk dünyası ədəbiyyatları ədəbiyyatçıları ensiklopediyası, Ədəbiyyat mətnləri antologiyası, Türk dünyası ədəbiyyat və mədəniyyət xadimləri ensiklopediyası, İstanbul ensiklopediyası kimi nəşrlər zəngin informasiya bazası olan əhəmiyyətli kitablardır. Məşhur səyyah Övliya Çələbinin “Səyahətnamə” əsərinin səkkiz cildliyi, Dədə Qorqud dastanlarına, Kudatku bilik abidəsinə həsr edilmiş kitablar nadir kitablar seriyasına daxildir. 
Təqdim olunan kitablar arasında Azərbaycana aid nəşrlər də mühüm yer tutur. Türkiyə Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivlər Baş İdarəsinin 2011-ci ildə çap etdirdiyi “Osmanlı arxiv bəlgələrində Naxçıvan” kitabı Naxçıvan tarixinin öyrənmək istəyənlər üçün faydalı mənbədir. Bundan başqa, Azərbaycan şeir və hekayə antologiyaları, xalq yazıçısı Anar haqqında monoqrafiya, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” əsəri və sair kitablarda milli ədəbiyyatımızın və mədəniyyətimizin tarixi ənənələri öz əksini tapıb. 
Naxçıvan Dövlət Universitetinə hədiyyə olunmuş kitablardan lüğətlər və turizm üzrə tanıtma kitabları da müəllimlər və tələbələr üçün maraqlı olacaq. 
Kitabları Naxçıvan Dövlət Universitetinə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Denk Ünal təqdim edib. 
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin 
mətbuat şöbəsinin müdiri

Microsoft haqqında maraqlı faktlar

Microsoft adı ilk dəfə 29 Noyabr 1975-ci il tarixində, Bill Gatesin Paul Allenə yazdığı bir məktubda istifadə edildi. Bundan bir il sonra, 26 Noyabr 1976-cı il tarixində isə ad ticari marka olaraq qeydiyyat edildi.

i Pod və Google qadağan


Microsoftun başçısı Steve Ballmer, uşaqlarına Microsoft məhsullarını istifadə etmələri üçün təzyiq etdiyini CNNdəki bir reportajında etiraf etdi. CNNdəki proqramda danışan Ballmer, "Hər ana ata uşaqlarını yaxşı yetişdirmək istər. Mən bu mövzuda müvəffəqiyyətli olmağa bilərəm amma heç olmasa bir mövzuda beyinlərini yumağı bacardım. iPod və Google istifadə etmirlər."
Ədədlərlə Microsoft I

Microsoftu bu anda 97,828 insan işlədir və yaş ortalamaları 37-dir. İşlələyənlərin %75-i isə kişidir. Dünya səviyyəsində 88 mülkə sahib olan şirkətin mal varlıqlarının cəmi sahəsi, 1, 212,739 kvadrat metrdir.

İlk MS Office

1989-cu ildə çıxan ilk MS Office paketi, sanılanın əksinə bir Microsoft sistemi üçün deyildi. MAClər üçün xüsusi çıxarılmışdı. Proqramın 1990-cı ildə Windows üçün bir distributivi də nəşr olundu.

Xüsusi Windows səsi

Windows 95in Start səsi, bəstəkar Brian Eno tərəfindən xüsusi olaraq yazıldı və bu sırada bir Apple Macintoshun köməyi istifadə edildi. Vista üçün xeyli çox səs də bəstəkar Robert Fripp tərəfindən bəstələndi. Robert, köhnə King Crimson qrupunun gitaristi idi
Windowsun böyük atası

Microsoftun ilk əməliyyat sistemi 1980-ci ildə bazara buraxılan Xenix idi. Unix uyğun bu əməliyyat sistemi PClər üçün vizual interfeys də təqdim edirdi. Lakin Xenix gözlənildiyi qədər maraq görmədi. Çünki çalışmaq üçün bir sabit diskə və 256 KB RAMa ehtiyac duyurdu. Nə var ki, o dövrlərdə standart IBM PClər 64 KB RAM ilə gəlirdi və qiymətləri minlərlə dollar ətrafında idi. Yüksək RAMlı modellər isə sərvət dəyərində idi. Ayrıca çoxu kompüterdə sabit disk də tapılmırdı.

Ad Günün mübarək Rəsulzadəm!!

2012-01-27

Yaponiya kosmosa “Radar-3” casus peykini göndərdi


Yaponiya kosmodromu “Taneqasima”dan Şimali Koreyanı izləyəcək casus-peyki kosmosa buraxıldı.\bbc\

Peyk Yerə 60 sm-lik məsafəli ölçüdə olan istənilən obyekitin şəklini göndərmək qabiliyyətindədir. Peyk yaradıcılarının məlumatlarına görə, pis hava şəraiti peykin işinə mane olamayacaq. “Radar-3” casus peykindən əlavə, Yaponiyanın kosmosda olan digər 3 casus peyki də fəaliyyət göstərir.

Dünyanın ən bahalıları

*

*
*

*

*
*

*

Dünyanın ən varlı şəhərlərinin adları açıqlanıb

Dunyanın ən varlı şəhərlərinin adları açıqlanıb. Brukinqs İnstitutunun apardığı və 2011-ci ili əhatə edən tədqiqatın nəticələrinə əsasən, siyahıda birinci yerdə Hartford (Konnektikut ştatı - ABŞ) şəhəri, ikinci yerdə Oslo (Norveç), üçüncü yerdə isə San-Xose (ABŞ - Kaliforniya ştatı) şəhəri qərarlaşıb.

Siyahı şəhərdə adambaşına düşən ÜDM-in həcminə görə tərtib olunub. Tədqiqatda dünyanın 200 ən varlı şəhəri iştirak edib.

Reytinqdə birinci yeri tutan Hartford şəhərində işləyənlərin orta illik əmək haqları 75 057 ABŞ dolları, Osloda 74 057 dollar, San-Xose şəhərində isə 68 141 dollar təşkil edib. Siyahıda 4-cü yerdə 63 859 dollar orta illik məvaciblə Əbu-Dabi (BƏƏ) şəhəri qərarlaşıb.

Ümumiyyətlə, siyahıda ABŞ şəhərləri üstünlük təşkil edir. Reytinqin ilk onluğuna Avropanın daha iki şəhəri - İsveçrənin paytaxtı Sürix (6-cı yer) və İsveçin paytaxtı Stokholm (8-ci yer) daxil olub.

Aparılan tədqiqatın nəticələri onu göstərib ki, dinamik inkişaf edən iqtisadiyyatların 90%-i Şimali Amerika və Qərbi Avropadan kənarda yerləşir. Dünyanın ən kasıb şəhərləri sırasına Qahirə (Misir), Mumbai (Hindistan) və İsgəndəriyyə (Misir) daxil olub. Şəhərlərdən sürətlə inkişaf edənlər isə Şanxay (Çin), Ər-Riyad və Ciddə (hər ikisi Səudiyyə Ərəbistanı) olub.   APA

Məntiq tələb edən sual

məntiq və diqqət tələb edən sualGünlərin bir günü varlı bir evin xidmətçisi polisə gələrək sahibinin öldürüldüyünü deyir…
Dedektiv ondan hadisənin necə baş verdiyini soruşur. O isə hadisəni belə təsvir edir…
— Sahibim işdən evə gəldikdən sonra 2-ci mərtəbəyə öz otağına qalxdı… Bir az keçdikdən sonra mən yuxarıdan atəş səsi eşitdim. Qalxıb otağına girmək istədim lakın otağın qapısı içəridən bağlı idi. Məcbur olub çölə çıxdım və aşağıdan daşla otağın pəncərəsini sındırdım və nərdivanla qalxıb otaqa girdim. Sahibimi otaqda masanın üzərində ölmüş vəziyyətdə gördüm və əlində silah qalmışdı. Masanın üzərində bir də kitab var idi. Kitabın 7 — 8 ci səhifələri arasında bir məktub tapdım. Məktubda «Mənim ölümümdən heç kim günahkar deyil» yazılmışdı. Başqa heç nəyə əl vurmadım. Otaqdan çıxarkən ayağım daşa ilişdi və əlimlə vazaya toxundum düşdü sındı. Oradan da çölə çıxıb bir başa bura gəldim…
Dedektiv onun danışdıqlarının arasında kiçik bir məntiqi səhv tutdu… Və o səhvin sayəsində qatilin elə xidmətçi olduğunu sübut elədi...

Xidmətçinin ifadəsindəki məntiqi səhv nə idi?

Ayaq Dabanınızın qeydinə qalın.!

Aşağıda görəcəyiniz rəsimdə Ayaq dabanında hansı orqanın hansı qismə bağlı olduğunu göstərən cədvəl var.
Ayaq dabanında Bədəndəki orqanlara bağlı bütün sinirlərin burda sonlandığı təsdiqlənmiş məlumatdır.
Bu nöqtələrə hər dəfə təzyiq (təsir) etdiyimizdə orqanlarımız fəaliyyətə yenidən başlayır, oyanır və düzgün çalışır.
Hər hansı bir orqanınızda probleminiz varsa o orqanınızın  aid olduğu hissəyə masaj ya da təzyiq etsəniz o orqanı fəaliyyətini yaxşılaşdıra bilərsiniz…
P.S: Boşuna deyilməyibki ən gözəl idman qaçış —  yeriməkdir.

Həyatın əks-sədası

Bir kişi və oğlu meşədə gəzişirlərmiş. Birdən uşağın ayağı ilişib yıxılır və 'AHHHHH' deyə qışqırır.
İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır.
Maraqlanır və
— ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib — ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.





Uşaq atası tərəfə çevrilir və

— ''Ata nə olur belə?'' deyə soruşur.

— Atası oğlum ''Dinlə və öyrən!'' deyərək dağa tərəf dönüb ''Sənə heyranam!'' deyə qışqırır. Gələn cavab ''Sənə heyranam!'' olur. Ata təkrar qışqırır, ''Sən möhtəşəmsən! gələn cavab; ''Sən möhtəşəmsən!'. Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası şərhini edir:
— ''İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbrli olmasını istəyirsənsə sən də daha səbrli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər dövr üçün etibarlıdır.''
Həyat bir təsadüf deyil, etdiklərinizin aynada bir əksidir.

İşarə əvəzlikləri

Demonstrative pronouns
Müаsir ingilis dilindә mövcud оlаn işаrә әvәzliklәri аşаğıdаkılаrdır:
this, that, (the) same, such.
Bu әvәzliklәrdәn birinci ikisinin cәm fоrmаsı vаrdır: this—these, that—those.

This (these)
that (those) әvәzliklәrinin işlәnmәsindә bеlә bir fәrq vаr: zаmаn vә yа mәkаncа yахın оlаn şәхs vә yа әşyаlаrı göstərәrkәn this (these), uzаq оlаn şәхs yахud әşyаlаrı göstərәrkәn isә that (those) әvәzliyi işlәdilir, mәsәlәn:
This book is mine. That book is yours. These flowers are red. Those flowers are yellow.

This (these), that (those)
әvәzliklәri еyni оlаrаq hәm şәхsi, hәm dә әşyаlаrı bildirmәk üçün işlәnә bilir, mәsәlәn:
This man is a teacher. This table is round. That woman is a doctor. That bench is long. «You remember how rude you were that first night we met here;… (Abrahams.) This world and I are on excellent terms. (Wilde.) »This man Swineburne", he began,… (London.)

This әvәzliyi Аzәrbаycаn dilinә bu, that әvәzliyi isә о işаrә әvәzliyi vаsitәsilә tәrcümә еdilir, mәsәlәn:
This man is our teacherBu kişi bizim müәllimimizdir.
That man is not our teacherO kişi bizim müәllimimiz dеyil.
This book is mine, that book is yoursBu kitаb mәnimkidir, o kitаb sәninkidir.

(The) same
işаrә әvәzliyi. Bu әvәzlik bir qаydа оlаrаq müәyyәnlik аrtiklı ilә işlәnir, mәsәlәn:
It is the same book. On the next day we got the same answer. They went to the same university, that she did… (London.) From the day she left I was no longer the same… (Bronte.)

(The) same
işаrә әvәzliyi Аzәrbаycаn dilinә (1) hәmin, yахud (2) еyni sözlәri vаsitәsilә tәrcümә еdilir, mәsәlәn:
(1) It was the sameman — O hәmin аdаm idi.
(2) Some days later we got the sameanswer — Bir nеçә gün sоnrа biz еyni cаvаb аldıq.

Such
işаrә әvәzliyi. Bu әvәzlik Аzәrbаycаn dilinә bеlә vә yахud еlә sözlәri vаsitәsilә tәrcümә еdilir, mәsәlәn:
(1) I have never seen such a picture — Mәn hеç vахt bеlә şәkil görmәmişәm.
(2) Jack was such a clever boy — Cеk еlә аğıllı оğlаn idi ki...

Müаsir ingilis dilindә mövcud оlаn işаrә әvәzliklәri hәm isıi, hәm dә sifәti әvәzlik kimi işlәnә bilir. Ismi әvәzlik kimi işlәnәrkәn işаrә әvәzliklәri cümlәdә (1) mübtәdа, (2) prеdikаtiv, (3) tаmаmlıq, sifәti әvәzlik kimi işlәnәrkәn isә (4) təyin funksiyаsı dаşıyır, mәsәlәn:

(1) This troubled me more for a long time,… (Dickens.)

«These are bathrooms,» he said… (Galsworthy.) That was what I meant. (Dickens). Such was the picture,… (London.)
(2) From the day she left I was no longer the same… (Bronte.)
(3) «Can you explain that to me?» (Maugham.) Tell me just how you did this. (Dreiser.) To this my mother returned, … (Dickens.)
(4) In that small room he seemed even bigger than I remembered him. (Maugham.) «Do you mean, then, that this thing — this — feeling is quite irrevocable? (Voynich.) Next day she came out about the same hour alone. (Stevenson.)

Qeyd.
Such әvәzliyi sаyılа bilәn isimlәri təyin еdәrkәn оndаn sоnrа. Yəni such әvәzliyindәn sоnrа qеyri-müәyyәnlik аrtiklı işlәdilir, mәsәlәn:
Such a self—contained man I never saw. (Dickens.)

Afaziya nədir?

Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə-A.R.Lurii-nin ifadəsincə desək) beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış (təşəkkül tapmış) nitq pozğunluğudur  və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.

Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Afaziya (yunanca- — — mənfi zərrəcik и φάσις — təzahür,mülahizə mənasını ifadə edir)-bu formal nitqin sistemli pozğunluğudur (alalii-dən fərqli olaraq).Baş beyin qabığının danışıq mərkəzlərinin üzvi surətdə travma,şiş,insult,tərbiyə vermə prosesi zamanı və bir neçə psixiki xəstəlik səbəbilə zədələnməsi zamanı yaranır.


Afaziyaların təsnifatı:

•Brok afaziyası yaxud efferent  hərəkət refleksli afaziya (efferentis —dözümlü; efferentlər —refleks qövsünün son hissəsi) ilk dəfə Polem Brok tərəfindən 1861-ci ildə təsviri verilmişdir.Bu beyinin sol yarımkürəsində (hərəkətverici danışıq mərkəzinin (Brok mərkəzinin) beyin qabığının  hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır.Bu da fikir söyləmə  qrammatikasının pozulmasna səbəb olur (fikir söyləmənin teleqraf üslubunun) və bir sözdən başqa sözə (yaxud hecaya) istiqamətlənmədə çətinlik yaradır ki,bu da ətalətli sabit nitq fəaliyyətinin yaranmasına səbəb olur.Hərfi parafaziyalar mühaşidə olunur ki,bu zaman bir səsin digəri əvəz olunması zamanı həmçinin oxuma və yazma zamanı kobud səhvlərə yol verilir.

•Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır.Nitqin realizasiya prosesi xarici mühitin pozulması (daxili proqram qaldığı halda)səbəbi ilə pozulur.Bu forma qabığın Brok mərkəzi yaxınlığındakı hissəsinin zədələnməsi ilə şərtləndirilir.

•Afferent hərəkətverici afaziya (afferentis — dən ötürücü; афференты — sinir sonluqlarınadək).Beyin qabığının arxa-mərkəzi və əmgək (təpə) hissələrinin zədələnməsi zamanı yaranır.Bu tip xəstələr üçün səs cingiltilərinin səhv salınması xarakterikdi.Birinci defekt xəstənin öz yaxınlarının səslərinin artikulyasiyasını (müəyyən səsi çıxartmaq üçün danışıq orqanlarının gördüyü iş) ayırd edə bilməməsidir.Onlar daxili qrup artikullemlərini səhv salırlar (xalat-xadat).Artikulyasiyalardan gələn kinetik hissiyat pozğunluğu yaranır.Əsas defekt sözü tələffüz etmək üçün lazım olan dəqiq akulyativ vəziyyət və qaydaların seçilə bilməməsidir.

•Vernike afaziyası və yaxud sensor afaziyası.Bunun əsasını fonematik (fonem (dil sistemində: mənaayırıcı səs)) eşildilmə pozuqluğu və sözlərin müxtəlif tələffüz tərkiblərinin pozuqluğu təşkil edir.Bu akustiko-qnostik afaziya növündə sözlərin tələffüz tərkibinin araşdırılmasına qabiliyyət sərf olunması müşahidə olunur.

•Akustiko-mnestik afaziya- bu tələffüz zamanı əldə olunan  məlumatların həcminin saxlanması və eşildilmə-nitq yaddaşının pozuqluğu zamanı yaranır.Akustiko-mnestik afaziyanın əsasını müşahidə yaddaşının pozuqluğu və sözlərin müşahidə qabiliyyətinin zəifliyi təşkil edir.

•Semantik afaziyanın əsasını nitqin simultant analiz və sintezlərinin deffekti və nitq fəaliyyəti zamanı məlumatların eynizamanlı qavranılmasının pozuqluğu təşkil edir.Bu forma afaziyanın aparıcı deffekti mürəkkəb-məntiqi sturukturların qavranılmasının pozuqluğudur.

•Amnestik afaziya əmgək (təpə)- gicgah nahiyələrinin zədələnməsi zamanı yaranır.Bu afaziya zamanı əsas çətinlik müxtəlif predmet və bədən nahiyələrinin adlandırılması təşkil edir.Şifahi parafaziyalar müşahidə olunur.

Afaziklərin nitq fəaliyyəti yoxsul leksik əsasla xarakterizə olunur,onlar çox nadir hallarda nitq fəaliyyəti zamanı sifət,zərf,təsviri ifadə istifadə edir ,atalar sözü və məsəllərdən isə demək olar ki,heç istifadə etmirlər.

Insan beyni haqqında maraqlı faktlar

1. İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.
2. Beyniniz ölməyə başlamazdan əvvəl ən çox 4-6 dəqiqə arasında oksigensiz qala bilər.
3. Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.
4. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir. Beynin hər bölgəsinin bir funksiyası vardır.
5. Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur. Bu ədəd altı yaşında maksimum səviyyəyə çatır. insan beyni
6. Yeni doğan bir körpənin beyni sonrakı ilk ildə tam üç qat böyüyür.
7. Toxunma duyğusu ilk yaranan duyğudur. Ana qarınında əmələ gəlir.
8. Beyninizi davamlı işlədin, çünki zehni fəaliyyətlər beyninizdə yeni sinir hüceyrələrinin meydana gəlməsini təmin edir.
9. Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə həkimə müraciət etdiyini ortaya qoyur.
10. Qidalanmanın beynə olduqca faydalı təsiri vardır. Nyu-Yorkda aparılan bir araşdırmada günorta yeməyində süni souslar və qidalandırıcılar istifadə etməyənlərin IQ səviyyələrinin digərlərinə nisbətən yüzdə 14 daha yüksək olduğunu ortaya qoyub.
12. Bir şey xatırladığınız və yeni düşüncələr yaratdığınız hər an beyninizdə yeni əlaqələr qurursunuz.
13. Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz, beyninizdə qurulan ən romantik əlaqədir.
14. Yuxunuzu təşkil edin. Beyninizin ən çox istirahət etdiyi an yuxuda olduğunuz anlardır.
15. Başınız ağrıyanda beyniniz heç bir ağrı hiss etməz. Hadisə tamamilə acı qəbulediciləriylə əlaqəlidir.
16. Yatdığınız müddət içində beyniniz yarıparalizə olur. Bu müddətdə beyniniz bir hormon ifraz edir. Bu hormon yuxularınız əsnasında reaksiya vermənizi qarşılayır.
17. İnsanlar orta hesabla yuxusunu yüzdə 12-sini ağ-qara görür.
18. Beyniniz soyuducunuzun lampasından daha az enerji istehlak edər. Beyin 12 watt gücündə enerji istifadə edirr ki, böyük ölçülü iki banandan əldə ediləcək enerjiyə bərabərdir.
19. Sıx yaşanan reaktiv-lag yaddaşa zərər verə bilər. Sıxlıqla qitələr arası uçuş edən insanlar beyin ziyanı və ya yaddaş zəifliyi yaşaya bilərlər. Ehtimalla bunun səbəbi reaktiv-lag əsnasında çoxlu sayda stress hormonu ifraz olunması və bu hormonların beyinə lobuna və yaddaşa zərər verməsidir.
20. Gurultulu bir otaqda nə üçün telefonla danışmaq çətindir? Bu vəziyyətdə beyniniz telefondakı yoldaşınızın səsiylə otaqdakı digər səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlinizlə bağladığınız anda əslində içində olduğunuz otaqdakı səslərin telefona girməsinə mane olduğunuz üçün səs qarışığına mane olmaqla beyninizin işini asanlaşdırır.
21. Video oyunları eyni anda birdən çox işi edə bilmənizə köməkçi ola bilər. Bu mövzuda edə biləcəyiniz təcrübə isə bir çox hədəflərə atəş açmaq məcburiyyətində qaldığınız bir video oyunu ola bilər.

2012-01-25

Ən səssiz külək turbini haradadır?

Ətraf mühitin müsibət çirkləndiyi bir zamanda, alternativ enerji mənbələrinin vacibliyi get-gedə yüksəlir. Fərdi insanlar belə öz mülklərini istiliklə təchiz etmək üçün, müxtəlif qurğulardan istifadə edir. Bununla belə alternativ enerjinin elektrik enerjiyə çevirən cihazların çeşidləri müxtəlifdir. Hər birinin özünə məxsus üstünlüyü var.
Ən səssiz külək turbini haradadır?
Avstraliyanın Renewable Energy Solutions Australia şirkəti Eco Whisper Turbine adlı yeni külək turbinini təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu dünyada ən səssiz külək turbinidir.
Ən səssiz külək turbini haradadır?
20 KVt gücə malik olaraq, Eco Whisper Turbine-nin hündürlüyü adi üçpərli turbinlərdən iki dəfə azdır. Bundan başqa, yeni cihazın rotorunun diametri də iki dəfə azdır.
Ən səssiz külək turbini haradadır?
Yeni qurğu enerji yığımını yüksəltmək üçün, öz pərlərini küləyin istiqamətinə doğru uyğunlaşdırır.  Renewable Energy Solutions Australia-dan verilən xəbərə görə, optimal şəraitdə turbin il ərzində 45 min kVt enerji istehsal edə bilər. Bu modelin ilk nüsxəsi Viktoriya ştatının Djilonq şəhərində qurulmuşdur. Turbin 21,1 m hündürlüyə malik olaraq, rotorunun diametri 6,5 m təşkil edir. Turbin 220 km/saat sürətlə əsən küləklərə davam gətirməyə malikdir, deyə Gizmag xəbər verir.
Ən səssiz külək turbini haradadır?
Bu turbinlərin qiyməti haqqında məlumat yoxdur. Amma ümidvarıq ki, “küləklər şəhəri”-nin ətraf sahələrində bunlardan quraşdırılacaq.

Mobil telefonların qeydiyyatı nə vəd edir?


Azərbaycanda hökumət mobil telefonlardan istifadəyə nəzarəti gücləndirir. Bu məqsədlə Nazirlər Kabineti «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nı təsdiqləyib. Başqa sözlə, bundan sonra ölkədə istifadə olunan bütün mobil cihazlar, o cümlədən mobil telefonlar qeydiyyata alınacaq. Belə bir qərarın qəbul edilməsinə səbəb «Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı»nın icrasını təmin etməkdir.

Qərara əsasən, mobil cihazların qeydiyyat sisteminin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub. Bu sistemə mobil telefonların bir sıra göstəriciləri daxil ediləcək, məsələn, mobil telefonların IMEI-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu.

YENİ QAYDALAR MOBİL TELEFON OĞURLUĞUNUN QARŞISINI ALA BİLƏR

Bu qeydiyyat sistemindən keçməyən mobil telefonların istifadəsi isə mümkün olmayacaq, çünki mobil operatorlar bu cür telefonlara xidmət göstərməyəcəklər.

Yeni qaydaya görə, ölkəyə həm şəxsi istifadə, həm də satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihaz gətirənlər də bu malları qeydiyyat mərkəzinə müraciət etməklə qeydiyyatdan keçirməlidirlər.

Mobil telefonu itən və ya oğurlanan şəxs isə qeydiyyat mərkəzinə müraciət edə bilər ki, həmin telefona xidmət göstərilməsi məhdudlaşdırılsın.

«DÜNYA TƏCRÜBƏSİNDƏ ŞƏBƏKƏ NÖMRƏSİ QEYDİYYATA ALINMIR, BU ŞƏXSİ MƏLUMATDIR»

Mütəxəssislərin fikrincə, bu qaydalar səmərəli tətbiq olunarsa bir sıra müsbət nəticələr verə bilər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün dediyinə görə, məhz oxşar qaydaların mövcudluğuna görədir ki, əksər Avropa ölkələrində mobil cihazların oğurlanması halları təsadüfidir. Çünki bu qaydalar oğurluq mobil telefonun şəbəkədə istifadəsini mümkünsüz edir.

Hacı Hacıyev

İnformasiya texnologiyaları üzrə mütəxəssis Hacı Hacıyevə görə isə, bu qaydaların tətbiqi təkcə terrorizmlə mübarizə yox, həm də ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz, insan orqanizminə daha çox zərər yetirən mobil telefonların gətirilməsinin qarşısını almaq baxımından dəyərlidir. Amma mütəxəssislərin fikrincə, artıq təsdiqlənmiş qaydalarla bağlı müəyyən mənfi məqamlar da var. Məsələn, Osman Gündüz deyir ki, qeydiyyat sisteminə telefonun mobil şəbəkə nömrəsinin də salınmasına heç bir ehtiyac yoxdur, bu əksinə şəxsi məlumatların qorunması məsələsini ortaya çıxarır:

«Dünya təcrübəsində də şəxsi nömrələr qeydiyyata alınmır, yalnız avadanlığın kodu qeydiyyata alınır. Söhbət nömrədən gedirsə, bu artış şəxsi məlumat deməkdir, artıq şəxsi məlumatların qorunması məsələsi gündəmə gəlir. Yəni şəxsi məlumatlar nə dərəcədə qorunacaq, ikinci, üçüncü tərəfə verilə bilərmi? Başqa sözlə, nömrələrdən şəxsi məlumatların əldə olunması məsələsi gündəmə gəlir ki, bu da qanunvericiliklə tənzimlənən məsələdir, hər hansı qaydalarla yox».

DAHA BİR BÜROKRATİK ƏNGƏL?

Osman Gündüz

Bundan başqa, Osman Gündüzə görə, mobil cihazların qeydiyyat mərkəzinin kim tərəfindən idarə olunacağı da mühüm məsələdir. Başqa sözlə, bunu həyata keçirəcək qurum ölkədə bu sahədə inhisarçılığın yaranmasına, rəqabətin iflic vəziyyətə salınmasına da səbəb ola bilər. Hacı Hacıyev də düşünür ki, ölkəyə istər şəxsi istifadə, istərsə də satış məqsədilə mobil telefon gətirənlərin daha bir qurumun nəzarətindən keçməsi daha bir bürokratik əngəlin yaradılmasına gətirib çıxara bilər:

«Yeni qeydiyyat mexanizminin, yeni nəzarət qurumunun yaradılması bir növ yeni bürokratik mexanizm yaradır. Yəni Azərbaycana telefon idxal edən sahibkar gərək daha bir instansiyadan da icazə alsın, sertifikat alsın. Bunun da öz növbəsində mənfi cəhəti çoxdur. Əsas bu sistem necə işləyəcək məsələsidir».

RƏSMİ MÜNASİBƏT BİLDİRMƏK ÜÇÜN VAXT LAZMDIR

Bütün bu deyilənlərə mobil cihazların qeydiyyat sistemini təşkil edəcək qurumdan - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən münasibət öyrənməyə cəhd etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov dedi ki, qaydalar yeni təsdiqləndiyindən bu barədə sualları cavablandırmaq üçün vaxta ehtiyacları var. Bildirdi ki, nazirliyin bu sahəyə cavabdeh olan əməkdaşı ilə ən tezi sabah – yanvarın 6-da danışmaq mümkündür.

Qərara əsasən, mobil telefonların qeydiyyata alınması mobil cihazların qeydiyyat sisteminin qurulmasından sonra başlanacaq.

Qərarda bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problemin olmayacağı, həmin mobil cihazlarla bağlı məlumatların mobil operatorlardan alınacağı deyilir.

Mütəxəssislər belə bir qeydiyyat sistemin icrasının o qədər də asan başa gəlməyəcəyi fikrində olsalar da, artıq bir çox ölkələrdə, o cümlədən Keniya, Flippin, Türkiyədə ölkə daxilində mobil telefonların qeydiyyatdan keçirilməsi məcburidir. Türkiyədə də belə bir qaydanın tətbiqi ölkədə terror hadisələrinin qarşısını almaq məqsədi daşıyır.

ADSL Xidmətini Necə Seçməli?


ADSL xidmətini seçərkən əsas 2 parametrə diqqət yetirmək lazımdır – qiymət və sürət. Provayderlərin qiymətlərini asanlıqla saytımızda müqayisə edə bilərsiniz. Lakin sizin nəticədə aldığınız sürət, provayderin göstərdiyi maksimal sürət olmaya bilər.

ADSL-in bir neçə standartı mövcuddur. Bunlardan ən geniş istifadə olunanları:
  • ADSL – maksimal 8 Mb/s
  • ADSL2 – maksimal 12 Mb/s
  • ADSL2+ – maksimal 24 Mb/s
Azərbaycanda demək olar ki bütün provayderlər ADSL2+ dəstəkləyir. Lakin, əgər siz ADSL2+ sürətindən faydalanmaq istəyirsinizsə, modeminiz ADSL2+ dəstəkləməlidir.
Bu günlərdə bir çox internet provayderi sərfəli qiymətə yüksək sürətli bağlantı vəd edir. Lakin bəzən istifadəçilər vəd olunan sürəti əldə edə bilmir. Bunun əsas səbəsi qoşulan istifadəçi ilə telefon qovşağı (ATS) arasında olan məsafədir. ADSL texnologiyası məsafəyə və xəttin keyfiyyətinə çox həssasdır. Əgər sizi telefon qovşağınıza bağlayan naqillər keyfiyyətsizdirsə və ya zədələnmişdirsə bu sürətlər daha da aşağı ola bilər.
Telefon qovşağına olan məsafənin ADSL sürətinə təsiriYuxarıdakı qrafik ADSL texnoloqiyalarının, telefon qovşağına olan məsafədən aslı olaraq, sizin əldə edə biləcəyiniz sürəti göstərir. Əgər siz telefon qovşağına 1.5 km və ya daha yaxın məsafədə yaşayırsınızsa bəxtiniz gətirib – rahat 12 Mb/s sürət əldə edə bilərsiniz. Lakin əgər siz 3 km və ya daha uzaq məsafədən bağlanırsınızsa, o zaman 2-3 Mb/s sizin maksimal sürətiniz olacaq. Yəni, əgər sizinlə telefon qovşağının arasında məsafə böyükdürsə o zaman 3 Mb/s-dən sürətli paketi almağın mənası yoxdur. (Qeyd: rəqəmlər provayderlərə görə deyişə bilər.)
Bunu həmçinin aşağıdakı qrafik də təsdiq edir. Göründüyü kimi, 2008-2011 illərində, provayderlər üzrə ortalama maksimal endirmə sürəti 2Mb/s-dən 3Mb/s-ə qalxmışdır. Yəni 3 Mb/s üzərində sürət alan adamların sayı heç də çox deyil.
Beləliklə, əgər siz ADSL ilə qoşulursunuzsa və telefon qovşağından 3 km və ya daha uzaqda yaşayırsınızsa, o zaman sizə 4 Mb/s sürətinə qədər paketlər lazımdır. Əgər 2 km-ə qədər məsafədən qoşulursunuzsa, o zaman demək olar ki istədiyiniz sürəti seçə bilərsiniz.
Son olaraq onu qeyd edək ki, daha yüksək sürətlər üçün yeni texnologiyalar – kabel və fiber-obtik (FTTx) tələb olunacaq. Bu texnologiyalar isə hələlik əlçatmazdır.

“Təbaşir erası bitdi!!!”



  Müasir dünyada informasiya hər şey deməkdir. Əgər sən informasiyaya sahibsənsə deməli sən dünyada hər şeyə sahibsən. Hal-hazırda dünyanın bütün sahələrində ardıcıl şəkildə informasiyalaşdırma prosesi gedir. Təhsil də həmin sahələrdən biridir. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar keçirilib. İnkişaf etməkdə olan ölkələrdə isə bu cür islahatlar davam etdirilir. Azərbaycan da həmin ölkələrin sırasındadır. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqində ilkin addımlar artıq atılıb.
   2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Hal-hazırda İKT-nin tədris sisteminə inteqrasiyası özünün başlanğıc dövrünü yaşayır.
    Lakin ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı irəliləyişlərə baxmayaraq, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən xeyli uzaqdır.Bu baxımdan hazırda təhsil sistemində aparılan informasiyalaşdırma prosesi bir sıra ciddi problemləri üzə çıxarıb:

 İlk növbədə pedaqoji və rəhbər kadrların İKT üzrə qeyri-qənaətbəxş hazırlığı və ümumiyyətlə bu sahədə işlərin  xeyli ləng aparılması ciddi problemlərə zəmin yaradır. Məsələn keçən proqram çərçivəsində Təhsli Nazirliyi müəllimlər və məktəb direktorları üçün İKT treninqlərinin keçirildiyini bildirmişdi. Lakin çox təəssüf ki, həmin treninqdə sertifikat almayan müəllimlərin “sonrakı taleyi” haqda nazirlik tərəfindən ətraflı məlumat verilmədi.
 Elektron tədris vəsaitlərinin ləng hazırlanması və məktəblərə qısa müddətə çatdırılmaması da əsas problemlərdən biridir. Fənlərin çoxunu tədris etmək üçün milli elektron vasitələr isə demək olar ki, yox səviyyəsindədir.
  Məkəbərdə mövcud olan kompüter otaqları da tam səmərəli istifadə olunmur. Məktəblilər kompüterlərdən istifadə zamanı bir çox məhdudiyyətlərlə üzləşirlər. Şagirdlər arasında aparılan sorğular bu qənaətə gəlməyə əsas verir.
Bundan başqa, İKT –dən istifadənin üstünlükləri və imkanları ilə bağlı məlumatlandırma işi də lazımi səviyyədə aparılmır. Rəyini soruşduğumuz müsahiblərin əksəriyyəti bu sahədə informasiyalarının olmadığını bildirdilər. Səadət Novruzova valideyindir. 2 övladı var. Onlardan biri 7-ci digəri isə 11-ci sinif şagirdidir. Lakin çox təəssüf ki, xanım suallarımızı cavablandırarkən 2008-2012-ci illərdə təhsilin informasiyalaşdırılması proqramından xəbərsiz olduğunu qeyd etdi: “Bircə onu bilirəm ki, artıq bir neçə ildir məktəbdə uşaqlara bəzi dərslər kompüterlərlə keçilir. Amma məktəbdə internetdən istifadə haqda heç nə deyə bilməyəcəm.”
  53 saylı orta məktəbin 10-cu sinif şagirdi Qadaşov Adil və 9-cu sinif şagirdi Abbasov Coşqun isə məktəblərə veriləcək internetin nə işə yarayacağından ümumiyyətlə xəbərsiz olduqlarını bildirdilər.


 Çevik servis infrastrukturunun qurulmamağı, məktəblərdə avadanlığın vaxtından əvvəl sıradan çıxması, müəllimlər arasında İKT sahəsinə maraq yaratmaq üçün stimullaşdırma işinin ləng aparılması kimi problemlər də proqramın gedişinə mənfi təsir göstərə bilər.
 
  Bütün bu problemlərlə baxmayaraq, 2008-2012-ci illərdə məktəblərin informasiyalaşdırılması proqramı ölkədə təhsilin keyfiyyətinin artırılması, yeni informasiya mədəniyyətinin formalaşdırılması, ölkənin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Bəs görəsən, bu proqramla əlaqədar gözləntilər, vədlər hansılardır?
  “Təhsili informasiyalaşdırılması üzrə dövlət proqramı çərçivəsində ilin sonuna kimi 200 məktəb İnternetə qoşulacaq” –  bu məlumatı Təhsil Nazirliyi nəzdində təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov verib.
Onun sözlərinə görə, proqram 5 illikdir və 2012-ci ilin sonuna kimi ölkənin bütün təhsil müəssisələrinin internetə qoşulmasını nəzərdə tutur. Gələn il bütün rayon mərkəzlərində olan məktəblərin internetə çıxışı olacaq.
 Məmmədov onu da qeyd edib ki, yeni dövlət proqramının əsas elementlərindən biri də, şagirdlərin zərərli informasiyadan mühafizə olunmasıdır. Məktəblərin internetə qoşulmasını həyata keçirəcək Data mərkəzində bu prosesin icrasına  artıq başlanıb və lazımi avadanlıqlar sifariş olunub.
 Təhsil Nazirliyindən verilən digər məlumatda isə internetə ilkin mərhələdə qoşulacaq məktəblərin Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəbləri əhatə edəcəyi bildirilir. Çox təəssüf ki, çoxsaylı rəsmi sorğularımıza baxmayaraq nazirlikdən həmin məktəblərin hansılar olduğunu öyrənə bilmədik.
  Proqramın iş icraçılarından biri olan “ULTRA” şirkətinin rəsmi nümayəndəsi Eleonora Nağıyeva da ilkin mərhələdə 200 məktəbin internetə qoşulacağını bildirdi. Məktəblərin hansı parametrlərə əsasən seçildiyini soruşduqda isə Eleonora xanım seçimdə ilk növbədə məktəblərin İKT-yə olan marağını və bu sahədə kadr potensialının nəzərə alındığını bildirdi.

Vahid Təhsil Portalı yaradılacaq
 Təhsil Portalı təhsil sahəsində təkliflər, təhsilin keyfiyyəti və mövcud təhsil resursları kimi məsələlər daxil olmaqla Azərbaycan təhsilinin təşkili, strukturu və statusu haqqında məlumat mənbəyidir. Daha anlaşıqlı tərzdə ifadə etsək, bu Portal sayəsində Təhsil Nazirliyinə ayrı-ayrı məktəblər tərəfindən təqdim olunan kağız hesabatlara artıq ehtiyac qalmayacaq. Beləliklə həm zaman itkisi problemi, həm də “məktəbə komissiya gəlir” - kimi lüzumsuz bir məsələ aradan qalxmış olacaq. Bu da təbii ki, məktəblərin yoxlanılması zamanı daha obyektiv qənaətə gəlməyə zəmin yaradacaq.
  Qeyd edək ki, proqram çərçivəsində Təhsil Portalının yaradılması “ULTRA” şirkətinə həvalə olunub.

“Virtual sinif”
 “ULTRA” şirkətinin rəsmi nümayəndəsi Eleonora Nağıyeva, proqramın icrası zamanı real siniflərin “ virtual siniflərlə” əvəz olunacağını bildirdi. ”Virtual sinif”, reallıqda olduğu kimi müəllim-şagird münasibətləri, təhsilin qiymətləndirilməsi, tədris sisteminin təhsil bazası əsasında aparılması kimi məsələləri əhatə edəcək. Təhsil bazasına müəllimlərin elektron vəsaitləri, tədris proqramı və s. daxil olacaq. “Virtual sinif”də hətta elektron sinif jurnalları da olacaq. Burada müvafiq fənn müəllimləri şagirdləri təhsil səviyyələrinə uyğun qiymətləndirəcəklər. Amma Təhsil Nazirinin göstərişinə əsasən jurnalda düzəliş etmək hüququ müəllimlərə verilməyəcək. Yəni müəllimlər şagirdin biliyini qiymətləndirərkən yazdıqları qiymət avtomatik hesabat bazasına daxil olacaq. Bu da təbii ki, bir sıra neqativ halların aradan götürülməsinə səbəb olacaq.
“Elektron dərsliklər” və “online təhsil”
 AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirdi ki, hazırda onlar elektron dərsliklərin hazırlanması ilə əlaqədar Təhsil Nazirliyi ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq təhsilin informasiyalaşdırılması ilə bağlı bir neçə layihəni həyata keçirmək üzərində qurulub. Proqram çərçivəsində həmçinin “online təhsil” məsələsinin də gerçəkləşmə ehtimalı var.
  Proqramın işləmə mexanizmi necə olacaq?
 AİF-in rəhbəri, eyni zamanda məktəblərin informasiyalaşdırması proqramında müstəqil ekspert kimi iştirak edən O.Gündüz  proqramın fəaliyyət mexanizmindən söhbət açarkən məktəblərə internetin ötürülməsi üçün Data Mərkəzin yaradıldığını bildirdi: “Lakin hər şey göründüyü qədər asan deyil. Delta Telecomdan Data Mərkəzə verilən internet birbaşa məktəblərə ötürülməyəcək. İnternetin Data Mərkəzdən ötürülməsi zamanı mövcud telekommunikasiya infrastrukturlarından,  ATS-lərdən istifadə olunacaq. Buradan isə verilən internet məktəblərə ötürüləcək.
Ola bilər  ki, İnternetin köhnə  infrastruktur üzərindən  verilməsi  müəyyən problemlər yaratsın.”
  Məktəblərə verilən internetin sinif otaqlarında nizamlanması isə AzEduCentre-ə həvalə olunub.
  Təhsildə İKT-nin tətbiqi ilə  bağlı hüquqi-normativ bazanın yaradılması prosesində iştirak edən Osman Gündüz həmçinin  bildirdi ki, ümumilikdə proqramın ilkin mərhələsində məktəblərdə internetdən istifadə qaydalarının yaradılması, zərərli informasiyaların qarşısının alınması prosesinin tənzimlənməsi , bu prosesdə iştirak edən vəzifəli şəxslərin səlahiyyətlərinin müəyyən edilməsi və təhsil portalı haqqında əsasnamənin hazırlanması nəzərdə tutulub.

Məktəblilərin internetdə təhlükəsizliyi necə təmin olunacaq?
   İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil sistemində bu daha çox uşaqların informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Proqram çərçivəsində bu məsələnin həlli də nəzərdə tutulub.
  Məktəblilərin internetdə təhlükəsizliyi əsasən filtrasiya(süzgəc) prosesi vasitəsilə həyata keçiriləcək. Təhsil Nazirliyi nəzdində təhsilin informasiyalaşdırılması sistemi idarəsinin rəisi Samir Məmmədov proqramın icrası zamanı məktəblərə verilən internetə çıxış imkanının heç də bütün saytlar üçün nəzərdə tutulmadığını bildirdi. Məsələn, yalnız məzmununda milli-mənəvi dəyərlərə zidd, qeyri-etik məzmun daşıyan, terrorizmi təbliğ edən, ümumiyyətlə şagirdlərin tərbiyəsinə və təhsilinə mənfi təsir edəcək saytlar məktəblilərin üzünə “bağlı” olacaq.
  Ümumi götürdükdə, bu proqramla Azərbaycan məktəblisi ilk dəfə olaraq təhsil, tədris sisteminin yalnız məktəb divarları arasında mövcud olmadığını görəcək və dünyanın hər hansı bir nöqtəsində onu maraqlandıran informasiyanı asanlıqla mənimsəmə imkanına malik olacaq. Təbii ki, proqramla bağlı verilən vədlər və ümidlər gerçək olduğu təqdirdə...

Dinozavrların Antarktika ilə nə əlaqəsi var?

Məktəb illərindən məlumdur ki, Yer üzərində yaşamış canlılardan ən böyükləri milyon illər məhv olmuş dinozavrlardır. Onların hansı qitələrdə yaşadıqları məlumdur. Amma bu yeni xəbər bir yenilik gətirdi.

Dinozavrların Antarktika ilə nə əlaqəsi var?
Daily Mail-in verdiyi xəbərə görə, Arqentina paleontoloqları Antarktikada yerləşən Ceyms Rossa adasında nəhəng otyeyən dinozavrın - titanozavrın - qalıqlarlarını aşkar edib. Bunlar təxminən 70 milyon il əvvəl yaşamışlar.
Dinozavrların Antarktika ilə nə əlaqəsi var?
Dinozavrın uzunluğu 12 m çatır. Alimlər heyvanın 20 sm-ə çatan bir neçə onurğa fəqərələrini tapıb. Tədqiqatçıların sözlərinə görə, tapıntı sübut edir ki, bu dinozavrlar tabaşir dövründə bütün dünya üzrə geniş yayılıbmış. Əvvəl isə titannozavrların qalıqlarlarını Asiya, Afrika, Avropa və Cənubi Amerikanın ərazilərində də tapıblar.
Azərbaycanda yaşadıqları haqqında məlumat yoxdur.

İNTERNET MOBİL RABİTƏ TV VƏ RADİO QANUNVERİCİLİK TƏDBİRLƏR TƏHLİL AVADANLIQ PROQRAMLAR TƏHLÜKƏSİZLİK ONLINE JURNALI MƏSLƏHƏTXANA OYUNLAR MARAQLI XƏBƏR AKTUAL Milli Net 2011 Seçki və İKT YENI MEDIA SORĞU Hansı mövzularda yazılan bloqları oxuyursunuz? Sosial Siyasi İdman İnformasiya Texnologiyaları Bloq oxumuram NƏTİCƏLƏR Bütün sorğular BLOGLAR 18.01.2012 Weboxu istifadəçi seçimlərinin nəticələri #infoqrafika #html5 18.01.2012 Bloggerin alətləri seriyasından – online və offline alətlər 17.01.2012 HP şirkətinin Azərbaycanda yeni baş direktoru təyin edildi 17.01.2012 Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi 17.01.2012 Azərbaycanlı hakerlərdən İrana cavab: 20-dən çox sayt dağıdıldı 16.01.2012 Azərbaycan saytlarına kütləvi kiber hücumlar - yeniləmə #12 16.01.2012 eduCat IT kursları 16.01.2012 AzTWI-də 2011-ci ilin populyar trendləri 16.01.2012 Samsung Bada ilə İntel Tizen birləşir 14.01.2012 Twitter və Google Plus arasında soyuq münasibətlər başlayıb Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq

     
2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq. Wi-fi xidmətlərini mobil rabitə operatoru O2 şirkəti Britaniya paytaxtının mərkəzi rayonlarında – Vestministr, Kensinqton və Çelsidə təqdim edəcək.

Pulsuz wi-fi-ın təmini üçün avadanlıq küçələrin işıq dirəklərində cari ilin martınadək quraşdırılacaq.

Ekspertlər hesab edirlər ki, yeni servis çox populyar olacaq, xüsusilə ona görə ki, xarici turistlər bəzən mobil rabitənin baha olmasından narahat olurlar, lakin bununla yanaşı əlavə edirlər ki, olimpiada zamanı onun fasiləsiz işini təmin etmək lazımdır, BBC yazır.

Layihənin digər müsbət məqamı ondan ibarətdir ki, pulsuz çıxışın təşkili hakimiyyət orqanları və vergiödəyiciləri tərəfindən xərc tələb etmir. Öz növbəsində O2 operator layihəni kommersiyalı hesab etmir və ilk növbədə öz imicini möhkəmləndirməyə çalışır. Bununla belə, bəzi çəkilən xərclər reklamla kompensasiya ediləcək.

Qeyd edək ki, olimpiadadan sonra pulsuz internet şəbəkəsinin Londonun mərkəzi rayonlarında qorunub saxlanılacağı gözlənilir.

Ən kiçik keçə çəkməsini kim yaradıb?

İnsanların digərlərindən fərqli olmaq istəyi həmişə mövcuddur. Bu istək insanın daxili aləmində də asılıdır. Elə insanlar var ki, lider olmağa can atır, digərləri isə ciddi sinqalardan yan keçməyə üstünlük verir. Bəzən hobbi belə insanı məşhur edə bilər.
Ən kiçik keçə çəkməsini kim yaradıb?
İnterfax-ın verdiyi xəbərə görə, Omsk sakini miniatürçü Anatoli Konenko oğlu Stanislavla birgə pəncəsi 3 mm olan keçə çəkməsi yaradıb.  Bu keçə çəkmələri dünyada ən kiçik hesab edilir. Keçə çəkmələr yaş basma texnologiyasına uyğun yaradılıb və bütün işlər mikroskopun altında xüsusi alətlərlə yerinə yetirilib.
Ən kiçik keçə çəkməsini kim yaradıb?
Hal-hazırda Qinnessin rekordlarının kitabında "Keçə çəkmələr" bölməsi mövcud deyil, ancaq Rusiyanın rekordlarının kitabının məlumatına görə, pəncəsinin uzunluğu 6 mm olan ən kiçik keçə çəkmələri Kineşma şəhərindən Sokolovlar ailəsi tərəfindən istehsal edilmişdi. Həmin ailə həmçinin hündürlüyü 167 sm və pəncəsi isə 110 sm olan ən böyük keçə çəkməsinin müəllifləridir. Bu çəkməyə 11 kq yun sərf edilib.
Keçə çəkmələri bizlərdə isə heç də dəbdə deyil.

Belorusdakı internet və həbs olmaq təhlükəsi

Belorusiyadakı internet və həbs olmaq təhlükəsi
Belorusda xarici saytlara giriş qadağan olundu. Yanvarın 6-da Belorusda ölkə vətəndaşlarının internetdən istifadəsini məhdudlaşdıran qanun qüvvəyə minib.
İTAR-TASS
agentliyinin verdiyi məlumata görə, qanun pozuntusu inzibati pozuntular haqqında Məcəlləyə uyğun cəzalandırılacaq
Belorusiyadakı internet və həbs olmaq təhlükəsi
Qanuna görə, internetdən istifadə etməklə ticarətlə məşğul olan, müxtəlif işlər görən şirkətlər, fərdi şəxslər milli domenə malik saytlardan istifadə etməlidirlər. Buna görə də beloruslar “Amazon” və “eBay” kimi xarici internet-mağazalardan mallar ala bilməyəcəklər. Beləliklə, yanvarın 6-dan Belorusda bütün virtual əməliyyatlar yerli resurslar vasitəsi ilə həyata keçiriləcək, bu, vergi və xüsusi xidmət orqanlarının nəzarətində olacaq. 
Belorusiyadakı internet və həbs olmaq təhlükəsi
Xarici saytlardan istifadə edənlər 120 dollar məbləğində cərimələnəcəklər.

2012-01-24

Fransa Senatı erməni saxtakarlığını təsdiqlədi









Fransa Senatı soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi və bununla da tarixi saxtalaşdırmağa cəhd göstərməklə yanaşı, Qərbin öyündüyü fundamental insan hüquqlarını məhdudlaşdırmaq istiqamətində utandırıcı addım atmış oldu.
 
Dünən Fransa parlamentinin üst qanadı olan Senatda soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq qəbul edildi. Fransa 1915-ci il olaylarını “erməni soyqırımı” kimi tanıdığı üçün bu qanun həmin olayları inkar edənlərin cəzalandırılmasını da ehtiva edir.
348 üzvü olan Senatdakı 8 saatadək davam edən müzakirələrdə cəmi 68 senator iştirak edib. İqtidardakı Xalq Hərəkatı Birliyi və ana müxalifət Sosialist Partiyası qanun layihəsinin tərəfdarı olduğu üçün bu iki partiyanın təmsilçilərinin digər senatorlara “qanunun lehinə deyilsinizsə, səsvermədə iştirak etməyin” kimi təlqin və israrlarının iclasda iştirak edənlərin sayısının az olmasına gətirib çıxardığı bildirilir. Bununla belə 200-dək senator vəkillik prinsipi əsasında səs verib.
Gözlənilənlərin əksinə olaraq, müzakirələr olduqca uzun çəkib. Hökumət üzvlərinin nümayişkaranə şəkildə qanun layihəsini dəstəkləmələri də diqqət çəkən məqamlardan olub.

“Soyqırımını inkar” layihəsinin səsverməyə qoyulmasından əvvəl Senatın Konstitusiya Komissiyasının yanvarın 18-də qəbul etdiyi və layihənin gündəlikdən çıxarılmasını nəzərdə tutan üç təklifi ilə bağlı səsvermə keçirilib. Bu təklifin ehtiva etdiyi dəyişikliklər soyqırımını inkar edənlərin cəzalandırılmasının Fransa konstitusiyasının 34-cü maddəsinə zidd olduğunu nəzərdə tuturdu. Ancaq hər üç təklif senatorlar tərəfindən rədd edilib.
Daha sonra soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb. Ümumilikdə (həm səsvermədə birbaşa iştirak edənlər, həm də səsvermə səlahiyyətini vəkillərinə verənlər) səsvermədə 237 senator iştirak edib. 213 səsin etibarlı hesab edildiyi səsvermənin nəticələrinə görə, mürtəce qanun layihəsi 127 səs lehinə, 86 səs əleyhinə olmaqla qəbul olunub.
Türkiyə Fransa Senatının bu addımına sərt reaksiya göstərib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Senatdakı müzakirələr başlamazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib ki, əgər layihənin təşəbbüskarı olan Fransa Prezidenti Nikola Sarkozi yenidən prezident seçilərsə, bir daha Fransaya səfər etməyə bilər. Onun daha geniş açıqlamanı Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcra Komitəsinin bugünkü iclasında verəcəyi bildirilir.
Soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ötən ilin dekabr ayının 22-də Fransa parlamentinin alt qanadı olan Milli Assambleyada 60 deputatın iştirak etdiyi iclasda 50 səslə qəbul edilmişdi. 577 yerlik Milli Assambleyanın üzvlərinin böyük əksəriyyətinin iştirak etməməsinin planlaşdırılmış addım olduğu bildirilirdi. Çünki Milli Assambleyada bir qərar iclasda iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur.
Fransa qanunvericiliyinə görə, qanun ölkə başçısı tərəfindən təsdiqləndikdən sonra onun tətbiqi qaydaları müvafiq nazirlik tərəfindən hazırlanır və qanın rəsmi qəzetdə dərc olunur. Yalnız bundan sonra qanun qüvvəyə minir. Bu müddət ərzində 60 senator və ya parlamentari, eləcə də Senat və ya Milli Assambleya sədrlərindən biri qanunun konstitusiya ilə ziddiyyət təşkil etdiyini əsas gətirərək, Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 1 ilə qədər həbs cəzasını və ya 45 min avro cəriməni nəzərdə tutan qanun layihəsi qəbul edilsə belə, bu qanunla bağlı məhkum olunmuş şəxs qanunun Konstitusiyaya zidd olması iddiası ilə çıxış edə biləcək.

 







2012-01-23

Tunsidə bir gün.

Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik.alt
Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda.
Tunis 1956-cı ildə Fransızlardan müstəqilliyini qazanıb. Bu torpaqlar bir dövrdə düz 4 yüzil Osmanlı dövlətinə bağlı qalmışdı. 10 milyon əhalisi olan ölkənin paytaxtı ölkə adı ilə eyni adı daşıyır.
Əvvəllər paytaxt Tunisdə “Qədim Şəhər” deyilən qisim tamamilə divarlarla çevrili imiş. Divarlar təxrib olsa da Qədim Şəhərə aid bəzi qapılar hələ dəyerindədir. Bu qapılardan içəri girib “Qədim Bazar”ı gəzmək olar.
Nargilə bu ölkədə də ən çox istifadə ediləndir, bir çox Ərəb ölkələrində olduğu kimi. Bazarın içərisindəki tarixi “Sur Kafe” dolub daşır nargiləçilərlə.
Bir tərəfdən məşhur tarixi Zeytuniyyə Camisini görürük. VIII əsrdə tikilən bu cami altşəhərin ən qədim quruluşlarındandır. Qədim bazar caminin ətrafına tikilib.
İndi isə sükanımızı ölkənin ən gözəlşəhərlərindən biri olan Seyyid Əbu Saidə çeviririk. Bu şəhər 17-ci yüzillikdə Avropa xristianlarının zülmündən qaçan Əndəlüs Müsəlmanları tərəfindən qurulmuşdur. Mühafizə altında olan bu şəhər mavi pəncərələri və ağ evləri ilə məşhurdur. Şairlərə və yazıçılara ilham qaynağı olan bir şəhərdir Seyyid Əbu Said. Küçələri daş döşəməli və dardır.
İndi isə turistik şəhər Hammamətdəyik. Yeni şəhər adlandırılan qisim tamamilə turizmə xidmət etmək məqsədi ilə qurulan süni bir şəhərdir. Köhnə şəhərdə isə şəhəri müdafiə etmək məqsədi ilə bir Osmanlı qalası var.
Turistlərin çox rəğbət etdiyi şəhər kiçik tısbağalar, dondurulmuş ilan və əqrəblər dükanlarda satılan qəribə hədiyyəlik əşyalardır.

2012-01-19

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.
 
Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir. Qanlı 20 Yanvar gecəsində qeyrət köynəklərini qana hopduran, canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.
Bu yazını “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” başlığı altında yazmaqla nisgilli anamıza, dərdli bacımıza, çatıqqaşlı atamıza “ağlama”, - deyirəm; çünki şəhidlər öz qanları bahasına zəncirləri qıra-qıra, zülmətləri yara-yara işıqlı sabaha, xoşbəxt gələcəyə yol açaraq, ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümləri ilə ölməzlik qazanmış, cənnətin qapılarını üzlərinə açmış, əbədiyyətə qovuşmuş bəndələrdir. 1990-cı ilin yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin “xilaskar ordusu”, “sülh ordusu” ağır texnika ilə silahlanaraq öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqa divan tutmaq və Bakını susdurmaq üçün vəhşiliklər törətdi.
Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı. Günahsız şəhidlərin dəfn gününə milyon yarım adam yığıldı. Qeyrətli Azərbaycan xalqı “sülh ordusu” qoşunlarından qorxmadan şəhidlərin tabutlarını çiyinlərinə alaraq, Dağüstü parka doğru axışdılar. Əlləri xalqın qanına batmış qoşunun əsgərləri izdihamın qarşısında aciz kimi görünür, xalqın əyilməzliyinə mat qalmışdılar.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlər paytaxtımızın “Dağüstü park” kimi tanınan ünvanını özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzara - Şəhidlər xiyabanına çevirdilər.
Bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işgal edilmiş Qarabağ torpaqlarımız - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…


Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən - istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər doğulan gün əbədiyyət başlayır,
Şəhidlər imamlartək ürəklərdə yaşayır.
Şəhidlər karvanını zaman özü daşıyır,
Şəhidlər cənnət əhli - matəm, yas saxlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər xiyabanı müqəddəs pirimizdir,
Şəhidlər xiyabanı ziyarət yerimizdir.
Şəhidlər qürur rəmzi, özünü dərkimizdir.
Şəhidlər qeyrət qanı, axmasa çağlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

“Avroviziya”nın rəmzi açarı 25 yanvarda merə təqdim ediləcək

Bu ilin may ayında Bakıda keçiriləcək 57-ci “Avroviziya” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə  müraciət edib.
 
İctimai Televiziyadan verilən məlumata görə, bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. “Avroviziya” mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılıb. Bununla da “Avroviziya” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb. Qeyd edək ki, siyahıda Ermənistan da var. İctimai Televiziyadan bildirilib ki, Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. “Avroviziya” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sandın sözlərinə görə, Polşanın builki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.
O, 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun qaldığını deyib.
Sand qeyd edib ki, adları sadalanan ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaqlar.
“Avroviziya-2012”nin ilk təntənəli mərasimi yanvarın 25-də keçiriləcək
 Yanvarın 25-də “Eurovision” Mahnı Müsabiqəsinin açarının təqdimetmə mərasimi keçiriləcək. “Avroviziya-2012” İşçi Qrupundan verilən məlumata görə, müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə “Avroviziya-2011”ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Avroviziya-2012”yə ev sahibliyini rəsmən qəbul edəcək. “Buta Palace”da keçiriləcək bu təntənəli mərasim çərçivəsində püşkatma və “Eurovision 2012”-nin loqosunun təqdimatı keçiriləcək. Təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Avroviziya” müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib

2012-01-16

Molla Nəsrəddin

Molla Nəsrəddin (tam adı: Xoca Nəsrəddin, Əfəndi, Əpəndi; d. 1308 - ö. 1384) — xalq müdriki olmuşdur. Sufi kimi tanınmışdır. İdentifikasiyasına (eyniləşdirməyə) görə avropalı və rus tədqiqatçıları onun mənşəcə türk olduğunu təsdiq etmişlər





Mündəricat

  

Həyatı

1308-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır. Atası Abdullah məsciddə axund olmuşdur. O özü Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur olmuşdur. Xalq arasında intellektuallaşdırılmış davranışa meylliliyinə görə böyük populyarlıq qazanmışdır. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmişdir. Daha dəqiq desək, vətəndaş işlərinə baxılmasında şəriət hakimliyini icra etmişdir. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. O həm şair, həm dərviş olmuşdur. Onun şerləri zəmanəmizə qədər gəlib çatmamışdır. Nəsrəddin diribaş, fərasətli adam olmuşdur. Onun üçün çətin situasiya anlayışı nadir hallarda mümkün ola bilərdi. Hər hansı bir hadisəni o, istədiyi kimi yoza bilmişdir. Onun koordinat şəbəkəsi hərəkətli və çevik olmuşdur.

Türk dünyasında

Buxarada Xoca Nəsrəddinin bürünc heykəli.
Nəsrəddin müxtəlif türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyədə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona Xoca deyərək müraciət edirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildə bütün titul və dərəcələr – bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün müraciət forması "bəy", qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi. Lakin "Xoca" sözü Türkiyədə indi də hörmət ifadəsi olaraq müəllim və alimlər arasında geniş surətdə işlənməkdədir.
Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında əfəndi, özbəklərdə isə əpəndi kimi işlədilir. Orta Asiyada Nəsrəddin Əfəndi kimi tanınır. Azərbaycanda isə molla ləqəbi ilə məşhur olmuşdur.

Müdriklik sindromu

Bəşəri planda Nəsrəddini "müdriklik sindromu" daim müşayiət etmişdir. Bu ağlın xüsusi vəziyyətidir. Qavranılan hər şeyi işıq filtrindən keçirir. Bu cür insanlar onlarla baş verənlərin paradoksalizmini, ziddiyyətlərin tendensiyalılığını hiss edir və özlərini qaydalardan qaçanlar kimi göstərirlər. Uşaqlıq illərində Nəsrəddinin atası nə deyirmişsə, o əksinə edərmiş. Ona görə də atası həmişə sözü əksinə deyirmiş ki, oğlu da tərsinə eləməklə, işlər düz getsin. Bu isə həmişə belə gedə bilməzdi. Həyat Nəsrəddini müdrik etməklə dünyaya çox şey vermişdir.
Xoca Nəsrəddinin tarixi haqqında ilk məcmuə XVI əsrin əvvəllərində Türkiyədə yazıçı və şair Lamii tərəfindən tərtib olunmuşdur. Lamii 1531-ci ildə ölmüşdür. Onun kompilyasiyası (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzələn əsər və onun bu əsər hələ indiyə qədər çap olunmamışdır ) ərəb, fars mənbələrini, həm də təkcə yazılı deyil, eyni zamanda şifahi ərəb mənbələrini özünə daxil etmişdir. XIX əsrdən Nəsrəddin lətifələrinin çap olunması tarixi başlanır. Əvvəl İstanbulda (1837-ci ildə) və sonra Bulakda Nəsrəddin yaradıcılığının mətbəə nəşrlərinin əsası qoyulmuşdır. Nəsrəddinin uydurma şəxsiyyət olduğunu deyənlər bir şeyi unudurlar ki, hər şeyi uydurmaq olar, müdrikliyi isə uydurmaq qeyri mümkündür. Müdriklik konkret insanı – müdriki tələb edir. Qabaqcıl, o cümlədən müdrik və təhsilli adamlar uşaqlarla həmişə mehriban olmuşlar. Nəsrəddində belə bir müdrik şəxsiyyətlərdən biri olmuşdur. Uşaqlar çətinlik olan kimi Nəsrəddinin yanına qaçar, ondan yardım alırdılar. Xocadan soruşurlar: "Allah haradadır?" O, isə cavabında deyir: "Məgər elə yer vardırmı orada Allah olmasın!" Dünya haqqında danışarkən onu deyə bilərik ki, Xoca bir dəfə küçəyə çıxıb görür ki, meydanda xeyli adam yığışıb mübahisə edirlər və Nəsrəddindən soruşurlar: "Xoca sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdir və uzunu nə qədərdir?" Bu zaman küçə ilə bir cənazə aparırdılar. Xoca cənazəni göstərərək deyir: "Bu sualı ona verin. O, dünyanın enini də, uzununu da ölçüb gedir".

Güldürə-güldürə düşünməyə məcbur edir

Molla Nəsrəddin Moskva
Sosial mövqeyinə gəldikdə Nəsrəddin burada öz ağlı ilə adamları heyrətə qoyur. O çəkinmədən hökmdarların üzünə onların günahlarını demişdir. Bir sözlə, bütün dünyanın sevdiyi türk oğlu, müdrik insan Xoca, molla, əfəndi, əpəndi Nəsrəddin 700 ildir ki, bəşəriyyəti güldürür və güldürə-güldürə düşünməyə məcbur edir.
Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə məşhurdur.
Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və AzərbaycandaTatarıstandaBaşqırdıstandaXakasiyadaKrımdaKabarda-Balkarda,Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.
Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin 
 Molla Nəsrəddin (1308-1384)   <--- melumatlari burdanda elde bilersiniz