2012-02-04

Toyotanı UAZ-la əvəz edirlər


Toyotanı UAZ-a deyişərsinizmi?
 Maşınların insan həyatında əvəzedilməz yeri var. İnsanlar məsafələri qət etmək üçün bunlardan istifadə edir. Amma buna baxmayaraq, təyyarə vaxt sərf edilməsində daha da sərfəlidir. Maddi imkanların inkişafı avtomobil sahibləri maşınlarını daha da bahalı və müasiri ilə əvəz edir.  Amma fərqli düşünənlər də var. Beləliklə....
Toyotanı UAZ-a deyişərsinizmi?
Son zamanlar Yapon sürücüləri elektronika ilə doldurulmuş müasir yapon maşınlarını az komfortlu maşınlarla əvəz edir. Xüsusi diqqətə Rusiyanın "UAZ"-ı layıq görülür. Yapon sürücüləri daimi silkələyən və sükanının hidro-gücləndiricisi olmayan bu xüsusi həzz aldıqlarının qeyd edirlər.
"Rossiya" telekanalına verdiyi müsahibədə tramvay sürücüsü MitiomiSudzuki qeyd edib ki, hələ  beş il əvvəl, o rahat yapon maşınını "UAZ"-la əvəz edib. Bu maşında onu yüksək qiymət uyğun olmayan az rahatlıq cəlb edib. Gömrük rüsumlarını və xərcləri nəzərə alaraq "UAZ" Yaponiyada40 min dollara başa gəlir.
Toyotanı UAZ-a deyişərsinizmi?
Iwamoto Motors şirkətinin sahibi Yudzi İvamoto Rusiya istehsalı olan bu modeldə üstünlüyü onun xarici görünüşündə tapıb. Bu görünüş ona Yaponiyada 40 il əvvəl buraxılan avtomobilləri xatırladır.
Osakada yerləşən kiçik dizayner firmasının başçısı qürurla Masamiti Kise fəxrlə qeyd edir ki, bunun maşını kimi maşın bütün Yaponiyada yoxdur. Onun "UAZ"-ı 70 min dollarda başa gəlib (30 mini isə sadəcə tyunninqə xərclənib). Buraya kondisionerin quraşdırılması, mühərrikin müasirləşdirilməsi və s. daxildir.
Bu məqalə insanların fərqli düşüncəsinə bir işarədir. Belə bir əhvalatın Azərbaycanda olmayacağına tam əminəm. Amma kim bilir?

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?