2012-01-08

Bu günün məqalələri

6 yaşlı uşaq univeresitet tələbəsi olmuşdur
Mexikonun ”Las ultimas noticias” qəzetinin yazdığına görə, Meksikada 6 yaşlı uşaq universitetə daxil olmuşdur. Paytaxt Mexiko yaxınlığındaki Metepek şəhərciyinin sakini Maksimiliano Arellano de la Noe oxuduğu müxtəlif kitabları əzbərdən bilir. O, təbabətə yenilik verir və hətta elmi konfranslar keçirir.Maksimilianonun heyrətamiz yaddaşı 3 yaşında özünü göstərmişdir. Valideynləri ona atlas alandan bir müddət sonra o, dünyanın bütün ölkələri paytaxtlarının adlarını sadalamışdır. Maksimiliano həkim atasının yolunu davam etdirmək istəyir. O, evdə təbabətə dair bütün kitabları oxuyaraq, yaddaşına həkk etmişdir. Valideynləri sınaq məqsədi ilə Maksimilianonu Meksika Muxtar Universitetinə göndərmişlər. Orada ona mühazirə və seminarlarda iştirak etməyə icazə verilmişdir. Aprelin axırlarında universitetdə qeyri-adi mühazirə keçirilmişdir: mikrofana çatmaq üçün stula çıxan 6 yaşlı oğlan təcrübəli professor əminliyi ilə yuxarı kurs tələbələrinə osteoporoz və şəkərli diabet xəstəliklərinin xüsusiyyətləri və əlamətlərindən danışmışdır.
İngilislər "toyuq, yoxsa yumurta" sualına cavab verdi
Britaniya alimləri bəşəriyyətin əsrlərdən bəri cavab aradığı "toyuq əvvəl olub, yoxsa yumurta?" sualına çözüm tapıblar. Nottingem Universitetinin professoru Con Brukfeldin başçılıq etdiyi araşdırmaçılar qrupunun fikrincə, genetik material hər hansı orqanizmin həyatı boyunca dəyişmir. Buna görə də daha sonra "toyuq" deyə adlandırılacaq ilk quş növü ilk əvvəl embrion halında bir yumurtanın içində olmalıydı. Çünki yumurtanın içində böyüyən embrion toyuqla eyni DNT-yə sahibdir."Buna görə qətiliklə deyirik ki, yumurta toyuqdan əvvəl olub", - cənab Brukfild bildirib. Genetik C.Brukfildə Londondakı Kral Kollecinin professoru Devid Papinua və İngiltərə Toyuq İstehsalçıları Federasiyasının prezidenti Çarlz Börns də dəstəkləyib.
Napoleon və Hitler.
Napoleon 1769-cu ildə anadan olub, Hitler 1889-cu ildə anadan olub. (fərq 120 il)
Napoleon hakimiyyətə 1804-cü ildə gəlib, Hitler hakimiyyətə 1933-cü ildə gəlib. (fərq 129 il)
1912-ci ildə Napoleon Venaya daxil olub, 1941-ci ildə Hitler Venaya daxil oldu. (fərq 129 il)
Napolion müharibəni 1816-cı ildə uduzdu, Hitler müharibəni 1945-ci ildə uduzdu. (fərq 129 il)
Hər ikisi hakimiyyete 44 yaşında gelib.
Hər ikisi Rusiyaya 52 yaşları olanda hücum edib.
Hər ikisi müharibeni 56 yaşında uduzdu.
Linkoln ve Kennedi.
Linkoln 1818-ci ildə anadan olub, Kennedi 1918-ci ildə anadan olub. (100 il fərq)
Linkoln 1860-ci ildə ABŞ-a Prezident seçilir, Kennedi 1960-cı ildə ABŞ-a Prezident seçilir. (100 il fərq)
Hər ikisi prezidentlikdən əvvel senator olub.
Hər ikisindən sonra hakimiyyətə gələnin soyadı Jonson olub.
1.Endryu Conson 1808-ci ildə anadan olub.
2.Lindon Conson 1908-ci ildə anadan olub.
"O biri dünya"dan zəng olub?
Albert Eynşteyn, Tomas Edison və Mark Tven Rikiyə zəng ediblər Amerikanın cənub ştatlarında iyul-oktyabr aylarında qasırğalardan hər il minlərlə insan əziyyət çəkir. Belə hadisələrin birinde Bernal ailəsi güclü küləkdən qorunmaq üçün qapı-pəncərələri bağlamaq mecburiyyetinde qalır. Külək kəsdikdən sonra Riki Bernal binaya zərər dəyib-dəymədiyini aydınlaşdırmaq məqsədilə bayıra çıxmağa hazırlaşarken nömrə yazan telefonun işığının yandığını görür. Məlum olub ki, külək əsərkən Rikiyə zəng edilib. Riki Bernal zəng edənleri araşdırarkən məlum olub ki, ona Albert Eynşteyn, Tomas Edison və Mark Tven zəng edib. Riki aparatın qeyd etdiyi nömrələri yığdıqda "yığılan nömre səhvdir" səsini eşidib. Məlum olub ki, aparatın qeydə aldığı nömrələr ümumiyyətlə olmayıb. Telefon şirkəti də qeyri-adi fenomeni izah etməkdə aciz qalıb. Mühəndislərin bütün cəhdleri də sirli zənglərin müəmmasını aydınlaşdıra bilməyib. Doğrudanmı bu dahiler o biri dünyadan zəng edib?

                                                                       Nəhəng piramidalar və dikili daşlar
Piramida nərdivan pillələri kimi sıra ilə inşa edilmişdi. Bu şəkildə tamamladıqdan sonra taşları yerlərinə qısa taxta kötüklərindən düzəldilmiş makinalarla qaldırdılar. – Herodot / e.ə. təqribən 430.Herodotun yaşadığı illərdən bəri Misirlilərin piramidaları necə inşa etdikləri və daşları necə qaldırdıqları haqqında bir çox müzakirə aparılmışdır. Heyif ki, Misirlilərdən dövrümüzə bu mövzuları izah edən çox sənəd olmadığına görə meydana atılan bütün fərziyyələr ancaq təcrübi arxeologiya ilə sınanaraq inanmağa çalışılmışdır.Daşların xam olaraq daş ocaqlarından çıxarılması, yonulması və yonulmuş bu daş blokların və dik daşların nəqli mövzularında bir çox cavabı olmayan suallar olsa da, bəlkə də ən böyük sirr, piramidaların və dik daşların həqiqətdə hansı texnika ilə tikilməsidir.
Piramidaları necə o qədər düzgün inşa edə bildilər?
Misirdə müasir arxeologiyanın mübahisəsiz banisi sayılan Flinders Petri 1880-82-ci illərdə hamısı 13-cü yüzilliyin ortalarında yaşamış 4-cü xanədan hökmdarlarından Xeops, Kerfen və Mikerinosun piramidalarının olduğu əl-Giza platformasında çox dəqiq bir araşdırmaya başlamışdı. Tapıntılar, ərazinin çoxlu xəndəklər qazıb bunları su ilə dolduraraq və sonra da ətrafdakı “daş adaları” istənilən səviyyəyə endirərək düzəldildıyini xatırladırdı. Yüz ildən sonra Amerikalı Mark Lehner, əl-Giza piramidalarının ətrafındakı qaya təbəqəsində olan müxtəlif dəlik və xəndəklərin sxemini çəkdi və bu həssas işlərin ərazinin hər yerində deyil, piramidanın ən alt daşlarının yerləşdiriləcəyi yerin kənarında dar yollarda düzəldildiyi fərziyyəsini irəli sürdü. Giza piramidalarının hər birinin ortasında massiv bir qaya kütləsi var. Bunları piramidaların içində bir neçə yerdə görmək olar. Bu təbii qayacıqlar, inşaatçıların tam bir dördbucaq əldə etmək üçün küncləri ölçməklərinə mane olmuş ola bilər.Dövrümüzə gəlib çatan alətlərdən anladığımıza görə Misirli memarlar və inşaatçılar xüsusilə iki alətdən istifadə edirdilər. İngilis alim E.S. Eduards, doğru şimalın, hər halda qərbdə və şərqdə müəyyən bir ulduzun doğması və batması nöqtəsini ölçüb sonra bu iki nöqtə arasındakı bucağı iki bərabər hissəyə bölərək tapıldığını iddia etmişdir.Daha yaxın zamanlarda Keyt Spenser, Böyük Piramidanın memarlarının, şimal qütbü ətrafında fırlanan iki ulduzun (Böyük Ayı ilə Kiçik Ayı) Xeops piramidasının inşa edildiyi zənn edilən e.ə. 2467-ci ildə bir xətdə olduqlarını görə biləcəklərini irəli sürən qəbul edilə bilən bir fərziyyə ilə çıxış etmişdir. Daha əvvəlki və sonrakı piramidaların istiqamətlərindəki xətaların, bu xəttin doğru şimaldan kənara çıxma dərəcəsi ilə əlaqəli olması da bu fərziyyəni dəstəkləməkdədir.
Piramidalar Necə İnşa Edildi?
Saxaradakı və Gizadakı günümüzə qalan dəlillər (xüsusilə də tamamlanmamış piramidalardan) daş blokları piramidalar üzərindəki axır yerinə qoymaq üçün ən az beş fərqli yoxuş sisteminin istifadə edildiyini göstərməkdədir. Ən asan və ən aşkar metod birbaşa yoxuş sistemidir. Ancaq ümumiyyətlə bu yoxuşlar üçün lazım olan genişlik, bunların seyrək istifadə edilmiş olduğu mənasına gəlir. Piramidanın bir tərəfində dar pilləkənlərdən ibarət olan nərdivan yoxuşu isə digərlərindən daha dik bucaq olmalıdır. Bu tipin izləri Sinki, Meidum, Giza, Əbu Qurob və Liştdə tapılmışdır. Piramidanın bir tərəfində dolambaclı bir pilləkən piramidaların inşasında ən yaxşı yol olsa da, Saxara, Sinki və Meidum pilləkənli piramidalarında bunun istifadə edildiyinə dair bir iz tapılmamışdır. Yoxuş növləri ilə yanaşı digər mübahisəli məsələ daş blokları üçün istifadə edilən qaldırıcılardır. Misirlilər kran və palanqadan istifadə etmədikləri üçün, blokları yerinə yerləşdirməkdə taxta və mis qaldırıcılardan istifadə edildiyi qəbul edilməkdədir.
Dik Daşların Sirri Nə İdi?
Qədim Misir mədəniyyətinin ən görkəmli ikonlarından biri iynəni xatırladan və nazikləşərək yüksələn, təpəsində kiçik bir piramida nümunəsi olan (buna piramidion ya da benben daşı da deyilir) dik daşdır. İlk dik daşların Qədim Krallıq zamanında (2575-2134) Heliopolisdə günəş tanrısı məbədinə yerləşdirildiyi məlumdur. Yeni Krallıq dövründə (1550-1070) böyük monolitik nümunələr, ümumiyyətlə Karnak və Luksorda olduğu kimi məbədlərin qarşısına iki-iki tikilirdi. Yeni Krallıq dövründən qaldığı sayılan tamamlanmamış bir qranit dik daş, Assuanın şimal daş ocaqlarında hələ yatmaqdadır. 41,75 m hündürlüyü və təxminən 1150 ton ağırlığı ilə bu dik daş, çox gec mərhələdə təhlükəli geoloji qüsuru olmadan çıxarıla bilsəydi, dünyanın bir daş ocağından çıxarılan ən böyük daş olacaqdı. Assuan dik daşını ilk dəfə tədqiq edən İngilis alim Reqinald Enqelbaxın apardığı təcrübələr, bir insanın kəsici bir alət istifadə edərək xam dik daşın üstündən yarım metr enindən və beş millimetr qalınlığında bir hissə yonmaq üçün bir saat çalışmalı olacağını göstərdi. Alim və mühəndislərin Misirlilərin bu texnoloji müvəffəqiyyəti haqqında görüşləri müxtəlifdir. Sonrakı dövrlərdə dik daşların düzəldilməsi üçün müxtəlif təcrübələr uğursuz alınsa da, Enqelbax qum çuxuru təcrübəsi ilə Boston yaxınlığında belə bir daşın tikilməsinə müvəffəq olmuşdur. Dik daşların nəqli və tikilməsi, dövrümüzdə elm və texnologiyanın bu qədər inkişafı zamanında belə böyük çətinlikləri meydana gətirmişdir. Dövrümüzün ən məşhur dik daşı 1884-cü ildə Vaşinqtonda inşa edilən Corc Vaşinqton abidəsidir. 169 metr olan bu dik daşın başına liftlə çıxılır və oradakı seyr yerindən ətrafa baxmaq mümkün olur.
                                                   Stounhenc (stonehenge) necə tikildi?
Stounhenci necə düzəltdilər? Buna ən asan cavab “çox çətin” olsa da, əsl cavab “düşündüyümüzdən daha asan”dır. Stounhenc, məşhur olduğu qədər də misilsizdir və bizə bu tapmacanın açmasını verən də bu misilsizlikdir. İngiltərədəki digər daş dairələr – ki bunlar yüzlərlədir və bəzilərinin diametri daha da böyükdür – təbii vəziyyətdə qalmaqdadır. Yalnız Stounhencdəkilər kənarları düzəldilib dörd künc halına salınmışdır. Dik daşların üzərindəki üfqi daşlar isə bir qapının üstündəki lent kimi borularla sanki bərkidilmişdir. Bir-birinə bitişik daşlar da yenə bir ağac ustası texnikası ilə kanallar və yuvalarla birləşdirilmişdir. Bunları lap əvvəldən bilirik: 11-ci yüzillikdən qalmış ən qədim Stounhenc tarixçəsində buranın “qapılar kimi” düzəldildiyindən bəhs edilir. İngiltərənin Uitşir vilayətinin Salisburi şəhərinin 13 km şimalında yerləşən Stounhenc haqqındakı bütün şərhlər, xüsusilə 1950-ci ildən sonra aparılan arxeoloji qazıntılardan sonra verilmişdir. Dövrümüzdə Stounhenc yıxılmış, bəzi daşları itmiş və bəlkə də əsla planlaşdırıldığı kimi qalmamışdır. Stounhencin klassik görünüşündə isə şimal-şərqdəki “Hil daşı”nın üstündən yay gündönümündə günəşin çıxması müşahidə olunardı. Nəticədə, daşdan düzəldilməsinə baxmayaraq Stounhenc taxtadan düzəldilmiş kimidir. 20-ci yüzilliyin əvvəllərində, Stounhencdən bir neçə kilometr irəlidə birinci hava fotoqrafları otlar arasında Stounhencə oxşayan və eyni formada bərabərmərkəzli bəzi izlərə rast gəlmişlər. Bura da hər halda Stounhenc kimi bir yer idi, ancaq ağac materialından düzəldildiyinə görə (stone – daş əvəzinə wood - odun) “Woodhenge” deyilmişdi. Buranın da Stonehenge kimi yay gündönümündə günəşin çıxması istiqamətinə tərəf bir oxu var idi. 1998-99-cu illərdə bu odun abidələr, odunun çürüdüyü yerlərdə qalan izlər kimi deyil, ilk dəfə xarab olmayan formada aşkar edildi. İngiltərənin şərqində Norfolk sahilinin həmən yaxınlığındakı palçıq təbəqəsi içində kötüklər dendroxronologiya (ağac həlqələri ilə tarix qoymaq) üsulu ilə tədqiq edildikdə MÖ 2050-ci ildən qaldıqları məlum oldu və bunlara da “Seahenge” (Sihenc) adı verildi. Taxta dirəklərdən olan dairənin ortasında yerə şaquli yerləşdirilmiş yeganə bir ağac var idi. Əvvəlcə budaq zənn edilən şeylərin əslində kök olduqları məlum oldu. Ağac yerə tərsinə qoyulmuşdu. Bu səbəblə Stounhenci düzəldənlər yalnız böyük daşları nəql etmək və dik oturtmağın ənənəvi sənəti ilə yanaşı, böyük ağac gövdələrini daşımağı və - başqa yerlərdə gördüyümüz kimi - nəhəng ağac gövdələrini taxta kimi kəsməyi də bacarırdılar. Stounhencin meydana gəlməsinə bu bacarıqlar səbəb olmuşdur. Bu odunların yerin üstündə necə durduqları bilinmir. Damları olan binalar, yalnız dik qoyulmuş kötüklər ya da Amerika hindularının yonulmuş totemləri kimi də ola bilər. Yerin üstündə qalan qismini gördüyümüz Sihenc, Stounhencə bənzəmək əvəzinə yenə fərqli şəkildə bizi çaşdırmışdır. Stounhenc oxşada bildiyimiz bir quruluşda olduğu üçün bu taxta tikililərin də ona oxşadığını düşünmək məntiqlidir.Stounhenc çağından qalan taxta abidələrin çoxu tamamilə çürümüş və yalnız torpaqda qara iz kimi qalmışdır.
Bumeranqin geri qayitmasi
Bildiyimizin əksinə bütün bumeranqlar geri qayıtmırlar. Atanda geri qayıda bilən bumeranqlar yalnız Avstraliya sakinləri Aboregenlər tərəfindən idman kimi və quşları ovlamaq üçün istifadə olunur. Aboregenlərin qədimdən bəri bumeranqlardan istifadə etdikləri məlumdur. Bumeranqın İngilis dilindəki adı olan “boomerang” da Aboregenlərin dilindən alınmışdır. Əslində bu gün Avstraliyada istifadə olunan və bu qitəyə məxsus olan adların çoxunun kökü Aboregenlərə gedib çatır. Məsələn, Avstraliyanı ilk kəşf edənlər kenquruları gördükdə çox təəccübləniblər və onlar da “kanquru” cavabını vermişlər. Bundan sonra bu qəribə heyvanın adı kenquru qalmışdır. Halbuki kanquru Aboregen dilində “bilmirəm” deməkdir.Bumeranq şəklində olub geri qayıtmayan xüsusiyyəti olanlarının oxşarı Aboregenlər kimi Misirdə, cənubi Hindistanda, İndoneziyada (Borneo) və Amerikada sakinlər tərəfindən tarixin ilk çağlarından etibarən istifadə edildiyi bilinir. Bu formadakı bumeranqlar daha uzun və ağırdırlar. Ov heyvanlarını öldürmək üçün istifadə olunurdu. Döyüşlərdə çox ağır yaralanmağa və ölümə səbəb ola bilərlər. Hətta bəzilərinin ucu təsirini çoxaltmaq üçün qarmaq kimi düzəldilir. Aboregenlərin düzəltdiyi geri qayıda bilən bumeranqlar isə yüngül və nazik olub uzunluğu 50-75 santimetr, ağırlığı isə təqribən 350 qramdır. Bumeranqın iki qolunun ucu düzəldəndə və düzəltdikdən sonra kül ilə qızdırılıb bir-birinin əksi istiqamətə qıvrılır. Bumeranq yerə paralel və bir az aşağı doğru atılarsa, bir az sonra yüksəlməyə başlayaraq 15 metr yüksəkliyə qədər çıxa bilər. Əgər bir ucu yerə vurulacaq şəkildə atılarsa, yerə dəyən güllə kimi müdhiş sürətlə qayıdaraq yuxarı qalxır, 45 metrlik bir dairə və ya ellips cızaraq bumeranqı atanın yanına düşür.  Bumeranqın necə geri qayıtması dövrümüzün alimləri tərəfindən tamamilə başa düşülməyib. Qayıdışın aerodinamik qaldırma gücü ilə üç mehvərdə etdiyi fırlanma ilə meydana gəldiyi zənn edilir. Geri qayıda bilən bumeranqların, digər uçuş formalarını müşahidə etməklə və ya tamamilə təsadüf (təvafüq) nəticəsində yarandığını düşünürlər. Aboregenlərin bumeranqla quş ovlaması çox qəribədir. Bumeranqı quş dəstəsinin uçuş yüksəkliyinə atırlar. Bumeranqın yerdəki kölgəsini görən quşlar arxalarında yırtıcı bir quş olduğunu zənn edirlər. Qaçmaq üçün aşağı enirlər və nitəcədə ağaclar arasında qurulmuş torlara ilişib qalırlar.  Bumeranq atmaq, tarixdə qeyd edilmiş ən qədim idman növlərindən biridir. Dövrümüzdə başda ABŞ olmaqla bəzi ölkələrdə hədəfə yaxınlıq, məsafə, sürət kateqoriyalarında idman kimi hələ də məşğul olanlar var.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?