Təqdim olunan kitablar arasında Azərbaycana aid nəşrlər də mühüm yer tutur. Türkiyə Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivlər Baş İdarəsinin 2011-ci ildə çap etdirdiyi “Osmanlı arxiv bəlgələrində Naxçıvan” kitabı Naxçıvan tarixinin öyrənmək istəyənlər üçün faydalı mənbədir. Bundan başqa, Azərbaycan şeir və hekayə antologiyaları, xalq yazıçısı Anar haqqında monoqrafiya, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” əsəri və sair kitablarda milli ədəbiyyatımızın və mədəniyyətimizin tarixi ənənələri öz əksini tapıb.
Naxçıvan Dövlət Universitetinə hədiyyə olunmuş kitablardan lüğətlər və turizm üzrə tanıtma kitabları da müəllimlər və tələbələr üçün maraqlı olacaq.
Kitabları Naxçıvan Dövlət Universitetinə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Denk Ünal təqdim edib. Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin
mətbuat şöbəsinin müdiri
0 Şərh::
Yorum Gönder
NƏ fikirləşirsən?