2012-01-12

Şifrəmiz vücudumuzdur

alt
İnsanın həyatındakı ən böyük ehtiyaclarından biri də təhlükəsizlikdir. Bu ehtiyacı qarşılamağın yollarından biri insanların sahibi olduqları şeyləri pis niyyətlilərin hücumundan qorumaq üçün alınan tədbirlərdir. Dinimiz mühafizə ediləcək beş məsələni (mal, namus, ağıl, can və din) bizə bildirmişdir. Təhlükəsizlik hər dövrdə müəyyən təcrübə və texnoloji imkanlara görə təmin edilmişdir.
Dövrümüzdə sürətlə inkişaf edən texnologiya, bu ehtiyacımızı qarşılamaq üçün şəxsi identifikasiya nömrələri (PIN), kart və şifrə kimi müxtəlif metodlarla həyatımıza daxil olmuşdur. Bu gün kompüterin açılış düyməsinə basdıqda, bankamatiklərdə, internetdə yerinə yetirdiyimiz müxtəlif əməliyyatlarda və daha bir çox sahədə bir kart və ya şifrəyə ehtiyac duyuruq. Bu səbəblə şifrəsiz bir həyatı düşünmək artıq bizə çətin görünməyə başladı.
Həyatımızı bir neçə kart daşımaqla və bəzi şifrələri xatırlamağa çalışmaqlamı keçirəcəyik? Bu sualın cavabı, fərqinə varmasaq da, özümüzdə gizlidir. İnsan ona ihsan edilən bəzi anatomik xüsusiyyətlər vəsiləsi ilə digər insanlardan asanlıqla ayrıla bilir. Barmaq izi, üzün istilik şəkli, səs, iris - qüzəhi qişa (gözün əlvan təbəqəsi) və retina (gözdə tor qişa) bu ayırd edici xüsusiyyətlərdən bir neçəsidir. İnsan gələcəkdə bir neçə kart gəzdirmək, identifikasiya nömrələrini və bəzi şifrələri yadında saxlamaq məcburiyyətində olmayacaqdır. Dövrümüzdə bu ayırd edici xüsusiyyətlərdən istifadə edilərək müxtəlif “biometrik sistemlər” ixtira edilməkdədir. Bir insanı digər insanlardan fərqləndirməkdə istifadə edilən biometriya sistemləri, aşağıdakı anatomik və fizioloji xüsusiyyətləri özündə birləşməkdədir.

İris vasitəsilə tanıma
İris, göz bəbəyini əhatə edən toxumanın rəngli hissəsidir. Hər bir irisdə; tac, kriptlər-kəmərlər, liflər, ləkələr, çuxurlar, şüalı cizgilər və nazik cizgilər kimi fərqləndirici xüsusiyyətlər mövcuddur. Aparılan araşdırmalar, bir insana məxsus irisin, bir başqa insanın irisinə bənzəmədiyini göstərmişdir. Yayğın olaraq test edilməsə də irisin güvənilə biləcək bir biometriya olduğu düşünülür. Bundan başqa, bunun istifadəsi də asandır. Bu texnikanın istifadəsində eynəklər, görüntünü əyə biləcəyi üçün tamamilə təhlükəsizlik baxımından iş əsnasında istifadə edilməməlidir. Tünd rəngli gözlərin müəyyənləşdirilməsi çətindir, bu cür gözlərin müəyyənləşdirilməsində yaxşı bir işıqlandırma şərtdir. Bəzi xəstəliklər, irisin bu xüsusiyyətini yox edir. Bu əməliyyatın tətbiq edilməsində bahalı bir kameraya ehtiyacın yaranması maliyyəti artırmaqdadır.

Retina ilə tanıma
Retina, insana bəxş edilmiş ölçü vahidi kimi istifadə edilə biləcək tayı bərabəri olmayan mikro-anatomik xüsusiyyətlərdən biridir. Bəzi alimlər; retinanın, irisə görə daha üstün biometrik xüsusiyyətinin olduğunu qənaətindədirlər. Fərdi tanıma sistemlərində istifadə edilən retina yoxlama sistemi, bir lazerin gözün arxasına əks etdirilməsi və beləliklə retinanın damarlarının ölçülməsi əsasında işləməkdədir. Retina çox güvənilən bir biometriyadır. Çünki gözlə görmək olmaz və asan təqlid edilə bilməz. Bununla yanaşı, yaşlılıq və xəstəlikdən başqa xarab olmur. Yenə də tamamilə test edilmiş bir sistem deyil. Eyni zamanda lazerdən istifadə edildiyi üçün səhhət baxımından potansial bir riskə səbəb olur və maliyyəti də çox yuxarıdır.
Tarixdə Darvinin gözün mükəmməlliyi qarşısında heyrətə düşməsi və nəzəriyyəsinin bu xüsusda acizliyini etiraf etməsi kimi bu gün də bir çox tədqiqatçı, iris və retinanın fərqləndirici xüsusiyyətlərindəki bu xariqələr qarşısında heyrət içindədir.

Üzün biometrik xüsusiyyətləri
Hər insana (tək yumurta ekizləri xaric) fərqli bir üz quruluşu verilmişdir. Üz yoxlama və tanıma sistemləri ilə üzün xarakteristikaları və üzdəki digər üzvlərlə münasibət ölçülür. Bu xüsusiyyətlərdən istifadə edilməklə qarşımıza çıxan təsbitlər, ümumiyyətlə süni zəka kimi araşdırmaları da özündə birləşdirən kompleks əməliyyatlardır.
Üz haqqında məlumat əldə etmək üçün standard video və termal təsvir texnologiyalarından istifadə edilməkdədir. Video kamera ilə üzün bir neçə təsviri götürülür. Üzün şəkli çəkildikdən sonra fərqləndirici məlumat nöqtələri xəritələşdirilir. Məsələn, gözlərin, burnun və ağzın bir-biri ilə olan əlaqəsi müəyyən edilir və lazımi məlumat əldə edilir. Termal təsvir kamerası vasitəsilə üzün altındakı qan axınının meydana gətirdiyi istilik təhlil edilir. Meydana gələn naxışlara görə də müəyyənləşdirici kod əmələ gəlir. Termal təsvir kameraları yaxşı işıqlandırma şərtindən asılı deyil, buna görə də qaranlıq yerlərdə də istifadə etmək olar. Üz yoxlama üçün sürətli və güvənilən kameralar mövcuddur. Termal təsvir; plastik cərrahi əməliyyatlar kimi üzdə aparılan dəyişikliklərdən də təsirlənmir.
Ancaq üzün vəziyyəti və istiqaməti doğru qərar verilməsini çətinləşdirir. Amma üz naxışı ilə tanımanın doğruluq dərəcəsi, təqlid edilmə riski ən aşağı olandır.

Səs biometriyası
Səs biometriyası, səsin zaman içindəki spektrumunun və tezliyindəki dəyişikliklərin müəyyən edilməsi ilə meydana çıxmış, insanı tanımaqda istifadə edilən bir sistemdir. Səs tanıma, qəlib kimi yazılmış bir səslə, qəbuledici tərəfindən əldə edilmiş səsin müqayisə edilməsi ilə qurulmuş bir sistemdir. Səslə fərdi tanıma sistemində əgər əvvəlcə yazılmış müəyyən ifadəni söyləmək tələb olunursa, doğruluq artmaqdadır. Səs yoxlamanın istifadəçilərə verdiyi hər hansı bir narahatçılıq bəhs mövzusu deyil. Ancaq bu ölçmənin doğruluğu hələ ki, retina və iris biometriyalarının doğruluğuna çatmamışdır və davranışlardan asılı olan bir biometriya olduğu üçün olduqca çox müxtəliflilik ərz etməkdədir. Səsin həcmi, sürəti və keyfiyyətindəki dəyişikliklər, tanımağı çətinləşdirir. Məsələn, həyəcan, qorxu və üşümə vəziyyətlərində olduğu kimi. Dövrümüzün texnologiyalarında yazılmış bir səslə səs tanıyan vasitələri aldatmaq mümkündür. Buna görə də bu texnikanın tətbiqi çətinlik meydana gətirir.

Barmaq izi
Barmaq izi, barmaq ucu dərisində, göz ilə görülə bilən çıxıntıların meydana gətirdiyi şəkillərdir. Xarici dəriyə aid bu çıxıntılara papilla və ya xətt deyilir. Barmaqlarımızı diqqətlə nəzərdən keçirsək, barmaq izlərinin bir çox xəttin fərqli şəkillərdə bir yerə yığılması ilə meydana gəldiyini müşahidə edərik. Tək yumurta ekizləri də daxil olmaqla hər kəs tayı bərabəri olmayan barmaq izlərinə malikdir. Digər bir ifadə ilə, insanların kimlikləri barmaq uclarında kodlanır. Bu kodlama sistemi, dövrümüzdə istifadə olunan barkod sisteminə çox oxşayır.
Dərin kəsik və yaralar olmadığı müddətcə barmaq izlərindəki bu xətlər, insan həyatı boyunca dəyişmir. Barmaq izlərinin bu dəyişməz və hər kəs üçün fərqli xüsusiyyətləri, onları kimlik təsbiti mövzusunda çox istifadə edilən bir xüsusiyyət halına çevirmişdir. Yaradıcı, barmaq izlərinə o qədər özünəməxsus məlumatı dərc etmişdir ki, doğru tanıma üçün barmaq izinin kiçik bir hissəsi belə kifayət edir.
Barmaq izlərinin fərdi tanıma məqsədilə istifadəsi fikri 1890-cı illərdə Hindistanda vəzifəsini yerinə yetirən İngilis polis şefi Ser Eduard Henri tərəfindən irəli sürülmüşdür. Bu texnika dövrümüzdə ən çox istifadə olunan biometriyadır.
Güclü bir biometriya olan barmaq izlərinə, Qurani Kərimdə; “İnsan zənn edərmi ki, ölümündən sonra Biz sümüklərini toplayıb onu diriltməyəcəyik? Bəli, toplayarıq, həm də barmaq uclarına varıncaya qədər onu əvvəlki halında düzəldərik.” (Qiyamət, 3-4) bəyanı ilə göstərilməkdədir. Bu ayəti kərimədəki ifadənin barmaq izi haqqında olduğunda yekdillik var. Barmaq izləri tanıma doğruluğu mövzusunda güclü bir qəlib hazırlamaq üçün kifayət qədər qarışıqdır. Daha səhhətli bir təhlükəsizlik lazımdırsa, birdən çox barmağın izi istifadə edilə bilər. Çünki hər barmağın izi fərqli yaradılmışdır. Barmaq izinin yoxlanılması sürətlidir və insanlara heç bir narahatçılıq vermir. Barmaq izi yoxlayıcıları asanlıqla kiçildilə bilər və aşağı maliyyətlə çox miqdarda istehsal edilə bilər. Bu gün bəzi ölkələrdə yalnız sol və sağ işarə barmaqları belə kifayət etməkdədir. Bununla yanaşı, bəzi insanların barmaq izlərinin təsvir edilməsi çətindir. Yeni texnologiyalarla barmaq izlərinin təsvir kimi deyil, kodlanmaqla saxlanılması üstün görülməkdədir.
Elm inkişaf etdikcə, biometriya kimi istifadə ediləcək insana xas xüsusiyyətlər daha da artacaqdır. Bu səbəblə insan biometriyası, əsrin gerisində qalmaq istəməyən cəmiyyətlərin araşdırma və inkişaf etdirmə çalışmalarında nəzərdən qaçırmaları mümkün olmayan bir iş sahəsidir.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?