2012-01-12

Rəsulullah (s.ə.s.) oruc haqqında


altƏbu Hüreyrə (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Kim Allah-Təala yolunda bir gün oruc tutarsa, Allah onunla od arasına genişliyi səma ilə yer arası qədər olan bir xəndək qoyar.
Əbu Ümamə (r.a.) bildirir: “Bir gün dedim: Ey Allahın Rəsulu, mənə elə bir iş əmr et ki, yerinə yetirdiyim təqdirdə Allah məni mükafatlandırsın. Peyğəmbərimiz buyurdular: “Sənə orucu tövsiyə edirəm. Çünki onun misli-bərabəri yoxdur”.
Səhl İbni Sad (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Cənnətdə Rəyyan adlı bir qapı vardır. O qapıdan ancaq oruc tutanlar girə biləcəklər. Oruc tutanlar girdikdən sonra qapı bağlanacaq və kimsə ordan girə bilməyəcək”.
Həzrəti Ənəs (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) “Ramazandan sonra hansı oruc daha faydalıdır?” sualına belə cavab verdilər: “Ramazanın ardınca gələn Şaban orucu”. Yenə soruldu: “Hansı sədəqə daha faydalıdır?
- Ramazanda verilən sədəqə, - cavabını verdi.
Əbu Hüreyrə (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Kim oruclu olduğu halda unudaraq yeyər və ya içərsə, orucu pozulmaz. Çünki onu Allah yedirib-içirmişdir”.
Həzrəti Əyyub (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Kim Ramazan orucunu tutar və ona Şəvval ayından daha altı gün əlavə edərsə, il ərzində oruc tutmuş sayılır”.
Həzrəti Ənəs (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) axşam namazını qılmazdan öncə bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma olmazdısa, quru xurma ilə açardı. Quru xurma da tapılmazdısa, bir-iki qurtum su içərdi”.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?