
Dünyanın bir çox tərəflərindən olan insanlar müxtəlif səslər eşidiblər. Bu barədə internetə qoyulmuş bir çox videoçarxların yerləşdirilməsi söyləməyə əsas verir.
Belə ki, bu səslər göydən gəlir və insanlarda qorxu və təlaş yaradır. “Qorxunc” səslər bir növ heyvan bağırtısı, təyyarə səsi, gah da işləyən bir mexanizmin səsini xatırladır. Həmin bu təəccüblü “Apokalipsis səsləri”ni bu gün İngiltərə, ABŞ, Kanada, Rusiya, Çexiya, İsveç və başqa ölkələrdə eşitmək mümkün olub.
Bununla bağlı irəli sürülən əsas versiya ondan ibarətdir ki, üst-üstə düşən müxtəlif naməlum səslər nəticədə çox gür səs effekti yaradır. Hətta bir çoxları artıq bunu bu il baş tuta biləcək dünyanın sonunun – apokalipsisin səsi kimi qələmə verib. Alimlər isə bu məsələyə skeptik baxır və bununla bağlı hər hansı nəticə çıxarmağa tələsmirlər.
Hazırda İnternetdə baş verənlərin bir neçə versiyası öz əksini tapıb. Onlardan birinə görə, bu səslər Yerin altından gəlir. Belə ki, onlara görə, bu da Yer qabığının və ya litosfer plitəsinin hərəkəti ilə bağlıdır. Digər versiyalara görə isə Bibliyada dünyanın sonunun başlanğıcı vurğulandığı kimi boruların qıcırtısı ilə bağlıdır. Yaxud da kosmik aparatların hərəkətinə oxşayır.
0 Şərh::
Yorum Gönder
NƏ fikirləşirsən?