2012-01-12

Azərbaycan ordusu dünənimizin, bu günümüzün və gələcəyimizin qürurudur

    
alt
İyunun 26-da Azərbaycan xalqı milli ordusunun yaradılması gününü təntənəli şəkildə qeyd edəcək. Bu tarixi gün ərəfəsində biz qürurla deyə bilərik ki, Azərbaycan istənilən döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə hazır olan milli ordu yarada bilib. Amma o uzaq günlərdə, 1918-ci ildə Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumağa qadir olan milli ordunun yaradılması heç də asan başa gəlməyib. Azərbaycanın müstəqilliyini elan etməsindən sonra, günümüzdə olduğu kimi, bu dövlətin ərazi bütövlüyünü və suverenliyini qorumağa, ona xaricdən gələn istənilən təhlükəni dəf etməyə qadir olan milli ordu yaradılmasına ciddi ehtiyac duyulurdu. Bununla əlaqədar Azərbaycan Respublikasının dövlət arxivlərində saxlanılan çoxsaylı sənədlərdə o dövrdə Azərbaycan Demokratik Respublikası rəhbərləri tərəfındən milli ordu­nun yaradılması prosesinin olduqca ağır şəraitdə getdiyi əksini tapıb. Belə ki, həmin dövrdə Azərbaycan bizə düşmən olan dövlətlərdən, həmçinin Denikinin komandanlığı altında olan ağqvardiyaçılardan, daşnak quldur dəstələrindən və ingilis qoşunlarından gələn təhlükə qarşısında tək qalmışdı. Necə deyərlər, gənə dövlətimiz hər tərəfdən düşmən əhatəsində idi. Parlamentin 1918-ci ilin dekabr ayının 26-da keçirilen iclasında Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski tərəfindən elan edilən Azərbaycan Respublikasının bəyannaməsində deyilirdi: "Bizim sülhsevərliyə susamağımızın sərhəd bilməməsinə baxmayaraq, hökumətimiz öz milli maraqlanm və hüquqlannı qorumaq üçün canlı qüvvəyə - orduya arxalanmaqdır. Bu baxımdan hökumətin başlıca vəzifələrindən biri ölkənin ərazi bütövlüyünü qorumağa qadir güclü ordunun yara-dılmasıdır. Bu ordu, şübhəsiz ki, ona lazım olan bütün vasitələrlə, o cümlədən, silahla, ərzaqla, bir sözlə, lazımi əsgəri təchizatla təmin edilməlidir. Hökumət ləngimədən yeni ordunun təşkilinə başlamalıdır...”
Onu da deyək ki, milli ordunun yaradılması prosesinə Azərbaycanın müstəqilliyini elan etməsinin ilk günlərindən başlanılmışdı. Hələ 1918-ci il may ayının 28-də Azərbaycan Respublikası Milli Şurası tərəfindən belə qərar qəbul edilmişdi: "Müvəqqəti hökumət aşağıdakı tərkibdə təsdiq edilsin...
... Hərbi nazir Xosrov Paşa bəy Sultanov..."
Elə həmin ildə artilleriya generalı Səmədbəy Mehmandarov Azərbaycan xalqına müraciət etdi. Müraciətdə deyilirdi: "Bu ilin yazında Azərbaycan özünün müstəqil dövlətçilik yolunu seçdi. Həmin andan da Azərbaycanı idarə edənlərin bütün səyləri ölkədə anarxiyaya, özbaşınalığa yol verməməyə, qanunların aliliyini bərpa etməyə yönəlib. Bununla bağlı hökumətin qəbul etdiyi qərarlardan biri də ölkəmizin öz hərbi qüvvələrinin yaradılması, Azərbaycan ordusunun təşkil edilməsidir. Azərbaycan ordusunun yaradılması üçün ilk addımlar atılan günlərdə ölkəmizə türk əsgərləri gəldilər. Bu ordunun zabitləri Azərbaycan ordusu­nun yaradılması, saxlanılması və onla-ra təlim keçilməsi funksiyasını öz üzərlərinə götürdülər... Mən bütün ölkə əhalisinə bizim əziz vətənimiz adından müraciət və xahiş edirəm: Vətənə məhəbbət naminə yüksək vətənpərvərlik nümayiş etdirərək mənə yeni ordunun formalaşdırılmasında, ölkədə qanun-qaydanın təmin edilməsində yardım edəsiniz. Bu məqsədlə hərbi çağırışçıların bir nəfər kimi göstərilən hərbi dislokasiya yerlərinə gəlməyə çağırıram. Vətən, doğmaları və dostları qarşısında müqəddəs borclannı yerinə yetirməyi unudanlar bilsinlər ki, onlar buna görə sərt şəkildə cəzalandınlacaqlar". 1919-cu ilin fevral ayında hərbi nazir, artilleriya generalı Səmədbəy Meh­mandarov daha bir əmr imzaladı:"Köməkçim general-leytenant Şıxlinskiyə emr edirəm: Təcili şəkildə ağır artille­riya diviziyonu formalaşdırılsın. Bu işə ilk növbədə qaubitsa batareyasının təşkil edilməsindən başlanılsın." Azərbaycan ordusu həmin dövrdə, necə deyərlər, boş bir yerdə yaradılırdı. Ona görə də yeni ordunun formalaşdırılması zamanı ortaya çoxlu problemlər çıxırdı. Bunu həmin dövrdə Mehmandarovun yazdığı qeydlərdə də aydın görmək olar. General 1919-cu il aprel ayının 2-də yazırdı: "Zaqafqaziya Respublikası dağıldıqdan sonra Zaqafqaziyanın Xəzər dənizi sahillərini və İranla sərhəddi əhatə edən şərq hissəsi indiki Azərbaycanın ərazisini təşkil edir. Rusiya İranı zəif qonşu, Xəzəri isə daxili dənizi hesab etdiyindən əsas diqqəti Türkiyəyə və onunla sərhəd ərazilə-rə yönəlmişdi. Belə ki, həmin yerlərdə hərbi birləşmələr və böyük miqdarda hərbi ehtiyat toplanmışdı: 1. Hərbi sursatla, ərzaqla, artilleriya, hərbi ehtiyatlarla kifayət qədər təmin edilən və alınmaz qalalara çevrilən Qars və Ba­tumi. 2. Aleksandropolda, Tiflisdə geniş həcmdə artilleriya anbarlan, təmir emalatxanaları, geniş həcmli müdafiə sədləri üçün bazalar. Tiflisdə, Kutaisidə, Batumidə, İrəvanda, Qarsda, Sarıqamışda Qafqaz ordusunun ehtiyaclarının tam şəkildə ödənilməsinə xidmət edən çoxsaylı və hər cəhətdən təmin edilən kazarmalar, hərbi xəstəxanalar, intendant və artilleriya anbarları möv-cuddur. 3. Sarıqamışa qədər uzanan strateji dəmir və şosse yollan şəbəkəsi. Amma Azərbaycan yuxarıda göstərilən səbəblər üzündən bütün bunlardan məhrumdur. Gürcüstana xüsusilə böyük miras qalıb. Tiflisdəki çoxsaylı xəzinə binaları və qarnizonlar, Qafqazın idarə edilməsi üzrə baş İdarədən başqa Gürcüstanın hətta en kiçik əyalət şə-hərləri belə (Qori, Duşet) gözəl, hər cəhətdən təmin edilən kazarmalara malikdirlər. Bunu ona görə deyirəm ki, ordu yaratmaq üçün bizə qonşularla müqayisədə daha çox maliyyə vəsaitinin lazım gələcəyi barədə hərbi nazirdə aydın təsəvvür yaransın". Buraya onu da əlavə edək ki, Gürcüstanla müqayisədə Azərbaycanda olan azsaylı hərbi tikililər müharibə və anarxiya nəticəsində daha çox zərər görmüşdülər. Yuxarıda general tərəfındən gətirilən faktlar heç kimə hücum etmək niyyətində olmayan Azərbaycana özünün təhlükəsizliyini təmin etmək üçün lazım idi. Bütün bunlar da ordu­nun yüksək döyüş qabiliyyətinə malik olması üçün kazarmalara, hərbi təyinatlı təmir emalatxanalarına, anbarlara və deməli, güclü maliyyə yardımına ehtiyacının olduğunu göstərir. Nəqliyyat-kommunikasiya şəbəkələrinin dağıldığı, Rusiya və Avropa bazarlarına Azərbaycanın yolunun kəsildiyi, rublun kursunun düşdüyü bir vəziyyətdə ordunun qurulması üçün nə qədər ma­liyyə vəsaiti lazım gəldiyini təxmini olsa da söyləmək çətindir. Məsələn, təkcə bir batareyanın hərbi ehtiyaclarının təmini üçün nə qədor maliyyə vəsaitinin lazım olduğunu hesablamaq belə mümkün olmurdu. Ümumiyyətlə, artilleriyanın ehtiyaclarının ödənilməsi üçün böyük miqdarda hərbi təyinatlı malları xaricdə axtarmaq lazım gəlirdi. Mehmandarov yazırdı: "Böyük dövlətlərin öz hərbi güclərinin bir hissəsinin ehtiyata göndərməsi zamanı yaranan artıq ehtiyatların alınması lazım gələcək. Bunu isə həmin dövlətlərin və onlann müttəfiqləri ilə razılaşdırmalı olacağıq". Bu isə həmin dövrdə Azərbaycan ordusunun yaradılması üçün nə qədər böyük işlərin görülməsinə ehtiyac olduğunu göstərir. Amma həmin dövrdə Azərbaycanın düşdüyü ağır vəziyyət, üstəlik əhali arasında hərbi təcrübənin olmaması və bunun da nəticəsində hərbi peşəyə biganə münasibətin formalaşması milli ordunun yaradılması yolunda ciddi əngələ çevrilmişdi. Bu­na paralel olaraq hər an düşmən hücumu təhlükəsi qarşısında olan ölkəmizdə milli ordunun yaradılması prosesi­nin tezliklə başa çatdınlması müstəqil dövlətimizin qorunub saxlanılması və onun ərazi bütövlüyünün tomin edil-məsi, gələcəyi üçün taleyüklü bir məsələyə çevrilmişdi.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?