2012-01-12

Qənaət

alt
Xaliqi-Rahim, varlıqlardan insan növünə verdiyi nemətlər qarşılığında şükür istəyir. Qurani-Kərim “İbrahim” surəsinin yeddinci ayəsində “Əgər şükr etsəniz, Mən nemətlərimi daha da artıraram”buyuraraq önümüzə əzəmətli bir düstur qoyur. Bu ayəni “Əgər verilən neməti artırmaq istəyirsinizsə, şükr edin” şəklində də başa düşə bilərik. Yəni qısacası nemətin çoxalmasını istəyənlərə qısa və fəzilətli bir yol göstərir. Səhv başa düşülməsin, söhbət aktiv şükürdən, hərəkətdən, feldən gedir, passiv şükürdən yox.İsraf isə şükrə ziddir, zərəri yenə də israf edənə dəyən neməti alçaltmadır, xor görmədir.
İqdisad isə verilən nemətə qarşı ticarətli bir ehtiramdır, hörmətdir. Çünki, iqtisadla nemətə qarşı göstərilən hər hörmət həm dünya, həm də axirət bazarında, inşaallah, insana böyük bir kar qazandıracaq. Əslində, orda bəhs olunan hörmət nemətə qarşı hörmət deyil, neməti verənə qarşı olan ehtiramdır. Göndərilən hədiyyə göndərənə görə dəyər qazandığına görə, verilən hər nemət də, səbəblər pərdəsi arxasındakı Həqiqi Nemət Sahhibinə görə dəyər qazanır. O bizə dəyər vermə məcburiyyətində olmadığı halda dəyər verib, sevməyə məcbur olmadığı halda sevib, mərhəmət etməyə məcbur olmadığı halda mərhəmət edib önümüzə nemətlər süfrəsini sərmişdir. Bizdən də çox asan və ülvi bir şey istəyir o da şükür. O şükür ki, bu ticarətdə satıcı olan Allah heçnə qazanmır, elə bir qazanca da ehtiyacı yoxdur. Qazanan yenə də biz oluruq.
Bəli, iqtisad
-həm bir şükrü-mənəvidir. İqtisadın pərdə arxasını, mələkut tərəfini görmüş olsa idık, bəlkə də hər iqtisad etdiyimiz nemətin gürultu ilə şükür sədalarını eşidərdik. Hər nemətin çobanları hökmündə olan mələklərin şükür nəğmələri ilə məst olardıq. Çünki, iqtisad mənəvi bir şükürdür. İnsan iqtisad edərkən əməl dəftərinə şükür deyə qeyd olunur. Kim bilir digər aləmdə necə-necə sürprizlərlə qarşımıza çıxacaq, əlimizdən tutacaq bizi sahili-səlamətə qovuşduracaq.
-həm nemətlərdəki ilahi rəhmətə qarşı hörmətdir. Allah-təala nemətlərini verərək, bizə mərhəmətini elan etmiş olur. Bir nəfər acizliyinizə qarşılıq sizə mərhəmət göstərib əlinizdən tutsa, acizliyinizi ortadan qaldırsa, ona qarşı duyacağınız ilk duyğu şükür duyğusu olacaqdır. Şükürdən sonra isə ortaya çıxan duyğu hörmət duyğusudur. Allah da bu şükürdən ortaya çıxan hörmət duyğusunu iqtisadla göstərməyimizi istəyir. Şükür, hörməti dəvət edir. İqtisad da hörmətin feli tərcüməsidir. Belə də düşünə bilərik: İnsan hörməti dəyər verdiyi şeylərə qarşı göstərər, o dəyərli bildiyi və hörmət göstərdiyi şeylərə qarşı da iqtisadlı davranar. Və əksinə iqtisad etdiyi şeylərə qarşı hörmət göstərərək mənəvi şükürlərin altına imzasını atar.
-həm qəti bir şəkildə səbəbi-bərəkətdir. İqtisad mənəvi bir şükür olduğuna görə, iqtisadın nəticəsində yuxarıda verdiyimiz ayə təcəlli etmiş olur. Ayə “Əgər şükr etsəniz, Mən nemətlərimi daha da artıraram” -deyə bizlərə vəd edir. İqtisadla insan bu ayəyə itaət etdiyinə görə, dərhal ayənin vəd etdiyi bolluq, yəni nemətin bərəkətlənməsi baş vermiş olur. Bərəkət sözünün lüğəvi mənası “bolluq, çoxluq” dur. Çox qəribə haldır ki, “bolluq, çoxluq” sözlərinin yerinə “bərəkət” sözünü istfadə edəndə cümlədəki ədəbi güc azalsa da, məna pozulmur. Lakin “bərəkət” kəliməsinin yerinə “bolluq, çoxluq” kəlimələrini işlədəndə məna tutarsızlığı əmələ gəlir. Çünki “bərəkət” sözü obyekt sayısının çoxluğu demək deyildir. Məsələn: “Yemək bərəkətləndi” deyəndə, yeməyin miqdarının artdığını qəsd etmirik. Yeməyin miqdarında hərhansı bir dəyişiklik olmasa da, normadan daha çox insanı doyuzdurur. Elə məhz bu hadisə bərəkətlənmədir. Cənabi-Haqq Qədir, Bəraət kimi gecələrdə edilən ibadətləri o gecənin hörmətinə bərəkətləndirdiyi kimi, yəni birə min yazaraq mənən çoxaltdığı kimi, iqtisadın hörmətinə də mala-mülkə bərəkət ehsan edir. Azın miqdarında maddi artış göstərmədən, heç bir fiziki qanunla izah edilməyəcək tərzdə malı çoxaldır, yəni bərəkətləndirir. Sanki Allah insana böyük bir sirrin qapılarını aralayır və deyir ki, “Ey azların çox olmasını istəyən insan! Bu qədər ehtirasla didinib, xəsislik edərək malını çoxalda bilməzsən. Azın çoxalmasının sirri iqtisaddır. İqtisad edərsən, mənən şükür olaraq əməl dəftərinə yazılar, həm də sirli şəkildə malın artar”. Düşünün ki, birdə bu nəhəng həqiqət dövlət səviyyəsində tətbiq edilsə, israfın önü alınsa, iqtisadiyyatın tərifinə yeni şərhlər əlavə edilsə, kainatın israfdan uzaq ahəng içərisində işləyişinə ayaq uydurulsa, deyil təkcə dövlətimiz, bütün dünya bununla itirdiyi yaşam sevincini geri alar, həsrət çəkdiyi xoşbəxtliyi yenidən qazanardı
-həm bədən üçün pərhiz kimi bir mədarı-səhhətdir,
-həm mənəvi dilənçilik zillətindən xilas edəcək bir səbəbi-izzətdir,

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?