2012-01-06

Ramil Səfərov daima səninləyik!

Mən ermənini erməni olduğu üçün öldürsəydim, Bakıdakı ermənilərdən başlayardım. Quranı, Millətimi, Şəhidlərimi və Bayrağımı təhqir etdiyi üçün öldürmüşəm ! Ramil Səfərov .

Səfərov Ramil Sahib oğlu — azərbaycanlı hərbçi.
Ramil Səfərov.jpg
Doğum tarixi:25 avqust 1977-ci il (34 yaş)
Doğum yeri:CəbrayılFlag of Azerbaijan SSR.svg Azərbaycan SSR

Mündəricat

  • 1 Həyatı
  • 2 Erməni vəhşiliklərinin şahidi
  • 3 Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisi
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər
  • Həyatı

    Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib.1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub.1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
    Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edənQurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
    4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib[1].

    Erməni vəhşiliklərinin şahidi

    1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonununmərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

    Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisi

    Ramil Səfərov Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisidir. Macarıstanda həbsdə olduğu müddətdə o, macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən biriniAzərbaycan dilinə tərcümə edib. O, Macarıstanın tanınmış qadın yazıçılarından biri Maqda Sabonun "Qapı" romanını tərcümə etmişdir[2].

    İstinadlar

    1.  Ramil Səfərovun anası vəfat edib
    2.  Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub

0 Şərh::

Yorum Gönder

NƏ fikirləşirsən?