2012-01-24

Fransa Senatı erməni saxtakarlığını təsdiqlədi









Fransa Senatı soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi və bununla da tarixi saxtalaşdırmağa cəhd göstərməklə yanaşı, Qərbin öyündüyü fundamental insan hüquqlarını məhdudlaşdırmaq istiqamətində utandırıcı addım atmış oldu.
 
Dünən Fransa parlamentinin üst qanadı olan Senatda soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq qəbul edildi. Fransa 1915-ci il olaylarını “erməni soyqırımı” kimi tanıdığı üçün bu qanun həmin olayları inkar edənlərin cəzalandırılmasını da ehtiva edir.
348 üzvü olan Senatdakı 8 saatadək davam edən müzakirələrdə cəmi 68 senator iştirak edib. İqtidardakı Xalq Hərəkatı Birliyi və ana müxalifət Sosialist Partiyası qanun layihəsinin tərəfdarı olduğu üçün bu iki partiyanın təmsilçilərinin digər senatorlara “qanunun lehinə deyilsinizsə, səsvermədə iştirak etməyin” kimi təlqin və israrlarının iclasda iştirak edənlərin sayısının az olmasına gətirib çıxardığı bildirilir. Bununla belə 200-dək senator vəkillik prinsipi əsasında səs verib.
Gözlənilənlərin əksinə olaraq, müzakirələr olduqca uzun çəkib. Hökumət üzvlərinin nümayişkaranə şəkildə qanun layihəsini dəstəkləmələri də diqqət çəkən məqamlardan olub.

“Soyqırımını inkar” layihəsinin səsverməyə qoyulmasından əvvəl Senatın Konstitusiya Komissiyasının yanvarın 18-də qəbul etdiyi və layihənin gündəlikdən çıxarılmasını nəzərdə tutan üç təklifi ilə bağlı səsvermə keçirilib. Bu təklifin ehtiva etdiyi dəyişikliklər soyqırımını inkar edənlərin cəzalandırılmasının Fransa konstitusiyasının 34-cü maddəsinə zidd olduğunu nəzərdə tuturdu. Ancaq hər üç təklif senatorlar tərəfindən rədd edilib.
Daha sonra soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb. Ümumilikdə (həm səsvermədə birbaşa iştirak edənlər, həm də səsvermə səlahiyyətini vəkillərinə verənlər) səsvermədə 237 senator iştirak edib. 213 səsin etibarlı hesab edildiyi səsvermənin nəticələrinə görə, mürtəce qanun layihəsi 127 səs lehinə, 86 səs əleyhinə olmaqla qəbul olunub.
Türkiyə Fransa Senatının bu addımına sərt reaksiya göstərib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Senatdakı müzakirələr başlamazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib ki, əgər layihənin təşəbbüskarı olan Fransa Prezidenti Nikola Sarkozi yenidən prezident seçilərsə, bir daha Fransaya səfər etməyə bilər. Onun daha geniş açıqlamanı Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcra Komitəsinin bugünkü iclasında verəcəyi bildirilir.
Soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ötən ilin dekabr ayının 22-də Fransa parlamentinin alt qanadı olan Milli Assambleyada 60 deputatın iştirak etdiyi iclasda 50 səslə qəbul edilmişdi. 577 yerlik Milli Assambleyanın üzvlərinin böyük əksəriyyətinin iştirak etməməsinin planlaşdırılmış addım olduğu bildirilirdi. Çünki Milli Assambleyada bir qərar iclasda iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur.
Fransa qanunvericiliyinə görə, qanun ölkə başçısı tərəfindən təsdiqləndikdən sonra onun tətbiqi qaydaları müvafiq nazirlik tərəfindən hazırlanır və qanın rəsmi qəzetdə dərc olunur. Yalnız bundan sonra qanun qüvvəyə minir. Bu müddət ərzində 60 senator və ya parlamentari, eləcə də Senat və ya Milli Assambleya sədrlərindən biri qanunun konstitusiya ilə ziddiyyət təşkil etdiyini əsas gətirərək, Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 1 ilə qədər həbs cəzasını və ya 45 min avro cəriməni nəzərdə tutan qanun layihəsi qəbul edilsə belə, bu qanunla bağlı məhkum olunmuş şəxs qanunun Konstitusiyaya zidd olması iddiası ilə çıxış edə biləcək.

 







0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?