2012-02-05

Bu gün dünya şöhrətli alimin doğum günüdür


Elmdə inqilab etmiş dünya şöhrətli azərbaycanlı alim, 6 elmi nəzəriyyənin, o cümlədən də məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, onlarla universitet və akademiyanın fəxri doktoru, Birləşmiş Ştatların Berkli Universitetinin ömürlük professoru Lütfi Zadənin bu gün 91 yaşı tamam olur.

Hazırda dünyanın ən aparıcı Yaponiya və Amerika şirkətlərinin istehsalı olan foto və video kameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri məhz Lütfi Zadə nəzəriyyəsi əsasında işləyir. Bütün dünyada avtomobillərin, qatarların, ən müxtəlif sənaye proseslərinin idarə edilməsində geniş istifadə olunan qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi azərbaycanlı alim ötən il yubileyində vətəni Bakıya gəlmişdi.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?