2012-01-08

Hər növ kağızı çap edə bilən printer
Printer dəqiqədə 37 səhifə,3500 ağ-qara,3000 rəngli çap xüsusiyyətini dəstəkləyir.Epson şirkətinin satışa təqdim etdiyi bu printer ofis çalışanları üçün idealdır. EPSON satışa çıxartdığı Epson B-310N printeri ilə ofis çalışanlarını yüksək dəqiqliklə tanış edir.Yeni məhsul hər növ kağızdan istifadə qabiliyyəti ilə yanaşı dəqiqədə 37 səhifə çap keyfiyyətinə imkan verir. Epson B-310N sahib olduğu Micro Piezo çap başlığı sayəsində işləmə müddətini uzadaraq ayda 10 min səhifə çap etməyi asanlaşdırır.Epson ofis tipli İnkjet B-310N printer müxtəlif kağız növləri ilə yanaşı müxtəlif ölçülərdə kağızlarda da çap etməyi bacarır.Yüksək keyfiyyətdə olan cihaz aşağı qiymətdə satıldığından kiçik ofislər,mağazalar,səhiyyə və təhsil qurumları üçün ideal bir çözümdür.Ayrıca,bu cihaz 2 kağız yerləşdirmə yeri ilə 650 səhifəlik kağız yerləşdirmə imkanı da verir.Yüksək sürətli şəbəkə bağlantısı printerin şəbəkədə asanca istifadəsinə şərait yaradır.Qutuyla birlikdə verilən standart katric sayəsində istifadəyə hazır olaraq satılan Epson piqment tərkibli Epson DURABrite Ultra mürəkkəb ilə suya və dağılmaya qarşı dözümlü çap imkanı verir.
Ovuc içi böyüklüyündə klaviatura
Lenovo N5901 adlı məhsul klaviatura və mausu kompakt dizaynda birləşdirir.Üstəlik məhsulun olduqca kiçik erqonomik dizaynı ondan istifadəni asanlaşdırır.Parlaq qara rəngi ilə diqqət çəkən Lenovo 124 mm,135 mm,25 mm ölçülərində və 107 qram ağırlığındadır.Lenovo üzərində olan 69 ədəd klaviş və bir ədəd naviqasiya düyməsi ilə 10 metrə qədər çəkim gücünə sahibdir.Məhsulun uzaqdan istifadə üçün pultu da vardır.Naviqasiya düyməsi maus yerinə istifadə edilir.USB girişi olan bütün komputerlərə qoşulabilmə imkanı verən nano vericisi ilə Micrisoft Windows 2000 daxil Windows XP,Vista və Windows 7 kimi əməliyyat sistemlərində rahatlıqla istifadə oluna bilər.
Dünyanın ən sevimli səs sistemi
Bu səs sistemi 7-dən 77-yə hər kəsi cəlb edir.Yaponlar yenə iş başındadırlar və hər kəsi heyrana gətirərək köpək balaları şəklində səs sistemi düzəltdilər.Sağda Dalmaçyalı və solda Charles Spaniel növünə aid iki fərqli köpək balası var.Bala köpək şəklindəki səs sistemi USB portuna qoşula bilir.Səs sisteminin səs çıxışı köpəklərin qarın bölgəsindən çıxır və 2W x 2ch-lik çıxış gücü təqdim edir.Səs sistemi ilə birlikdə gitara şəklində uzaqdan istifadə üçün pult da verilir.
100 min dollarlıq CD satıldı
Bildiyimiz kimi Yaponiya iqtisadi böhranın ən çox təsir etdiyi ölkələrdən biridir.Lakin bu böhran yapon varlılarını deyəsən narahat etmir.Takaşimaya dükanında satılan bir CD görənlərin ağlını başından alır.Qiyməti tam olaraq 10 milyon yen,yəni 100 min dollardı.Bu CD-nin paketi platindən düzəldilmiş və 2 karatlıq brilliant daşlarla bəzədilmişdi.İşin ən maraqlı tərəfi isə odur ki,adi bir paketə sahib olan həmin CD 20 dollara satılırdı.
Piratlıqdan qaçmaq olmaz
PirateBay və Mininova-nın bağlanılması pirat proqram yazılışını və paylaşmasını artırdı.Ən çox bilinən və ən çox mübahisələ səbəb olan Torrent saytı PirateBay və torrentlərin böyük oyunçusu-bir neçə ay öncə bağlanılan Mininova indi də oriqinal proqram bazarını təhdid edirlər.Daha öncə Avropa Birliyi və İsveçdə açılan məhkəmə işləri sonrasında PirateBay bağlanılmış və daha sonra da satışı istənmişdi.Mininova da bu arada itib getdi.Bütün bu tədbirlər proqram piratçılığını azaldacağının əksinə daha da artırdı.Məşhur təhlükəsizlik proqramları yazan McAfee-yə görə,PirateBay və Mininova-nın bağlanmasından sonra piratçılıq 3 dəfə artdı.Bütün bunlar da bu şirkətlərin bağlanılması ilə birbaşa əlaqədardır.
Səndən böyük Çin var,Nokia
Məşhur Finlandiya şirkəti Nokia X5-01 mobil telefonun satışa çıxarıldığı yalnızca saatlar oldu,ancaq çinlilər çoxdan bu telefonun saxta modelini istehsal etdilər.2.36 inçlik QVGA 320x240 piksel ölçülü ekran,128 mb-lıq yaddaş,Wi-Fi,3G,5 meqapiksellik foto-video kamera,əllə toxunabilmə qabiliyyətli (touch-screen) ekran və təzyiq ölçən...Bütün bunlar Nokia X5-01 modelinin parametrlərindən yalnızca bir neçəsidir.Nokia keyfiyyətli və göstərişli bir telefon istehsal edə bilər,ancaq şirkətin hesaba almadığı bir nöqtə var:Saxta məhsulların mütləq başında duran Çin.Nokia, X5-01-in hələ bazara çıxarılacağını bildirəndə çinlilər bu telefona rəqib olacaq telefonu artıq istehlak bazarına çıxartdılar.Görünüşcə və eyni xüsusiyyətləri daşıyan bir model...
100 ildir həll edilməyən məsələni rus alim həll etdi
Poincare ehtimal məsələsini həll edən 44 yaşındakı  rus riyaziyyatçı Qriqori Perelman məsələni həll edənə vəd edilmiş 1 milyon dollarlıq mükafatı almayacağını bildirdi.Rusiya xəbər agentliyi RİA Novosti-nin bildirdiyinə görə,mükafatı vəd edən Clay Riyaziyyat İnstititunun (CMİ) internet saytında yayımlanan məlumatda “Dr.Perelman 1 milyon dollarlıq pul mükafatını almayacağını bizə bildirdi.CMİ bu pulun riyaziyyat lehinə necə istifadəsi üçün bu ilin payızında qərar veriləcək” yazıldı.Ancaq sonradan Perelman onunla əlaqə saxlayan jurnalistlərə bildirib ki,pulu alıb-almayacağına hələ qərar verməyib.Qərar verdiyində ilk olaraq Clay Riyaziyyat İnstitituna bildirəcəyini açıqlayıb.Rusiya Riyaziyyat İnstititundan 2005-ci ildə ayrıldıqdan sonra alim Perelman anası ilə qaldığı evdə yaşayaraq,anasının təqaüdü və verdiyi dərslər sayəsində qazandığı pul sayəsində yaşayır.Riyaziyyatçıların 100 ildir həll edə bilmədiyi Poincare məsələsini həll edən Perelman məsələnin həllini İnternetdə də yayınlamışdı.Bu məsələnin həllinin kainatın şəklinin təyin edilməsinə kömək edə biləcəyi də düşünülür.
Fizika fakultəsinin tələbəsi “ad tapaq” kampaniyası başlatdı
Elm adamları 1,000,000,000,000,000,000,000,000,000 və daha yüksək rəqəmlərin adlandırılmasını istəyir.27 sıfırlı rəqəmin adlandırılması üçün açılan online imza kampaniyasına bu vaxtadək 20 min insan qoşuldu.Mövcud Beynəlxalq Sistemdə ən böyük rəqəm 24 sıfırlı “yotta”-dır.Keçirilən kampaniyada 27 sıfırlı rəqəmə “hella” adı verilməsi ən çox dəstək alan adlardan biridir.Kampaniyanı başlatan Kaliforniya Universitetinin fizika fakultəsinin tələbəsi Austin Sendekdir. Sendek,Facebook-da açdığı imza kampaniyasında “Bir çox fiziki fenomenin analizi mövcud sistemin yox saydığı 27 mərtəbəli və daha da böyük natural ədədlərin varlığını ortaya gətirib çıxarır” dedi.Bu rəqəmin qalaksiyalar arasındakı uzaqlıq və ya atom ədədləri kimi bir çox hesablamada zəruri olduğunu açıqlayan A.Sendek,məsələn,Günəşin yaydığı enerjinin 300 yattovatt yerinə 0,3 hellovatt olaraq açıqlanmasının daha yerində ola biləcəyini bildirdi.Hella Kaliforniya dialektində “çox,bir çox” mənasında işlənilir.Qəbul edilməsi halında hella 1991-ci ildən bəri Beynəlxalq Ağırlıq və Ölçü Komitəsinin yotta və zetta-dan sonra qəbul etdiyi ilk ölçü olacaq.
Pi  ədədinin hesablanmasında yeni bir rekord
Bir komputer mütəxəssisi bir öncəki rekordu 123 milyard irəli apararaq Pi ədədinin 2,7 trilyonuncu xanasını hesabladığını iddia etdi.Fabrice Bellard bir ev tipi komputerdən istifadə etdiyini və ədədin hesablanmasının 131 günə mümkün olduğunu açıqladı. Pi ədədinin bu son versiyası komputer yaddaşında 1 terabayt yer tutur.Bir öncəki rekord olan 2,6 milyard xana normal komputerdən 2 min dəfə daha sürətli olan super komputer istifadə edilərək 29 saatda əldə edilmişdi.Ancaq Bellarda görə onun metodu 20 dəfə daha əlverişlidir. Pi ədədindən komputerlərin qüsursuzluğunu test etmək üçün istifadə edilir.
İsveçli riyaziyyatçının 300 illik məsələsini İraqlı gənc həll etdi
İsveçdə məşhur riyaziyyatçı Yakob Bernullinin ehtimal qaydası düsturunu 300 il sonra 16 yaşındakı İraqlı gənc açıqladı.Ailəsi 2003-də İraqdan İsveçə köçən Məhəmməd Altumaiminin bu açıqlamasına litsey müəllimi inanmadı.O isə Uppsala Universitetinin professoru ilə əlaqə yaradaraq düsturu açıqladığını isbat etdi.
 
Yaponiyada 60 yaşında olan bir adam Ginnesin Rekordlar kitabına düşdü
İnanılmaz yaddaşı ilə hər kəsi heyrətlər içində qoyan və köhnə rekordu 83431 onluq rəqəm olan yapon Haraquçi notarius işçiləri qarşısında bu qəribə rekordu qırarkən sadəcə iki saatda bir dəfə 10 dəqiqə fasilə vermişdir.Bir bələdiyyə işçisi “Haraquçinin gözəl yaddaşı var” dedi.Rekordmen Haraquçi də bacarığını göstərdikdən sonra “Heç həyacanlanmadım,yaddaşımda nə var idisə boşaltdım” dedi.
Türk riyaziyyatçılar 40 milyon məchullu tənliyin həll üsulunu aşkar etdilər
Türk elm adamları İngiltərədən aldıqları komputer sistemi ilə ən böyük inteqral misalını həll etməyi bacardılar.40 milyon məchullu tənliyin həllinin tapılmasının səhiyyə və müdafiə sənayesinə kömək edəcəyi bildirilir.Mobil telefonlarının insan sağlığına təsiri də bu sayədə aşkarlanacaq.Digər dövlətlərin riyaziyyatçıları ilə müqayisədə çox aşağı səviyyəli imkanlarla işləyən türk riyaziyyatçıların bu nailiyyəti doğrudan da təqdirəlayiqdir.Türk riyaziyyatçılar bu inteqral misalı həll etməklə dünya rekordu qırmışlar.Proyektin lideri professor Levent Güreldir.Gürel ve komandasının hazırladığı paralel komputer sistemi ilə 40 milyon məchullu tənliyi həll etdilər.Bu sayədə çox üst səviyyədə modelləmələr və simulyatorlar yaradıla biləcəyi güman olunur.Proyektin məqsədlərindən biri də mobil telefonlarının insan sağlığına etdiyi təsiri yoxlaya bilməkdir.Daha əvvəllər isə ABŞ-da İllinoys Universitetinin alimləri ən çox 22 milyon məchullu tənliyi həll ed bilmişdirlər.
1887-ci ildən qalmış bir riyazi məsələ həll edildi
Amerikalı və Avropalı tədqiqatçılar 4 illik gərgin çalışmaların ardından XIX yüzillikdə aşkar olunan ən qarışıq riyazi quruluşlardan birinin sirrini tapdılar.Amerika Riyaziyyat İnstitutunun məlumatında Amerikalı və Fransız riyaziyyatçılardan ibarət olan qrupun Norveçli riyaziyyatçı Sofus Li tərəfindən 1887-ci ildə kəşf edilən və Li qrupu adı verilən riyazi quruluşun E8 adlı hissəsinin sirrinin aşkar edildiyini bildirilir.Aparılan təqdiqata Merilend Universitetinin riyaziyyat professoru Cefri Adams rəhbərlik etmişdir.O,müsahibəsində “100 ildən də çox bir müddət ərzində aşkar edilən E8-i bu günə qədər heç bir kəsin anlaya bilməyəcəyini hesab edirdik” deyə bildirmişdir.Elm adamları E8-in sirrinin həllini tapmaq üçün aparılan bütün hesablamaların kağıza yazılması halında bu kağızların Manhetten böyüklüyündə bir bölgənin sahəsinə bərabər ola biləcəyini bildirirlər.E8-in şifrəsinin tapılması üçün aparılan hesablamalar komputerdə 60 qiqabayt yer tutmuşdur.
Riyaziyyat kubokunun çempionu hindli oldu
Məntiqi Riyaziyyat Dünya kubokunda çempion olan 11 yaşlı məktəbli hindli qız Priyanşi Somani yarışının ən prestijli “Memoriad” kubokunu aldı.Memoriad Dünya Məntiq Olimpiadasının təşkilat komitəsindən verilən yazılı məlumata görə yarışçıların ən gənci olan Priyanşi 16 ölkədən qatılan 37 iştirakçını geridə buraxaraq birinci olmuşdur.Yarışdan sonra Somani yeni dünya rekordu əldə etmiş və Hakan Gürbaşların 6 dəqiqə 37 saniyəlik rekordunu 6 dəqiqə 28 saniyəyə qırmışdır.Priyanşi Somani 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçiriləcək Memoriad-2012 olimpiadasında da iştirak edəcək.
Sharp şirkətindən tamamilə fərqli bir 3D ekran modeli
Böyük ölçülü 3D televizorlardan bezən Sharp şirkəti 3D texnologiyasını tamamilə başqa bir ölçüyə daşıyır.Ev kinoteatr sistemləri təzə 3D televizorlarla yenilənir.Ancaq bütün bu məhsul çoxluğu həmişə tək bir məhsul üzərində cəmlənmişdir.Sharp şirkəti isə bunu görərək mobil cihazlar üçün çalışmalarını sıxlaşdırdı.Eynək olmadan istifadə edilə biləcək kiçik ekranlar istehsal edən Sharp mobil bazarda 3D öz payını artırarkən böyük bir avantaj əldə edə bilər.Nintendo 3DS-də istifadə edilənə bənzəyən bu texnologiyanın adı 3D parallaks ekrandır (3D parallax screen).3D kameranı mobil cihazın arxasına qoyan çıxışını isə HDMİ üzərindən verən bu mobil cihaz hələlik elə də müvəffəqiyyətli deyil.3,7 inçlik LCD ekran 2D rejimində 800x480,3D rejimində isə 400x480 piksel ölçüsünə malikdir.Sərgiyə çıxarılan prototip 10 inç ekran isə yəqin ki gələcəkdə istehsal olunacaq tabletlər üçün nəzərdə tutulmuşdur.
USB-portunun əvəzinə WUSB
Bütün kabelsiz cihazları maraqlandıran yeni WUSB hal-hazırda istifadə etdiyimiz USB-ni öz taxtından endirməyə namizəddir.Samsung şirkəti mobil cihazlar üçün yeni bir inkişaf etmiş USB çipset tətbiq etdi.Yüksək sürətli,az enerji sərfində kabelsiz data transferi üçün yaradılan çipsetin adı WUSB-dir. S3C2680/S5M8311 WUSB platforması 480 Mbps sürətilə məlumat ötürülməsini 300 mV-dan da az bir enerji sərfi ilə həyata keçirir.Samsung şirkətinin səlahiyətlisi Yivan Vonq bu çipsetin gələcək nəsil yüksək pikselli kameralar,Tv-lər,komputerlər,tabletlər,printerlər,proyeksiya cihazları, Blu-ray pleyerlər,fleş-disklər və əlbəttə mobil telefonlarda da istifadə ediləcəyini bildirmişdir.65 nm istehsal texnologiyası ilə istehsal edilən bu çipset ARM-9 nüvəsindən istifadə edir.WiMedia v1.2,PHY və SDİO,SD kart,SD host,NAND fleş kontrolu,2 yüksək sürətli USB 2.0 və 128 bit AES şifrələmə alqoritminə sahib olan WUSB SD kart,USB dongle və sistemlərə də daxil ediləcək.
Google-dən daha bir çılğın loqo
Yəqin ki,siz fikir verməmişsiniz,amma Google şirkəti öz çılğın loqolarına daha bir yenisini əlavə etmişdir.Hələlik bu loqo google.de,google.co.uk,google.ru və s. kimi bir neçə ölkədə yayımlanır.Amma tezliklə bir çox ölkələrdə İnternet istifadəçiləri Google səhifələrində bu loqonu görə biləcəklər.Bu loqonu görmək üçün adresləri verilən səhifələrə daxil olmaq kifayət deyil.İnternet əlaqəsi ilə yanaşı HTML 5 standartını dəstəkləyən Firefox 4 və ya Google Chrome kimi bir brouzeriniz də olmalıdır.Bu brouzerlərlə ünvanları verilmiş səhifələrə girən istifadəçilər rəngli toplar görə bilərlər.Bəli,bu çılğın loqo rəngli toplardan ibarətdir.Səhifəni açdığınızda isə mausu heç tərpətməsəniz rəngli toplar bir yerə yığışaraq Google loqosunu əmələ gətirir.Mausu tərpətdikdə isə loqo yenidən dağılır.
Torrent saytlarından istifadə edənlərə daha bir şok zərbə
Ötən il kinoteatrlarda göstərilməyə başlanılan Oskar mükafatı laureatı “The Hurt Locker” filmini İnternetdən qanunsuz izləyənlərə və yükləyənlərə qarşı mübarizə məqsədli məhkəmə işinə start verilmişdir.Film şirkəti 5 min nəfərə qarşı açdığı iddiada daha bir addım irəli gedərək İnternet servis təmin edicilərinə məhkəmə kağızları göndərmişdir.Bu kağızlarda film şirkəti İnternet servis təmin edicilərindən müəyyən tarixlərdə qanunsuz yolla filmi yükləyənlərin adlarını istəyir.Filmin müəllif hüquqlarını pozan bəzi şəxslər əvvəldən film şirkətinə bir neçə min dollar pul təklif edərək razılaşma əldə etmək istəyirlər.
Yarışsevərlər bu oyuna sevinəcək
Əfsanə oyun seriyası olan Need for Speed uzun bir fasilədən sonra yeni oyunla oyun həvəskarlarını sevindirməyə gəlir.Need for Speed seriyası özündə ən məşhur yarışoyunlarını birləşdirir.Yeni Need for Speed Hot Pursuit bir simulyatordan əlavə həm də bir aksiyon oyunudur.Maşınlar əlbəttə zədə alır:bunu ekran görüntülərində də görmək olar.Seriya keçdiyimiz illərdə bəzi orta səviyyəli oyunlarla sarsılmış olsa da oyun-meykerlər bu son oyunu ön plana çıxartmağa qərarlıdırlar.Çox müvəffəqiyyətli bir oyun olan Burnoutun yaradıcısı olan Criterion Games bu müvəffəqiyyətdən də məsuldur.

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?