2012-01-27

Dünyanın ən varlı şəhərlərinin adları açıqlanıb

Dunyanın ən varlı şəhərlərinin adları açıqlanıb. Brukinqs İnstitutunun apardığı və 2011-ci ili əhatə edən tədqiqatın nəticələrinə əsasən, siyahıda birinci yerdə Hartford (Konnektikut ştatı - ABŞ) şəhəri, ikinci yerdə Oslo (Norveç), üçüncü yerdə isə San-Xose (ABŞ - Kaliforniya ştatı) şəhəri qərarlaşıb.

Siyahı şəhərdə adambaşına düşən ÜDM-in həcminə görə tərtib olunub. Tədqiqatda dünyanın 200 ən varlı şəhəri iştirak edib.

Reytinqdə birinci yeri tutan Hartford şəhərində işləyənlərin orta illik əmək haqları 75 057 ABŞ dolları, Osloda 74 057 dollar, San-Xose şəhərində isə 68 141 dollar təşkil edib. Siyahıda 4-cü yerdə 63 859 dollar orta illik məvaciblə Əbu-Dabi (BƏƏ) şəhəri qərarlaşıb.

Ümumiyyətlə, siyahıda ABŞ şəhərləri üstünlük təşkil edir. Reytinqin ilk onluğuna Avropanın daha iki şəhəri - İsveçrənin paytaxtı Sürix (6-cı yer) və İsveçin paytaxtı Stokholm (8-ci yer) daxil olub.

Aparılan tədqiqatın nəticələri onu göstərib ki, dinamik inkişaf edən iqtisadiyyatların 90%-i Şimali Amerika və Qərbi Avropadan kənarda yerləşir. Dünyanın ən kasıb şəhərləri sırasına Qahirə (Misir), Mumbai (Hindistan) və İsgəndəriyyə (Misir) daxil olub. Şəhərlərdən sürətlə inkişaf edənlər isə Şanxay (Çin), Ər-Riyad və Ciddə (hər ikisi Səudiyyə Ərəbistanı) olub.   APA

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?