2012-01-11

Lütfi Zadə fəxrimizdir!

L.Zadə kimdir? O tətbiqi riyaziyyat və informatikanın inkişafına güclü təkan vermiş qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq, imkanlar və təqribi mühakimələr, yumşaq hesablamalar və sözlərlə hesablamalar kimi nəzəriyyələrin yaradıcısıdır. Milliyyətcə azərbaycanlı olan bu görkəmli alim 4 fevral 1921-ci ildə Bakıda anadan olmuşdur. 1931-ci ildə L.Zadənin ailəsi İrana köçmək məcburiyyətində qalmışdır. Gənc Lütfı əvvəlcə Tehrandakı Amerika kollecində (Albroz kollecində) oxumuş, sonra isə Tehran universitetinə daxil olub orada təhsilini "Elektrotexnika" (Electrical Engineering) ixtisası üzrə bakalavr kimi başa vurmuşdur. L.Zadə l944-cü ildə ABŞ-a köçmüş və təhsilini davam etdirmək məqsədilə Massaçusets Texnologiya İnstitutuna (MTİ) ərizə vermişdir. İki il sonra, 1946-cı ildə həmin universiteti “Elektrontexnika” ixtisası üzrə magistr kimi bitirmişdir. Çox keçmir, o, Kolumbiya universitetində müəllimliyə başlayır və 1949-cu ildə doktorluq adı alır. Gənc tədqiqatçı az bir vaxtda assistentlikdən (1950-ci il) professorluğa (1957-ci il) qədər yüksəlir. L.Zadənin ilk diqqətəlayiq işi qeyri-səlis stasionar zəncirlərin tezlik analizi məsələlərinə həsr olunmuşdur. Məhz bu iş onu beynəlxalq aləmdə tanıdır. 1950-ci ildə Ç.Raqassini ilə birlikdə nəticəni qabaqcadan bildirən Viner nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edir. 1952-ci ildə yenə Ç.Raqassini ilə birlikdə diskret sistemlər üçün Z - çevrilmələrin metodunu işləyir. 1959-cu ildə L.Zadə Kaliforniyaya köçür və Berklidəki Kaliforniya universitetində elektrotexnika kafedrasında (Electrical Engineering Department) işləməyə başlayır. Bu zaman onun elmi maraqları xətti sistemlər və avtomatik idarəetmə nəzəriyyəsinə yönəlmişdir. 1963-cü ildə o, Çarlz Dezoirlə birlikdə "Xətti sistemlər nəzəriyyəsi" (fəza vəziyyətləri metodu) kitabını nəşr etdirir. Beləliklə, artıq 1960-cı illərin ortalarında L.Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən idi. Məhz bu illərdə, daha dəqiq desək, 1965-ci ildə Kaliforniya universitetinin elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı L.Zadə "Information and Control" jurnalında əsas əsərindən birini - qeyri-səlis çoxluqlara aid "Fuzzy Sets" məqaləsini çap etdirmişdir. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada böyük rezonansa sabəb olur, elmdə yeni bir istiqamətə təkan verir. Alimin elmi araşdırmalarının əsasında belə bir fikir dururdu ki, təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. O zamanlar L.Zadənin novator ideyaları müxtəlif elmi dairələrdə, xüsusilə "xalis riyaziyyatçılar" arasında ehtiyatla, bəzi hallarda isə soyuq qarşılanırdı. Lakin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi tətbiqi riyaziyyatla məşğul olanların böyük bir ordusunu özünə cəlb etdi. Son iyirmi ildə onun nəzəriyyəsi ən müxtəlif sahələrdə çoxlu sayda tətbiqini tapmışdır: məişət texnikasından tutmuş (qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar), ta mürəkkəb texnoloji proseslərin (domna sobaları, atom enerji blokları) və dinamik obyektlərin (metro qatarları, avtomobillər, vertolyotlar, robotlar və s.) idarə olunmasında qeyri-səlis idarəetmə modelinin tətbiqini xüsusi qeyd etmək lazımdır. Bu gün qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi artıq bütün dünya tərəfindən tanınmışdır. Berklidəki daimi işindən başqa, L. Zadə uzun illər Massaçusets Texnologiya İnstitutunda (1963 -1968-ci illər), San-Xosedəki IBM korporasiyasının elmi-tədqiqat laboratoriyasında (1968, 1971, 1974 və 1977-cı illər), Stanford universitetində də (1987-ci il) çalışmışdır. O, Fransa, İngiltərə, Kanada, Yaponiya, Çin, İtalıya, Ispaniya, İsveç, İsveçrə, Avstriya, Rumıniya, Macarıstan, Yuqoslaviya, Hindistan, Səudiyyə Ərəbistanı və s. ölkələrdə mühazirələrlə çıxış etmışdir. L.Zadə orijinal elmi ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir. Onun, demək olar ki, hər bir əsəri elm aləmində hadisəyə çevrilir. Biz burada L.Zadənin bütün əsərlərinin adını çəkməyə ehtiyac görmürük, lakin qeyd etmək istəyirik ki, hələ 
1970-ci illərdə yazdığı əsərlərdə irəli sürülən qeyri-səlis məntiq əsasında idarəetmə ideyaları müəyyənləşmiş və bunlar sonralar qeyri-səlis tənzimləyicilər texnologiyasına tətbiq edilmişdir. 1980-cı illərdə L.Zadə qeyri-səlis məntiqi və imkanlar nəzəriyyəsini inkişaf etdirməklə yanaşı, həm də bu nəzəriyyənin intellektual sistemlərə tətbiqi ilə də məşğul olmuşdur. Belə ki, "Ekspert sistemlərdə qeyri-müəyyənliyin idarə edilməsində qeyri-səlis məntiqin rolu" məqaləsində dəqiq olmayan məlumata qeyri-səlis məntiqin tətbiqi üsulu və şahidlərin dedikləri əsasında nəticə çıxarmaq üçün bir sıra qaydalar göstərmişdir. 1990-cı illərdə L.Zadə yumşaq hesablamalarla yanaşı, sözlərlə hesablama metodologiyasına da maraq göstərmişdir. Çap olunmuş işləri arasında "Qeyri-səlis məntiq = Sözlərlə hesablama" (1996-cı il). "Qeyri-səlis məntiq və qeyri-dəqiq qaydalar hesabı və qeyri-dəqiq qraflar" (1997) məqalələrini göstərmək olar. Lütfı Zadə dünyanın bir çox məşhur akademiyalarının, elmi mərkəzlərinin, eləcə də bizim Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, ondan yuxan universitetin, cümlədən Bakı Dövlət Universitetinin fəxri doktorudur.Lütfi Zadənin elm sahəsindəki xidmətləri və qazandığı fövqəladə nailiyyətlər dünyanın müxtəlif elm mərkəzləri, korporasiyaları və beynəlxalq təşkilatları tərəfındən yüksək qiymətləndirilmişdir. Onun aldığı mükatatların və layiq görüldüyü medalların tam siyahısını vermək üçün səhifələr lazım gələrdi. Bircə onu deməyi lazım bilirik ki, bu böyük mükafatlar, yüksək adlar ona əsasən informatika və informasiya sistemlərinin inkişafında görkəmli nailiyyətlərinə görə, qeyri-səlis riyaziyyat sahəsindəki misilsiz kəşfləri ilə əlaqədar verilmişdir. Bakıda dünyaya göz açıb boya-başa çatmış Lütfı Zadənin adı ilə Azərbaycanlılar fəxr edirlər.


Prof. Dr. Lütfü A. Zadenin Bulanıq Məntiqi ortaya qoyduğu andan etibarən günümüzə qədər dünyada 15000ə yaxın elmi məqalə nəşr olunmuşdur.

Qazandığı ödüll

Prof . Dr Lütfü A. Zade sistem nəzəriyyələri üzərinə işlərini Colombia Universitetində başlamışdır. Uzun və diqqətli işlər nəticəsində Prof. Dr. Askerzade bir çox universitet tərəfindən fəxri peşə dərəcəyə layiq görülmüşdür:
► MIT Universiteti Elektrik Mühəndisliyi Hissəsinin təlimatçısı dərəcəsi (1968);
► Kaliforniyada Olan IBM Şirkətinin araşdırma laboratuarlarının elm adamı (1968-1973-1977);
► Kaliforniyada olan Stanford Universitetinin elm adamı dərəcəsi (1987-1988);
► Amerikanın FELLOW İnstitutunun yüksək dərəcəli üzvü;
►GUGENHEIM Mərkəzinin yüksək dərəcəli üzvü;
► Amerikanın Mühəndislər Akademiyasının yüksək dərəcəli üzvü;
► CYBERNETICS Dünya Qurultayının yüksək dərəcəli üzvü;
► Avstriya CYBERNETICS Araşdırma Mərkəzinin fəxri üzvü;
► Rus Elm Akademiyası üzvü;
► Yaponiyanın HUNDAS(N)I fabrikindən elm adamı mükafatı və başqa ölkələrdən verilən 14 elm mükafatı.

Fəxri Doktor/həkimə dərəcələri:
► Tolz Universiteti (Fransa)
► New York Dövlət Universiteti, Binghamton (ABŞ)
► Dortmond Universiteti (Almaniya)
► Oviedo Universiteti (İspaniya)
► Granada Universiteti (İspaniya)
► Leakhead Universiteti (Kanada)
► Bakı Dövlət Universiteti (Azərbaycan)
► Louisville Universiteti (ABŞ)
► Gliwice Universiteti (Polşa)
► Ostrava Universiteti (Çək)
► Toronto Universiteti (Kanada)
► Mərkəz Floruda Universiteti (ABŞ)
► Hamburg Universiteti (Almaniya)
► Paris Universiteti (Fransa)

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?