2012-01-12

Erməninin “təəsübkeşliyinə” son qoyuldu


ABŞ-da yaşayan azərbaycanlılar ABC erməni mənşəli yeni əməkdaşı Oliviya Katranciyanın “ABC News” səyahət bölməsində dərc olunan məqaləsinə qarşı təcili tədbirlər görməyə başlayıblar. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu məqalədə Katranciyan ABŞ vətəndaşlarını Dağlıq Qarabağ da daxil olmaqla dünyanın 7 əsrarəngiz bölgəsinə səyahət etməyə çağırıb.

Katranciyanın “2012-ci ildə səyahət etməli 7 əsrarəngiz yer” adlı məqaləsində deyilir ki, Dağlıq Qarabağ macəra həvəskarları üçün ən uyğun yerdir. “Bu yer mübahisəli olduğu üçün səfirliyi yoxdur, Ermənistandakı “daimi nümayəndəliyi” isə hətta sizdən pasportunuza viza vurulmasını istəyib-istəmədiyinizi də soruşmur. Çünki bilirlər ki, istəməyəcəksiniz, buna görə də, vizanı pasporta sadəcə kağız sancağı ilə bərkidirlər”.
Müəllif “Xankəndidə “ tikilmiş “Armenia Hotel”dən danışır, qarlı dağlara və qırmızı, sarı çiçəklərlə örtülmüş çəmənlərə ekskursiya etməyi məsləhət görür. “Kababın və şişdə bişirilmiş tərəvəzlərin dadına baxın. Əgər siz yerli sakinlərdən birinin evinə getsəniz, səhər yeməyində evdə çəkilmiş tut arağı təklif olunsa, təəccüblənməyin”.
Azərbaycan diaspor nümayəndələrinin sözlərinə görə, “ABC News” Dağlıq Qarabağın müharibə zonası və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildikdən sonra yanvarın 10-da Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarıb. İndi həmin məqalə “2012-ci ildə səyahət etməli 6 əsrarəngiz yer” adlanır.
Ermənilər məqaləni gördükdən sonra “ABC” telekanalına qarşı kifayət qədər aqressiv kampaniyaya başlayıblar: http://asbarez.com/100238/abc-news-removes-karabakh-from-its-travel-feature/
Diaspor öz tərəfdarlarına müraciət edərək, şərhlər bölməsində 3-4 cümlə ilə Qarabağın Azərbaycan ərazisi olduğunu, müharibə zonası olan bu bölgəyə səyahətin təhlükəli olduğunu, ABC telekanalının haqlı olaraq, Dağlıq Qarabağı səyahət bölməsindən çıxardığını yazmalarını xahiş edib, çünki Dağlıq Qarabağa səyahət edənlərin təhlükəsizliyinə təminat verilmir. Burada ABŞ Dövlət Departamentinin xəbərdarlığı da xatırladılır:

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?