2012-01-12

Hazırcavablar

alt
RUH HARA GEDİR?
İbni Abbasdan soruşurlar:
“Öləndə ruhlar hara gedir?”
Cavab verir:
“Şam sönəndə ışığı hara gedir?”

YETƏRLİ DEYİL
Bir tələbəsi Konfuçyusdan soruşur:
- Sənin şəhərində səni çox sevirlərmi?
- Yetərli deyil, cavab verir Konfuçyus.
Tələbə yenə soruşur:
- Sənən şəhərində səni sevməyən çoxdurmu?
Konfuçyus cavab verir:
- Yetərli deyil. İnsanların arasında yaxşıların səni sevməsi, pislərin isə sevməməsi daha yaxşıdır.

YALTAQ
Sokrat heç xoşlamadığı bir yaltaqla söhbət edirmiş.  Danışıb qurtardıqdan sonra:
- Qardaşım, heç olmasa bəzən etiraz et ki, beləliklə iki nəfər olduğumuz bilinsin.

QİYMƏTSİZ ƏSƏR
18-ci əsrin məşhur Fransız şairlərindən Pirondan, özünü yazıçı zənn edən bir nəfər deyir:
- Elə bir əsər yazmaq istəyirəm ki, heç tayı bərabəri olmasın.
Şair cavab verir:
- Elə isə özünüz üçün bir mədhiyyə (tərif) yazın...

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?