2012-01-12

Həm maşındır, də gəmi

Fransızların çəkdiyi məşhur “Taksi” kinosundakı avtomobil hər kəsin marağına səbəb olmuşdu. Hər cür şəraitdə hərəkət edə bilən maşına hamı sahib olmaq istəyər. Həmin filmdəki qeyri-adi avtomobil artıq reallığa çevrilib. 
 
21 yaşlı çinli gənc belə bir maşın düzəldə bilib. Saatda 100 km sürətlə hərəkət edə bilən bu bənzərsiz maşın asfaltda, torpaqda, buzda, hətta suda hərəkət edə bilir. Yuhan adlı gənc öz arzusunu məşhur alman avtomobil şirkəti “Volsvagen”in sponsorluğu ilə gerçəkləşdirə bilib. “Aqua” adı verilən bu avtomobil əslində ralli yarışları üçün hazırlanıb. Ancaq yaxın gələcəkdə onun kütləvi istehsala buraxılacağı da istisna olunmur. Avtomobilin iki mühərriki var və bu mühərriklər hidrogen yanacağı ilə işləyir. Havaya karbon qazı buraxmadığı üçün “Aqua” ekoloji cəhətdən çox sərfəlidir. Maşında olan iki mühərrikdən biri lazım gələndə onu yuxarı qaldırır, digəri isə onun hərəkətini təmin edir. “Aqua”nı digər avtomobillərdən fərqləndirən əsas cəhəti təkərlərinin olmamasıdır. Bu avtomobil təkər əvəzinə hava şarı üzərində hərəkət edir.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?