2012-01-12

“Soyqırımı ilə bağlı qanun layihəsinin qəbulu Fransanın məğlubiyyətidir”


Beynəlxalq siyasi müşahidəçilər, o cümlədən Nyu-Cersidəki Prinston Universitetinin Türkiyə və Yaxın Şərq üzrə analitiki Akın Anver və fransız senator Natali Qule Fransa parlamentinin qondarma erməni soyqırımını tanımayanların cəzalandırılması barədə qəbul etdiyi qanun layihəsinin qeyri-demokratik bir addım və insan hüquqlarının tapdalanması olduğunu vurğulayırlar.
 
Ötən ilin dekabr ayının 22-də Fransa senatında qondarma erməni soyqırımını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunmasının beynəlxalq aləmdə doğurduğu güclü əks-səda davam edir. Məsələ ilə əlaqədar APA-ya verdiyi müsahibəsində Nyu-Cersidəki Prinston Universitetinin (Princeton University, New Jersey) Türkiyə və Yaxın Şərq üzrə analitiki Akın Anver Fransa parlamentinin atdığı addımın Kopenhagen siyasi meyarlarına və Avropa Birliyinin təməl prinsiplərinə zidd olduğunu söyləyib. Onun sözlərinə görə “soyqırım” ilə bağlı qanun layihəsinin qəbulu erməni diasporunun qələbəsi, Fransa Milli Assambleyasıının isə məğlubiyyətdir. Akın Anver: “Fransa Milli Assambleyasının qərarı Avropa Birliyi üzvlüyünə dair Kopenhagen siyasi kriterilərinə və Avropa Birliyinin Fundamental Hüquqlar Nizamnaməsinin fikir azadlığına dair 11-ci maddəsinə ziddir”,-deyib.
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsini populist bir addım kimi dəyərləndirən və bunun seçki kampaniyasına xidmət etdiyini bildirən amerikalı analitik qanun layihəsinin az miqarda deputat tərəfindən qəbul edildiyini xatırladıb: “Bu qanun Fransa Milli Assambleyasının 10 faizinin də səsini qazanmayıb və deməli, fransız xalqının 90 faizinin fikrini təmsil etmir”.

Akın Anverin fikrincə “soyqırım” məsələsi beynəlxalq erməni diasporunu bir yerə toplayan yeganə məsələdir və bu olmasaydı, erməni diasporu parçalanardı. Akın Anver onu da deyib ki, Fransa parlamentinin bu addımı Türkiyənin Azərbaycana doğru daha da meyllənməsinə və Türkiyə-Ermənistan protokollarının iflasına səbəb olacaq.

“Ermənistan Rusiya siyasətinin
qurbanına çevrilib”
Fransalı senator Natali Qule də parlamentin qərarını fransızlar üçün biabırçılıq adlandırıb. O, Fransanın keçmiş naziri Patrik Deviçyanın dediyi “Fransaya təhlükə Türkiyədən gəlir” sözlərini ölkəsi üçün təhqir hesab etdiyini vurğulayıb. Qule: “Keçmiş nazir Türkiyəni Fransa üçün təhlükə mənbəyi adlandırmaqla hamımızı təhqir edib. Sizcə, əsl təhlükə mənbəyi Ermənistan deyilmi? Ermənistan Rusiya siyasətinin qurbanına çevrilib”,-deyib.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və insanlığa qarşı cinayət törədən qatil ölkələr arasında öz yerini tutduğunu söyləyən Natali Qule: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir. 1915-ci ildə “soyqırımı”na məruz qaldığını iddia edən bir dövlətin təcavüzkar və qatilə çevrilməsi onun əsl simasını göstərir”,- deyib.
Fransa Senatı parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini yanvarın 24-də müzakirəyə çıxaracaq.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?